Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Aparat, İnformasiya təminatı və innovativ həllər şöbəsi, İctimaiyyətlə əlaqələr sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdirinin müavini - sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1240 |
Qulluq funksiyaları |
- Agentlik Aparatının struktur
bölmələri və strukturuna daxil olan qurumların ictimaiyyətlə əlaqələrini təşkil
etmək və əlaqələndirmək, Agentliyin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın
təmin olunması məqsədilə Agentlik tərəfindən görülmüş işlər barədə məlumatların
ictimaiyyətə çatdırılmasını və bununla əlaqədar press-relizlər, məlumat
bülletenləri, bəyanatlar, müsahibələr, çıxışların və s. hazırlanmasını təmin etmək;
- fəaliyyət istiqamətlərinə uyğun
olaraq Agentliyin fəaliyyəti ilə bağlı rəsmi mövqeyini ictimaiyyətə açıqlamaq,
mətbuat konfransları, brifinqlər və digər tədbirlər təşkil etmək;
- fəaliyyət
istiqamətləri üzrə normativ hüquqi aktların və təşkilati-sərəncamverici aktların
layihələrinin hazırlanmasını təmin etmək;
- Agentliyin fəaliyyət istiqamətləri
üzrə dövlət proqramları, qanunvericilik aktları və ictimaiyyəti maraqlandıran
digər məsələlərlə bağlı məlumatların KİV vasitəsilə və digər üsullarla
ictimaiyyətə çatdırılmasını təmin etmək;
- Agentliyin fəaliyyəti ilə bağlı
KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı Agentlik
Aparatının struktur bölmələri və strukturuna daxil olan qurumların rəhbərlərinin
iştirakı ilə cavab hazırlanmasını təmin etmək və təhrif hallarının aradan qaldırılması üçün tədbirlər
görmək;
- Agentlik tərəfindən təşkil edilən
tədbirlərdə KİV nümayəndələrinin iştirakını təşkil etmək;
- Agentliyin rəhbərliyinin və digər
vəzifəli şəxslərinin KİV-də çıxışlarını, mətbuat konfranslarını, brifinqlərini,
ictimaiyyətlə görüşlərini təşkil etmək, əlaqələndirmək və Agentlik tərəfindən
keçirilən tədbirlərdə yerli və xarici KİV nümayəndələrinin iştirakını təmin etmək;
- fəaliyyət istiqamətləri üzrə
Agentliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları,
KİV, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və mənafelərini
müdafiə etmək;
- Agentliyin rəsmi internet saytı
və sosial şəbəkələrdəki səhifələri üçün məlumatların hazırlanmasını və həmin məlumatları saytlarda yerləşdirilməsini təmin etmək, Agentliyin strukturuna
daxil olmayan tabeli qurumlarının rəsmi internet saytının fəaliyyətinin
monitorinqinin həyata keçirilməsinə nzəarət etmək və onların fəaliyyətinə əməli və metodoloji köməklik
göstərmək;
- KİV və ictimaiyyətlə əlaqələrin
təşkil olunmasına və ictimaiyyətin məlumatlandırılması işinin aparılmasına əməli
və metodiki rəhbərliyi həyata keçirmək;
- KİV-lə və ictimaiyyətlə əlaqələrin
səmərəliliyinin artırılmasına dair şöbə müdirinə təkliflər vermək;
- Agentliyin fəaliyyətinin dövlət
tənzimlənməsi məsələləri ilə əlaqədar kütləvi informasiya vasitələrində dərc
olunmuş (yayımlanmış) məlumatları şöbə müdirinin tapşırığı əsasında
digər struktur bölmələri ilə birgə təhlil etmək və təkliflər vermək;
- müəyyən edilmiş qaydada Agentliyin
dövri mətbuat orqanlarının, reklamların, plakatların, informasiya vərəqələrinin,
sorğu kitablarının nəşri və digər informativ vasitəsilərin hazırlanması işini təşkil
etmək və ya təşkilində iştirak etmək;
- Agentliyin fəaliyyətinə dair
çap, video və fotomaterialların arxivini təşkil etmək;
- Agentliyin mətbu orqanların çap
və elektron nəşrlərinə abunə yazılması işini təşkil etmək;
- fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan,
KİV-dən, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan
müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılması prosesinə rəhbərlik etmək;
- Agentliyin elektron informasiya
təminatının həyata keçirilməsində fəaliyyət istiqamətləri üzrə iştirak etmək;
- Agentlikdə informasiya
texnologiyalarından istifadənin səmərəliliyinin artırılması, elektron
informasiya ehtiyatlarının formalaşdırılması və Agentliyin internet səhifəsində
yerləşdirilməsi proseslərinin həyata keçirilməsini təmin etmək;
- Agentliyin vahid kompüter şəbəkəsinin
yaradılmasını, fəaliyyətinin tənzimlənməsini və onun fasiləsiz işini təşkil etmək;
- Agentliyin vahid kompüter şəbəkəsinin
xidmətlərindən istifadənin təkmilləşdirilməsi işlərini və elektron sənəd
dövriyyəsinin fasiləsizliyini təşkil etmək;
- Agentliyin informasiya resursları,
şəbəkələri ilə təminatını, informasiya təhlükəsizliyinin və fərdi məlumatların
mühafizəsini təşkil etmək;
- Agentliyin informasiya təhlükəsizliyi
sistemi ilə təminatını və informasiya resurslarından etibarlı istifadə edilməsini
təmin etmək;
- Agentliyin kompüter və şəbəkə
avadanlıqlarının idarəedilməsini və şəbəkənin, sistemlərin, avadanlıqların
yenilənməsi konsepsiyasının hazırlanmasını təmin etmək;
- fəaliyyət istiqamətləri üzrə Agentliyin
inkişaf konsepsiyasının (strateji planının) həyata keçirilməsində iştirak etmək;
- Şöbənin iş planını, fəaliyyəti
ilə bağlı hesabatların dövrlər üzrə hazırlanmasına nəzarət etmək;
- Agentlikdə və digər dövlət
qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər
üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Agentliyi təmsil
etmək, onların işində iştirak etmək;
- fəaliyyət istiqamətləri üzrə
normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasını təmin etmək və ya hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən
hazırlanmış qanunvericilik aktlarının layihələrinə rəy və təklifləri şöbə müdirinə təqdim etmək;
- Şöbənin əməkdaşları tərəfindən
fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət
və kommersiya sirrinin qorunmasını təmin etmək;
- qida təhlükəsizliyi sahəsində
dövlət siyasətinin istiqamət və prinsiplərinin müəyyən edilməsi ilə bağlı şöbə müdirinə təkliflər
vermək;
- Şöbə müdirinin tapşırığı ilə
hesabatlar, arayışlar və məlumatların hazırlanmasını təmin etmək;
- Şöbə müdiri tərəfindən şöbəyə tapşırılmış vəzifələri yerinə
yetirmək;
- Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə olunmalı məsələlər ilə bağlı təkliflərini şöbə müdirinə təqdim etmək;
- Şöbə müdirinin göstərişinə
və iş planına uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim ediləcək məsələlərin
hazırlanmasını təşkil etmək;
- Dövlət Proqramlarında, Strateji
Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət Planlarında şöbənin fəaliyyət
istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Şöbənin icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin
hazırlanması sənədlərin toplanması və göndərilməsi ilə bağlı işlərə rəhbərlik
etmək;
- Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə baxılmasını təmin etmək və
müəyyən edilmiş qaydada tədbirlər görmək;
- tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların
fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət etmələrinə nəzarət
etmək;
- Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib
edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında
nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə
nəzarət etmək;
- Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün şöbə müdirinə təqdimatlar vermək;
- Sektorun əməkdaşları qarşısında qoyulan tapşırıqların dövlət qulluçularının
xidməti fəaliyyətinin qiymətləndirilməsi dövrü ərzində hansı səviyyədə yerinə
yetirilməsini, meyarlar üzrə fəaliyyətini və əmək intizamına əməl edilmə
vəziyyətini vaxtında, obyektiv və qərəzsiz qiymətləndirmək;
- Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində
Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq;
- Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin
etmək;
- Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada həyata
keçirmək;
- fəaliyyət
istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri
yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: jurnalistika, tarix, politologiya, sosiologiya, dövlət və ictimai münasibətlər, informasiya təhlükəsizliyi ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə yaxşı səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
Müsahibə elanının tarixi |
13.07.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
11.08.2022 18:00 |
ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
- xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 13 iyul 2022-ci il tarixindən 11 avqust 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.