Ekologiya və Təbii Sərvətlər Nazirliyi
5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektoru, aparıcı məsləhətçi


Əlaqə məlumatları
Dövlət orqanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Struktur bölmə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı aparıcı məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 7
Aylıq vəzifə maaşı 495
Qulluq funksiyaları
  • Xidməti ərazidə fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantılarla təqdim edilən 2 TG (su, hava, tullantı) dövlət statistik hesabatların, ekoloji tədbirlər planının və digər sənədlərin qəbul edilməsi, razılaşdırılması üçün təqdim edilməsi;
  • Təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyət növləri nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün tədbirlərin görülməsi üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi;
  • İnzibati ərazilərdə ətraf mühiti çirkləndirici mənbələrin uçotunun aparılmasının, onların ekoloji zərərlilik dərəcəsinin müəyyənləşdirilməsinin, bunların aradan qaldırılması üzrə təkliflərin verilməsi;
  • Xidməti ərazidə obyektlərin təbiəti mühafizə təyinatlı qurğularının, avadanlıqlarının istismara buraxılması üzrə yaradılmış komissiyalarda iştirak edilməsi;
  • Hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühit və təbii sərvətlərin mühafizəsi və istifadəsi sahəsində qanunvericiliyə riayət olunmasına, ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsinə, ekoloji şəraitin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi;
  • Xidməti ərazidə ətraf mühitin mühafizəsi sahəsində ekoloji maarifləndirmənin həyata keçirilməsi;
  • Əhalinin ekoloji maarifləndirilməsi üzrə dövlət və regional proqramların işlənilməsi və təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və proqramın həyata keçirilməsində iştirak edilməsi;
  • Xidməti ərazidə ətraf mühitin ekoloji vəziyyəti, bu sahədə aşkar edilmiş nöqsan və çatışmazlıqlar, həmin istiqamətdə görülən tədbirlər haqqında KİV-ə məlumatların verilməsinin həyata keçirilməsi;
  • Ətraf mühitin tənzimlənməsi və ekoloji maarifləndirmə sahəsində görülmüş işlərə dair idarənin rəhbərliyinə və aidiyyatı üzrə məlumatların verilməsi;
  • Daxil olan şikayət və məlumatların araşdırılmasının və cavablandırılmasının təmin edilməsi;
  • Qeyri hökumət təşkilatları, xarici şirkətlərlə birlikdə ətraf mühitin mühafizəsi sahəsində keçirilən dəyirmi masa, görüşlərdə, ekologiya sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edilməsi;
  • Xidməti ərazidə ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlər barədə 15 günlük, aylıq, rüblük və illik hesabatların hazırlanması;
  • Dövlət ekoloji ekspertizası subyekti olan obyektlərin inventarizasiyasının aparılmasında iştirak edilməsi;
  • Xidməti ərazidə təhlükəli və təhlükəsiz sənaye, məişət, tikinti, tibbi və radioaktiv tullantıların qeydiyyatının aparılması, bu tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunmasının (əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi,  utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) təhlil edilməsi və qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılmasının və sistemləşdirilməsinin təmin edilməsi;
  • Xidməti ərazidə təbii sferalara antropogen və digər təsirlərin, o cümlədən ətraf mühitə atılan tullantılarla bağlı məlumatlar üzrə təhlillərin aparılması və məlumat bazasının yaradılmasının həyata keçirilməsi;
  • Rəhbərlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələrin yerinə yetirilməsi.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: təbiət ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu, kənd təsərrüfatı ixtisasları qrupu, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , coğrafiya müəllimliyi, biologiya müəllimliyi, tarix və coğrafiya müəllimliyi, fizika müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən orta səviyyədə istifadə
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
Müsahibə elanının tarixi 13.10.2022 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 11.11.2022 18:00

ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 13 oktyabr 2022-ci il tarixindən 11 noyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.