Qida Təhlükəsizliyi Agentliyi
Tovuz regional bölmə, Qida təhlükəsizliyinə nəzarət sektoru, böyük məsləhətçi


Əlaqə məlumatları
Dövlət orqanı Qida Təhlükəsizliyi Agentliyi
Struktur bölmə Tovuz regional bölmə, Qida təhlükəsizliyinə nəzarət sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı böyük məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 7
Aylıq vəzifə maaşı 505
Qulluq funksiyaları
  • Qida təhlükəsizliyi sahəsində inzibati ərazi vahidində mövcud vəziyyəti təhlil etmək, dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq və sektor müdirinə təqdim etmək;
  • Qanunla müəyyən edilmiş hallarda və qaydada qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektlərində illik planlara uyğun olaraq planlı və ya plandankənar yoxlamalar və digər dövlət nəzarəti tədbirlərində iştirak etmək;
  • Yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı) və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsində və akkreditasiya olunmuş laboratoriyalara həmin nümunələrin çatdırılmasında iştirak etmək, aşkarlanmış pozuntuların aradan qaldırılması ilə bağlı verilmiş göstərişləri icra etmək və qanunla nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək;
  • Aparılmış yoxlamalar zamanı aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar layihələrini hazırlamaq, sektor müdirinə təqdim etmək və qəbul olunmuş qərarların icrası ilə bağlı tədbirlər həyata keçirmək;
  • Agentliyin fəaliyyəti üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların icrası ilə bağlı zəruri tədbirlər həyata keçirmək və icra vəziyyəti barədə hesabatı sektor müdirinə təqdim etmək;
  • Agentliyin səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək;
  • Qida məhsullarının istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən müvafiq sahədə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirləri həyata keçirmək;
  • Qida məhsullarının istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirləri həyata keçirmək;
  • Təhlükəli və kütləvi zəhərlənməyə (xəstəliklərə) səbəb olmuş, habelə bu cür hallara səbəb ola biləcəyinə əsaslı sübutlar olan, ölkədə istehsal edilən və ya ölkəyə idxal edilmiş qida məhsullarının dövriyyədən çıxarılması və qida təhlükəsizliyi baxımından yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlərdə iştirak etmək;
  • Qida məhsullarının ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair idxalçı ölkələrdən daxil olan bildirişlər (notifikasiyalar) ilə bağlı qanuna uyğun tədbirlərin görülməsində iştirak etmək;
  • İstifadəyə yararsız yeyinti məhsullarının, qablaşdırma materiallarının, köməkçi emal maddələrinin zərərsizləşdirilməsi və utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi və ya məhv edilməsi) barədə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada qəbul edilmiş qərarı icra etmək;
  • İnzibati ərazi vahidində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərə məxsus binalarda, qurğularda, sahələrdə, ərazilərdə, qida məhsulları daşınan nəqliyyat vasitələrində dezinfeksiya, dezinseksiya, deratizasiya, fumiqasiya işlərinə, qida təhlükəsizliyi ilə bağlı digər tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Qida məhsullarının saxlanması və ya satışı zamanı mal qonşuluğunun və satılmış malların dəyişdirilməsi və ya geri çağırılması qaydalarının pozulmasına qarşı tədbirləri həyata keçirmək;
  • Ölkəyə idxal olunan qida mənşəli genetik məhsulların ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalıb-qalmadığının inzibati ərazi vahidi üzrə yoxlanılmasında iştirak etmək;
  • Qida zəncirinin müvafiq mərhələlərində işləyən şəxslərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada və müddətdə məcburi tibbi müayinədən keçmələrinə nəzarəti həyata keçirmək;
  • Qida zəncirinin müvafiq mərhələlərində işləyən və çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar olaraq yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxslərin habelə sanitariya norma və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxslərin işdən kənarlaşdırılması ilə bağlı sektor müdirinə təkliflər vermək;
  • Genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış orqanizmlərə və tərkibində bu orqanizmlərin özü və ya materialı olan qida məhsullarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, habelə aidiyyəti dövlət orqanları ilə birlikdə belə qida məhsullarının qanunsuz dövriyyəsinə qarşı qanunda nəzərdə tutulmuş qaydada mübarizə aparılmasında iştirak etmək;
  • Yeyinti məhsuluna “müalicəvi”, “pəhriz” və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsi zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulan tələblərin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək ;
  • Bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarəti həyata keçirmək;
  • Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • Sektor müdiri tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların sektora daxil olmuş şifahi və yazılı müraciətlərinə vaxtında və ətraflı baxılmasını təmin etmək;
  • Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrini qorumaq;
  • Aidiyyəti qurumlara müraciətlər hazırlamaq, sənədlərin toplanmasını və göndərilməsini həyata keçirmək;
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, tibbi profilaktika, bitki mühafizəsi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , hüquqşünaslıq, zootexniklik, əczaçılıq ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, İnternetdən istifadə orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-A1; Rus dili-A1;
Müsahibə elanının tarixi 13.10.2022 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 11.11.2022 18:00

ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 13 oktyabr 2022-ci il tarixindən 11 noyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.