Əlaqə məlumatları |
|
Dövlət orqanı |
İqtisadiyyat Nazirliyi |
Struktur bölmə |
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatı, Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdirinin müavini (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
5 |
Aylıq vəzifə maaşı |
895 |
Qulluq funksiyaları |
- Şöbə
müdiri olmadıqda, Xidmət rəisinin göstərişi əsasında şöbə müdirini əvəz edir;
- Şöbənin
işinin təşkilində və ona rəhbərlik edilməsində, işçilərin işə davamiyyətinə və əmək
intizamına nəzarət edilməsində iştirak edir;
- Dövlət
əmlakının özəlləşdirilməsi və bu sahəyə investisiyaların cəlb olunması sahəsində
dövlət siyasətinin həyata keçirilməsinə dair təkliflərin hazırlanmasında
iştirak edir;
- Özəlləşdirmə
prosesində orta və iri dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi,
birgə müəssisələrin nizamnamə kapitalındakı dövlət paylarının qiymətləndirilməsi
və özəlləşdirilməsi işlərinin təşkilində iştirak edir;
- Dövlət
müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi üzrə özəlləşdirmə sənədlərini,
o cümlədən müəssisələrin əmlakının inventarlaşdırılması və qiymətləndirilməsi
aktlarının özəlləşdirmə komissiyası tərəfindən hazırlanması işinin təşkilində iştirak
edir, həmin sənədləri təhlil əsasında ekspertiza edərək təsdiq olunmaq üçün təqdim
edilməsində iştirak edir;
- Dövlət
müəssisələrinin çevrilməsi nəticəsində yaradılmış səhmdar cəmiyyətlərinin
emissiya prospektinin qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət
qeydiyyatına alınmasınına nəzarət edilməsində iştirak edir;
- Dövlət
müəssisələrinin çevrilməsi nəticəsində yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin
pul və ixtisaslaşdırılmış pul hərraclarında satışı ilə bağlı müəyyən edilmiş tədbirlərin
həyata keçirilməsini təmin edir;
- Kiçik
dövlət müəssisə və obyektlərinin (avadanlıqların), tikintisi dondurulmuş,
tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin,
icarəyə verilmiş və istifadəsiz dövlət əmlakının, yerli icra hakimiyyəti
orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti
hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsinə nəzarəti həyata
keçirir;
- Özəlləşdirilən
kiçik dövlət müəssisə və obyektlərinin (avadanlıqların), tikintisi dondurulmuş,
tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin,
icarəyə verilmiş və istifadəsiz dövlət əmlakının, yerli icra hakimiyyəti
orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti
hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin inventarlaşdırılmasını və qiymətləndirilməsini,
ekspertizadan keçirilməsini təmin edir;
- Özəlləşdirilən
dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa
edilmiş müəssisə və obyektlərin yerləşdiyi
torpaq sahələrinin özəlləşdirilməsinin təşkilində iştirak edir;
- Şöbənin
dövlət əmlakının investisiya müsabiqələri və fərdi layihələr üzrə özəlləşdirilməsi,
habelə idarəetməyə verilməsi sahəsində işlərini təşkil edir və əlaqələndirir;
- Müəssisə
və obyektlərin özəlləşdirilməsi və idarəetməyə verilməsi, habelə müvafiq sahələrə
məsləhətçi və qiymətləndirici şirkətlərinin cəlb edilməsi ilə əlaqədar müsabiqə
və tenderlərin təşkili və keçirilməsinin əlaqələndirilməsi işlərini təşkil edir;
- İnvestisiya
müsabiqələri və fərdi layihələr üzrə özəlləşdirilmiş, idarəetməyə verilmiş əmlakların
alıcıları, eləcə də məsləhət xidmətləri göstərən hüquqi və fiziki şəxslərlə
bağlanan müqavilələrin layihələrinin hazırlanmasında və müqavilə öhdəliklərinin
icrası sahəsində işləri təşkil edir;
- Dövlət
əmlakının özəlləşdirilməsi və idarəetməyə verilməsi proseslərinə
investisiyaların (investor və operatorların) cəlb olunması sahəsində təkliflərin
hazırlanması, potensial investorlarla danışıqların aparılması, bununla bağlı
müxtəlif forum və konfransların təşkil edilməsində iştirak edir;
- Birgə
müəssisələrin nizamnamə kapitalındakı dövlət paylarının qiymətləndirilməsi və
özəlləşdirilməsi işlərinin təşkili və həyata keçirilməsində iştirak edir;
- Dövlət
əmlakının, dövlət mülkiyyətində olan torpaq sahələrinin özəlləşdirilməsi, səhmdar
cəmiyyətlərin yaradılması və səhmlərin (payların) özəlləşdirilməsi prosesini tənzimləyən
normativ-hüquqi, metodiki və digər sənədlərin layihələrinin hazırlanmasında
iştirak edir;
- Özəlləşdirilən
dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa
edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsinin
sürətləndirilməsi məqsədi ilə monitorinqlərin aparılmasına, monitorinqlər
zamanı aşkar edilmiş qanun pozuntusu hallarının aradan qaldırılması ilə bağlı tədbirlərin
görülməsinə və xidmətin aidiyyəti qurumlarına məlumat verilməsinə nəzarət edir;
- Şöbəyə
daxil olan məktub və müraciətlərə baxılmasına və cavabların hazırlanmasına nəzarət
edilməsində iştirak edir;
- Müvafiq
sahə üzrə hüquqi aktların, qərar, əmr və sərəncamların layihələrinin
hazırlanmasının təşkilində və bu barədə təkliflərin hazırlanmasında iştirak edir;
- Şöbənin
fəaliyyətinin yekunu olan sənədlərin müəyyən olunmuş qaydada aidiyyəti üzrə və
ya arxivə təhvil verilməsini təmin edir;
- Şöbədə
kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
- Xidmətin müvafiq əmrləri ilə təsdiq edilmiş
qaydaların (“İşgüzar geyim qaydaları”, “İş vaxtının rejimi Qaydaları” və s.) tələblərinə
riayət edir;
- Xidməti vəzifələrin
icrası ilə bağlı şöbə rəhbərliyinin tapşırıqlarını yerinə yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu, hüquqşünaslıq, beynəlxalq münasibətlər, yer quruluşu, torpaq və şəhər kadastrı ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (orta səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;
|
Müsahibə elanının tarixi |
10.07.2023 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
08.08.2023 18:00 |
ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
- xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 10 iyul 2023-cü il tarixindən 8 avqust 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.