Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Energetika Nazirliyi |
Struktur bölmə |
Elektrik və istilik enerjisi şöbəsi, İstilik enerjisi sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
5 |
Aylıq vəzifə maaşı |
1020 |
Qulluq funksiyaları |
- İstilik enerjisi
sahəsinin (bundan sonra müvafiq sahə) perspektiv inkişaf
istiqamətlərinin müəyyənləşdirilməsi, bu istiqamətlər üzrə dövlət və sahə
proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata
keçirilməsində iştirak edilməsi;
- müvafiq sahədə normayaratma fəaliyyətindən irəli
gələn vəzifələrin həyata keçirilməsi;
- müvafiq sahəyə investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədilə
tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak edilməsi;
- isitilik enerjisi istehsalı və istehlakının
proqnozlaşdırılması və balansının hazırlanması, texnoloji itkilərin hesabatının
və analizinin aparılması;
- Azərbaycan Respublikasının yanacaq-enerji
balansının tərtib edilməsində və onun yerinə yetirilməsi üçün tədbirlərin
görülməsində iştirak edilməsi;
- İstilik energetikası sisteminin subyektlərinin maya
dəyəri, rentabellik məsələləri və texniki-iqtisadi göstəricilərinin analizinin
aparılması;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət
müəssisələrinin müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsi;
- dövlət müəssisələri üzrə elektrik
enerjisinin istehlakı limitlərinin müəyyən olunmasında iştirak edilməsi;
- müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq
müqavilələrin hazırlanmasında, şöbənin səlahiyyətinə aid olan məsələlərə dair
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə öhdəliklərin
yerinə yetirilməsinin təmin edilməsində iştirak edilməsi;
- qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla,
müvafiq sahədə elm, texnika və texnologiyanın inkişafı və elmi-texniki
nailiyyətlərin tətbiqi ilə bağlı təkliflərin hazırlanması;
- müvafiq sahədə vəziyyətin və mövcud problemlərin
təhlilinin aparılması, onların həlli yolları ilə bağlı təkliflərin hazırlanması
və tədbirlərin həyata keçirılməsi;
- müvafiq sahəyə dövlət dəstəyinin göstərilməsi,
dövlət maliyyə yardımlarının ayrılması və digər güzəştlərin müəyyən edilməsi
imkanlarını araşdırıb təkliflər hazırlanması, edilən yardım və güzəştlərdən
təyinatı üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- müvafiq sahənin təkmilləşdirilməsinə və rəqabət
qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanması və həyata
keçirilməsində iştirak edilməsi;
- yanacaq və energetika obyektlərinin tikilməsi, yenidən
qurulması, qurğu və avadanlıqların quraşdırılması layihələrinin ekoloji və
texniki ekspertizasının həyata keçirilməsində iştirak edilməsi;
- enerji qurğusunun fəaliyyəti və ya hər hansı
hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına təhlükə
yarandıqda, bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılması və ya tam
dayandırılması üçün şöbə müdirinə təkliflərin verilməsi;
- müvafiq sahədə elmi-texniki nailiyyətlərin və
beynəlxalq təcrübənin tətbiq edilməsi, müasir tipli texnologiyaların,
avadanlıqların və cihazların tətbiqi və sınanması ilə bağlı tədbirlərdə iştirak
edilməsi;
- fəaliyyət istiqamətləri ilə bağlı insan və
vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi və onların
pozulmasının qarşısının alınmasının təmin edilməsi;
- sektorun fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət
orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və
sorğulara, ərizə və şikayətlərə qanunvericiliyə uyğun olaraq baxılmasının təmin
edilməsi;
- müvafiq sahənin inkişafı ilə əlaqədar respublikada keçirilən yerli və beynəlxalq tədbirlərin təşkilində
iştirak edilməsi, ölkə ərazisində fəaliyyət göstərən təşkilatlarla əlaqələrin
yaradılması;
- müvafiq sahədə işçilərin
peşə hazırlığının artırılması üçün təşkil olunan seminarlarda, o cümlədən yerli
və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, konfranslarda və digər
tədbirlərdə iştirak edilməsi;
- müvafiq sahədə yaradılmış İşçi qrupların fəaliyyətində iştirak edilməsi;
- müvafiq sahənin inkişafı
üçün cəlb olunmuş müstəqil ekspertlərlə, o cümlədən beynəlxalq məsləhətçi
şirkətlərin mütəxəssisləri ilə qarşılıqlı əmakdaşlıqda iştirak edilməsi;
- fəaliyyət istiqamətləri üzrə rəy verilməsində,
təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların aparılmasında, analitik materialların
hazırlanmasında iştirak edilməsi;
- Nazirliyin müəyyən etdiyi bölgüyə əsasən,
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində
nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar haqqında işlərə baxılması
və müvafiq qərarlar qəbul edilməsi;
- şöbənin
iş planlarının, hesabatlarının hazırlanmasında və həyata keçirilməsində iştirak
edilməsi;
- sektorun fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində öz səlahiyyətləri daxilində tədbirlərin görülməsi;
- şöbə müdirinin müəyyən etdiyi halda tabeliyində
olan işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirilməsi;
- tabeliyində olan işçilər arasında cari iş
bölgüsünün aparılması, əmək, icra və xidmət intizamına riayət olunmasının təmin
edilməsi;
- sektorun əməkdaşları barəsində həvəsləndirmə və
ya intizam tənbehi tədbirləri görülməsi barədə şöbə müdirinə təqdimat
verilməsi;
- Nazirliyin hüquqi aktları ilə müəyyən edilmiş öz
səlahiyyətlərinə uyğun digər vəzifələrin həyata keçirilməsi;
- şöbə müdiri tərəfindən verilən digər vəzifələrin
yerinə yetirilməsi;
- sektorun fəaliyyətinə rəhbərlik edilməsi.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: elektroenergetika mühəndisliyi, istilik energetikası mühəndisliyi, elektrik mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya, ekologiya mühəndisliyi, mexanika, enerji maşınqayırması mühəndisliyi, mexanika mühəndisliyi ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B1;
|
Müsahibə elanının tarixi |
23.11.2023 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
22.12.2023 18:00 |
ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
- xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 23 noyabr 2023-cü il tarixindən 22 dekabr 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.