Energetika Nazirliyi
Elektrik və istilik enerjisi şöbəsi, şöbə müdirinin müavini


Əlaqə məlumatları
Dövlət orqanı Energetika Nazirliyi
Struktur bölmə Elektrik və istilik enerjisi şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdirinin müavini (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1270
Qulluq funksiyaları
  • Elektrik və istilik enerjisi sahələrinin (bundan sonra müvafiq sahə) perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, bu istiqamətlər üzrə dövlət və sahə proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
  • müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin həyata keçirilməsində iştirak edilməsi;
  • Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
  • Azərbaycan Respublikasının yanacaq-enerji balansının tərtib edilməsində və onun yerinə yetirilməsi üçün tədbirlərin görülməsində iştirak edilməsi;
  • əhalinin və iqtisadiyyatın elektrik və istilik enerjisinə olan tələbatının dolğun ödənilməsini təmin etmək üçün tədbirlərin görülməsi;
  • müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri üzrə elektrik və istilik enerjisinin istehlakı limitlərinin müəyyən olunmasında iştirak edilməsi;
  • “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”, “Elektrik və istilik stansiyaları haqqında” və “Elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə nəzarətin həyata keçirilməsi;
  • enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına təhlükə yarandıqda, bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması üçün təkliflərin verilməsi;
  • müvafiq sahəyə  investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədi ilə tədbirlərin hazırlanması və həyata keçirilməsinin təmin edilməsi;
  • müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin inkişafını təmin etmək məqsədi ilə investisiya layihələrinin hazırlamasında iştirak edilməsi;
  • müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün yanacaq-enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarının müəyyən edilərək təsdiq üçün rəhbərliyə təqdim edilməsi, təsdiq edilmiş normaların icrasına nəzarətin həyata keçirilməsi;
  • müvafiq sahədə vəziyyətin və mövcud problemlərin təhlilinin aparılması, onların həlli yolları ilə bağlı təkliflərin hazırlanıb rəhbərliyə təqdim edilməsi, müvafiq tədbirlərin həyata keçirilməsi;
  • yanacaq və energetika obyektlərinin tikilməsi və yenidən qurulması, qurğu və avadanlıqların quraşdırılması layihələrinin ekoloji və texniki ekspertizasının həyata keçirilməsində iştirak edilməsi;
  • müvafiq sahənin inkişafı istiqamətində beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıqda iştirak edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi;
  • müvafiq sahənin inkişafı üçün cəlb olunmuş müstəqil ekspertlər, o cümlədən beynəlxalq məsləhətçi şirkətlərin mütəxəssisləri ilə qarşılıqlı əmakdaşlıq edilməsi;
  • müvafiq sahədə elmi-texniki nailiyyətlərin və beynəlxalq təcrübənin tətbiq edilməsi, müasir tipli texnologiyaların, avadanlıqların və cihazların tətbiqi və sınaqdan keçirilməsi, istehsalat və məişət tullantılarının yerləşdirilməsi üzrə keçirilən tədbirlərdə iştirak edilməsi;
  • müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə sahəsində tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
  • müvafiq sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak edilməsi;
  • müvafiq sahənin təkmilləşdirilməsinə və rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak edilməsi;
  • Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış Komissiyalarda, İşçi qruplarının fəaliyyətində iştirak edilməsi;
  • müvafiq sahədə Respublikada həyata keçirilən tədbirlərdə iştirak edilməsi, ölkə ərazisində fəaliyyət göstərən təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi barədə təkliflərin verilməsi;
  • fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq tədbirlərin təşkilinin, beynəlxalq konfrans, seminar, sərgi və digər tədbirlərdə iştirakın təmin edilməsi;
  • müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanması, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsinin öz səlahiyyətləri daxilində təmin edilməsi;
  • müvafiq sahədə kadr hazırlığının təmini, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlərin görülməsi;
  • fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquq  və azadlıqlarının həyata keçirilməsi və onların pozulmasının qarşısının alınmasının təmin edilməsi;
  • daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasının təşkil edilməsi;
  • Nazirliyin müəyyən etdiyi bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar haqqında işlərə baxılmasının və müvafiq qərarların qəbul edilməsinin təmin edilməsi;
  • şöbənin fəaliyyətinin təşkili və ona rəhbərlik edilməsi;
  • şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlərin görülməsi;
  • şöbənin əməkdaşları arasında iş bölgüsünün aparılması, onların fəaliyyətinin əlaqələndirilməsi, əmək və icra intizamına riayət etmələrinə nəzarət edilməsi və davranışlarının etik davranış qaydalarına uyğunluğunun müntəzəm təhlil edilməsi;
  • şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirilməsi;
  • şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə rəhbərliyə təqdimatın verilməsi;
  • şöbənin iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edilməsi;
  • Nazirliyin normativ hüquqi aktlarına, əmr və sərəncamlarına uyğun olaraq digər vəzifələrin yerinə yetirilməsi;
  • şöbə müdiri olmadıqda onun səlahiyyətlərinin müəyyən edilmiş qaydada həyata keçirilməsi;
  • Nazirliyin normativ hüquqi aktlarına, əmr və sərəncamlarına uyğun olaraq digər vəzifələrin yerinə yetirilməsi;
  • şöbə müdiri tərəfindən verilən digər vəzifələrin yerinə yetirilməsi;
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, mexanika, ekologiya, mexanika mühəndisliyi, ekologiya mühəndisliyi, enerji maşınqayırması mühəndisliyi, elektroenergetika mühəndisliyi, istilik energetikası mühəndisliyi, elektrik mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə – yüksək səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B1;
Müsahibə elanının tarixi 23.11.2023 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 22.12.2023 18:00

ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 23 noyabr 2023-cü il tarixindən 22 dekabr 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.