Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Aparat, Beynəlxalq əlaqələr və protokol şöbəsi, Beynəlxalq əlaqələr sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdirinin müavini - sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1240 |
Qulluq funksiyaları |
- Agentliyin
və tabeli qurumların vahid beynəlxalq əməkdaşlıq
fəaliyyətini təşkil etmək məqsədilə kompleks tədbirləri yerinə yetirir;
- Azərbaycan
Respublikasında xarici ölkələrin diplomatik nümayəndəlikləri, Azərbaycan
Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, beynəlxalq və
regional təşkilatlar, sahə üzrə kommersiya və qeyri-kommersiya fəaliyyəti ilə məşğul
olan transmilli, beynəlxalq və yerli şirkətlər, ictimai birliklər, işgüzar
klublar, qeyri-hökumət təşkilatları, universitetlər, tədqiqat institutları və beyin
mərkəzləri ilə qarşılıqlı əlaqələrin qurulması ilə bağlı tədbirlər görür və fəaliyyət
istiqamətlərinə uyğun olaraq nəzarəti həyata keçirir;
- Agentliyin strukturuna daxil olan qurumların və
strukturuna daxil olmayan tabeliyindəki qurumların beynəlxalq fəaliyyətlərinə
nəzarət edir, onların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində, işçilərin ezamiyyə
səfərlərinin və beynəlxalq tədbirlərin təşkilinə, o cümlədən beynəlxalq maliyyə
institutları hesabına maliyyələşən kredit, qrant, texniki yardım və bu kimi
digər mənbələrdən istifadə edilməsinə dair şöbə müdirinə rəy və təkliflər verir;
- Agentliyin
prioritet hesab etdiyi istiqamətlər üzrə beynəlxalq təşkilatlarla birlikdə
inkişaf layihələri və proqramlarının, Agentliyin aidiyyəti struktur bölmələri
ilə birlikdə beynəlxalq layihələrin hazırlanmasında iştirak edir, layihə və
proqramların həyata keçirilməsi ilə bağlı nəzarəti təmin edir;
- Hökumətlərarası
komissiyaların və işçi qrupların işində iştirak etmək, xarici ölkələrin dövlət
və özəl qurumları ilə ikitərəfli hökumətlərarası sənədləri (müqavilə, anlaşma
memorandumu, niyyət protokolu və s.) hazırlanmasını təmin etmək, o cümlədən bununla bağlı
danışıqlarda və müzakirələrdə Agentliyi təmsil edir;
- dünyada baş verən prosesləri və tendensiyaları
araşdırır və təhlil edir;
- Azərbaycan Respublikasında qida təhlükəsizliyi üzrə
dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata
keçirilməsində iştirak edir;
- qida təhlükəsizliyi sahəsində beynəlxalq
inteqrasiyanın sürətləndirilməsi üçün strateji istiqamətlərə dair şöbə müdirinə təkliflər
verir;
- qida məhsullarının idxal və ixracı ilə əlaqədar
digər dövlətlərin aidiyyəti orqanları ilə əməkdaşlığı həyata keçirir və idxal-ixrac
əməliyyatları zamanı ortaya çıxan çətinliklərin həlli istiqamətində danışıqlarda
iştirak edir;
- qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair idxalçı ölkələrdən daxil olan bildirişlərlə (notifikasiya sənədləri ilə) ələqədar aidiyyəti struktur bölmə tərəfindən görülmüş işlərin nəticəsinə dair arayışların və cavab məktublarının bildirişləri göndərən tərəflərə təqdim olunmasını təmin edir;
- Agentliyin strukturuna daxil olan qurumların və
strukturuna daxil olmayan tabeliyindəki qurumların nümayəndələrinin (rəhbərlərinin,
əməkdaşlarının və mütəxəssislərinin) sahə üzrə təşkil edilən beynəlxalq tədbirlərdə
(sərgi, konfrans, seminar, kurs, iclas, təqdimat mərasimi, ziyafətlər və s.) iştirakı
ilə bağlı təklif verir, bununla əlaqədar Agentliyin Aparatının struktur bölmə
və tabeli qurum rəhbərlərinin təkliflərini araşdıraraq iştirakın zəruriliyini
müəyyən edir;
- Agentliyin strukturuna daxil olan qurumların və
strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinin təkmilləşdirilməsi
məqsədilə xarici ölkələrdən mütəxəssislərin dəvət edilməsini, onların səfərlərinin
və Azərbaycandakı fəaliyyətinin təşkilini təmin edir;
- beynəlxalq sənədlərin Agentliyin strukturuna
daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən
imzalanması ilə bağlı xarici dövlətlər, beynəlxalq təşkilatlar və beynəlxalq
maliyyə institutları ilə danışıqlar aparır, ölkəmizdə keçirmək istədikləri
beynəlxalq tədbirlərə dair əvvəlcədən məlumat əldə edir və fəaliyyət istiqamətləri
üzrə şöbə müdirinə təkliflər verir;
- Agentliyin maliyyə mütəxəssisləri ilə birlikdə beynəlxalq donor təşkilatlar və beynəlxalq maliyyə
institutları ilə danışıqlar aparmaq, onların hesabına maliyyələşən kredit,
qrant, texniki yardım və bu kimi digər mənbələrdən yararlanmaq üçün şöbə müdirinə təkliflər
verir və sənədlərin
hazırlanmasını təmin edir;
- ölkə
daxilində və xaricdə beynəlxalq tədbirlərin (sərgi, forum, konfrans, seminar, kurs,
iclas, təqdimat mərasimi, ziyafət və s.) təşkilində iştirak edir, xaricdə təşkil olunan
tədbirlərdə iştirak etməsi nəzərdə tutulan Agentliyin əməkdaşlarından ibarət nümayəndə
heyətinin səfərini təşkil edir;
- Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində,
Strateji Planlarda və Fəaliyyət Planlarında şöbənin fəaliyyət istiqamətləri üzrə
qeyd olunmuş tədbirlərin həyata keçirilməsini təmin edir;
- Agentlik
tərəfindən dəvət olunmuş qonaqların təşkilati-protokol məsələlərini təşkil edir;
- Agentliyin
digər ölkələrin dövlət qurumları və beynəlxalq təşkilatlarla münasibətlərin
qurulması və inkişaf etdirilməsi ilə əlaqədar təkliflər verir, beynəlxalq
tədbirlərdə Agentliyin təmsil edilməsi ilə bağlı tədbirlər görür;
- sədr və sədr müavinlərinin Azərbaycan
Respublikasında xarici ölkə səfirləri, konsulları, ticarət nümayəndəlikləri,
beynəlxalq təşkilatların və xarici şirkətlərin rəhbərləri və nümayəndələri ilə
görüşlərinin planlaşdırılması, təşkili və görüşlərin protokollaşdırması məsələlərinə rəhbərlik edir;
- xarici ölkələrə ezamiyyətə göndərilən
Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan
tabeliyindəki qurumların əməkdaşları üçün müxtəlif ölkələrin vizalarının
alınması məqsədilə dəstək məktubunun hazırlanmasını təmin edir və onlara
lazımı köməklik göstərir;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq normativ
hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak edir, digər dövlət orqanları tərəfindən hazırlanmış
qanunvericilik aktlarının layihələrinə rəy və təkliflər verir;
- Şöbənin əməkdaşları tərəfindən fəaliyyət
prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və
kommersiya sirrinin qorunmasını təmin edir;
- qida təhlükəsizliyi sahəsində dövlət siyasətinin
istiqamət və prinsiplərinin müəyyən edilməsi ilə bağlı şöbə müdirinə təkliflər verir;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatların hazırlanmasını təmin edir;
- Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə olunmalı məsələlər ilə bağlı
təkliflərini şöbə müdirinə təqdim edir;
- Şöbə müdirinin göstərişinə və iş planına
uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim ediləcək məsələlərin
hazırlanmasını təşkil edir;
- Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə baxılmasını təmin edir və
müəyyən edilmiş qaydada tədbirlər görür;
- tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların
fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət
edir;
- Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib
edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında
nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə
nəzarət edir;
- Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri
görülməsi üçün şöbə müdirinə təqdimatlar verir;
- Sektorun əməkdaşları qarşısında qoyulan tapşırıqların dövlət qulluçularının
xidməti fəaliyyətinin qiymətləndirilməsi dövrü ərzində hansı səviyyədə yerinə
yetirilməsini, meyarlar üzrə fəaliyyətini və əmək intizamına əməl edilmə
vəziyyətini vaxtında, obyektiv və qərəzsiz qiymətləndirir;
- Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində
Agentliyin digər strukturlarından məlumat və sənədləri alır;
- Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin
edir;
- Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada həyata
keçirir;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq digər vəzifələri
yerinə yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), tərcümə (dillər üzrə), regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, xarici dil müəllimliyi (dillər üzrə), politologiya, filologiya (dil və ədəbiyyat göstərilməklə), dövlət və ictimai münasibətlər, dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-C1; İngilis dili-C1;
|
Müsahibə elanının tarixi |
23.11.2023 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
22.12.2023 18:00 |
ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
- xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 23 noyabr 2023-cü il tarixindən 22 dekabr 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.