Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyəti üzrə: Naxçıvan Muxtar Respublikası, Culfa rayonu
|
Dövlət orqanı |
Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyəti |
Struktur bölmə |
Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyəti başçısının Aparatı, Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının rəhbərliyi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
aparıcı məsləhətçi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
7 |
Aylıq vəzifə maaşı |
480 |
Qulluq funksiyaları |
- Komissiyanın işinin təşkilində səlahiyyətləri daxilində iştirak
edir;
- Komissiyanın fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir;
- Yetkinlik yaşına çatmayanların psixoloji cəhətdən müdafiəsi işinin təşkilində iştirak edir, onlar arasında psixoloji vəziyyətin nəzarətdə saxlanılması məqsədilə müvafiq tədbirlər görülməsini təmin edir;
- Yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması üçün maarifləndirici və diaqnostik işlər aparır, ümumtəhsil müəssisələrinin psixoloqları ilə qarşılıqlı əməkdaşlıq və məsləhət fəaliyyətini həyata keçirir;
- Ümumtəhsil müəssisələrinin psixoloqları ilə birlikdə problemli uşaqların müəyyənləşdirilməsini və onlarla işin aparılmasını, psixoloji durumu gərgin olan uşaqların nəzarətə götürülməsini təmin edir;
- Uşaqların sosial və psixi sağlamlığının qorunması məqsədilə psixoloji proqram, tövsiyə və layihələrin hazırlanmasında iştirak edir;
- Yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması əsasında onların məhkəmə və digər qurumlarda dindirilməsində psixoloq kimi iştirak edir;
- Sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanları, habelə sosial xidmətlərə ehtiyacı olan yetkinlik yaşına çatmayanların üzvü olduğu ailələri aşkar edir, onların sosial reabilitasiyasının həyata keçirilməsi istiqamətində müvafiq tədbirlər görür, fərdi sosial reabilitasiya proqramlarına uyğun olaraq onlara lazımi yardım göstərir;
- Spirtli içkilər içən, narkotik vasitələr, psixotrop maddələr qəbul edən yetkinlik yaşına çatmayanlar barəsində materialların müalicə-profilaktika və reabilitasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə müvafiq tibb müəssisələrinə göndərilməsini təmin edir;
- Ailə, qadın və uşaqlara sosial yardım göstərilməsi işininin təşkil edilməsində, ailə institutunun möhkəmləndirilməsi və ailə dəyərlərinin təbliğinə yönəlmiş tədbirlərin təşkil edilməsində iştirak edir;
- Erkən nikaha cəlb olunmuş qızların uçotunun aparılmasını, belə hallara qarşı profilaktiki tədbirlərin görülməsini təmin edir;
- Valideyn nəzarətindən və təhsildən yayınan, eləcə də ictimai davranış qaydalarını pozan hüquqpozmaya və zərərli vərdişlərə meyilli olan, avaraçılıqla və dilənçiliklə məşğul olan azyaşlılar barəsində profilaktiki tədbirlərin həyata keçirilməsini təmin edir;
- Yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərilməsi, onların hüquqlarının və qanuni mənafelərinin qorunması, davranışlarına nəzarət edilməsi, qanunazidd əməllərinin qarşısını alınması məqsədilə aidiyyəti dövlət qurumlarının və təşkilatların fəaliyyətininin əlaqələndirməsini təmin edir;
- Yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması, həyat şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması, tərbiyəsi, təhsil alması, işləməsi və istirahəti, baxımsızlığının və kimsəsizliyinin profilaktikası sahəsində müvafiq proqramların işlənib hazırlanmasında iştirak edir və onların icrasına nəzarət edir;
- Yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsi barədə təkliflər verir, habelə keçirilən tədbirlərdə iştirak edir;
- Komissiyanın iş planının hazırlanmasında iştirak edir və iş planında nəzərdə tutulmuş aidiyyəti tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirir;
- Komissiyanın fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatlar hazırlanmasında iştirak edir;
- Komissiyaya daxil olan aidiyyəti ərizə, şikayət, təklif və məktubları qanunvericiliklə müəyyən edilmiş qaydada icra edir, səlahiyyətləri daxilində vətəndaşların qəbulunda iştirak edir;
- Kargüzarlıqla bağlı qaydalara və məxfilik rejiminə riayət edir;
- Komissiyanın fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: təhsil ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: yoxdur
-
Kompüter biliklərinə dair tələblər: Windows ƏS, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-A1 və ya İngilis dili-A1;
|
Müsahibə elanının tarixi |
24.01.2024 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
22.02.2024 18:00 |
ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
- xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 24 yanvar 2024-cü il tarixindən 22 fevral 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.