Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Energetika Nazirliyi |
Struktur bölmə |
Elektrik və istilik enerjisi şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdirinin müavini (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1270 |
Qulluq funksiyaları |
- Elektrik və istilik
enerjisi sahələrinin
(bundan sonra müvafiq sahə) perspektiv inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsi, bu istiqamətlər üzrə dövlət və sahə proqramlarının, inkişaf
konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir
- müvafiq sahədə
normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin həyata keçirilməsində iştirak edir
- Azərbaycan
Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin
hazırlanmasında və həyata keçirilməsində iştirak edir
- Azərbaycan
Respublikasının yanacaq-enerji balansının tərtib edilməsində və onun yerinə
yetirilməsi üçün tədbirlərin görülməsində iştirak edir
- əhalinin və
iqtisadiyyatın elektrik və istilik enerjisinə olan tələbatının dolğun
ödənilməsini təmin etmək üçün tədbirlər görür
- müvafiq sahədə
fəaliyyət göstərən dövlət müəssisələri üzrə elektrik və
istilik enerjisinin istehlakı limitlərinin müəyyən olunmasında iştirak edir
- Qanunvericiklə müəyyən edilmiş hallarda və qaydada
müvafiq sahədə nəzarəti həyata keçirir
- enerji qurğusunun
fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların
həyat və sağlamlığına təhlükə yarandıqda, bu enerji qurğusunun istifadəsinin
məhdudlaşdırılması və ya tam dayandırılması üçün təkliflər verir
- müvafiq sahəyə investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması
məqsədi ilə tədbirlərin hazırlanması və həyata keçirilməsini təmin edir
- müvafiq sahədə fəaliyyət göstərən dövlət
müəssisələrinin inkişafını təmin etmək məqsədi ilə investisiya layihələrinin
hazırlamasında iştirak edir
- müvafiq sahədə fəaliyyət göstərən dövlət
müəssisələrində hər il üçün yanacaq-enerji
resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarının müəyyən edilərək
təsdiq üçün rəhbərliyə təqdim edir, təsdiq edilmiş normaların icrasına nəzarəti həyata
keçirir
- müvafiq
sahədə vəziyyətin və mövcud problemlərin təhlilini aparır, onların həlli
yolları ilə bağlı təkliflər hazırlanıb rəhbərliyə
təqdim edir,
müvafiq tədbirləri həyata keçirir
- yanacaq və energetika obyektlərinin tikilməsi və
yenidən qurulması, qurğu və avadanlıqların quraşdırılması layihələrinin ekoloji
və texniki ekspertizasının həyata keçirilməsində iştirak edir
- müvafiq sahənin
inkişafı istiqamətində beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti
dövlət orqanları (qurumları) ilə əməkdaşlıqda iştirak edir, beynəlxalq təcrübəni öyrənir və tətbiq edir
- müvafiq sahənin
inkişafı üçün cəlb olunmuş müstəqil ekspertlər, o cümlədən beynəlxalq
məsləhətçi şirkətlərin mütəxəssisləri ilə qarşılıqlı əmakdaşlıq edir
- müvafiq sahədə
elmi-texniki nailiyyətlərin və beynəlxalq təcrübənin tətbiq edilməsi, müasir
tipli texnologiyaların, avadanlıqların və cihazların tətbiqi və sınaqdan
keçirilməsi, istehsalat və məişət tullantılarının yerləşdirilməsi üzrə
keçirilən tədbirlərdə iştirak edir
- müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə
sahəsində tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir
- müvafiq sahədə fəaliyyət göstərən təbii inhisar
subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak edir
- müvafiq sahənin təkmilləşdirilməsinə və rəqabət
qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanması və həyata
keçirilməsində iştirak edir
- Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış
Komissiyalarda, İşçi qruplarının fəaliyyətində iştirak edir
- müvafiq sahədə Respublikada həyata keçirilən tədbirlərdə
iştirak edir, ölkə ərazisində fəaliyyət göstərən təşkilatlarla əlaqələrin
yaradılması və inkişaf etdirilməsi barədə təklifləri verir
- fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq
tədbirlərin təşkilini, beynəlxalq konfrans, seminar, sərgi və digər
tədbirlərdə iştirakı təmin edir
- müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq
müqavilələrin hazırlanması, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr üzrə öhdəliklərin
yerinə yetirilməsini öz səlahiyyətləri daxilində təmin edir
- müvafiq sahədə kadr hazırlığının təmini, həmçinin
mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür
- fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş
hüquq və azadlıqlarının həyata keçirilməsi
və onların pozulmasının qarşısının alınmasını təmin edir
- daxil olan məktub, ərizə, şikayət və təkliflərə
qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir
- Qanunvericilikdə nəzərdə tutulmuş,
Nazirliyin baxdığı inzibati
xətalar haqqında işlərə baxılmasını və müvafiq qərarların qəbul
edilməsini təmin edir
- şöbənin fəaliyyətini təşkil edir
- şöbənin fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində öz səlahiyyətləri daxilində tədbirləri görür
- şöbənin əməkdaşları arasında iş bölgüsünün
aparır, onların fəaliyyətinin əlaqələndirilməsi, əmək və icra intizamına
riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına
uyğunluğunu müntəzəm təhlil edir
- şöbənin inzibati vəzifə tutan dövlət
qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir
- şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya
intizam tənbehi tədbirləri görülməsi barədə rəhbərliyə təqdimat verir
- şöbənin iş planında nəzərdə tutulmuş tədbirlərin
vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir
- Nazirliyin normativ hüquqi aktlarına, əmr və
sərəncamlarına uyğun olaraq digər vəzifələri yerinə yetirir
- şöbə müdiri olmadıqda
onun səlahiyyətlərini müəyyən edilmiş qaydada həyata keçirir
- Nazirliyin normativ hüquqi aktlarına, əmr və
sərəncamlarına uyğun olaraq digər vəzifələri yerinə yetirir
- şöbə müdiri tərəfindən verilən digər vəzifələri yerinə yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: mexanika, ekologiya, mexanika mühəndisliyi, ekologiya mühəndisliyi, enerji maşınqayırması mühəndisliyi, elektroenergetika mühəndisliyi, istilik energetikası mühəndisliyi, elektrik mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə – yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B1;
|
Müsahibə elanının tarixi |
16.09.2024 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
15.10.2024 18:00 |
ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
- xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 16 sentyabr 2024-cü il tarixindən 15 oktyabr 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.