Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti
Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Rayon təsərrüfatı şöbəsi, şöbə müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti üzrə: Bakı şəhəri, Mətbuat prospekti, 37A
Dövlət orqanı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti
Struktur bölmə Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Rayon təsərrüfatı şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 6
Aylıq vəzifə maaşı 730
Qulluq funksiyaları
  • Müvafiq ərazidə kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edir;
  • Əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinə nəzarəti həyata keçirir, müvafiq qurumların fəaliyyətini əlaqələndirir;
  • Küçələrin işıqlandırılması sisteminin istismara yararlı vəziyyətdə olmasına nəzarəti həyata keçirir;
  • Dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir;
  • Müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirir;
  • Çoxmənzilli binaların dövlət büdcəsi və digər maliyyə mənbələri hesabına cari və əsaslı təmir olunması məqsədilə proqramların hazırlanmasında iştirak edir və həmin proqramların icrasına nəzarət edir;
  • Məhəllədaxili ərazilərdə və meydanlarda istirahət güşəsinin, uşaq və idman meydançalarının qurulmasına, parklanma yerlərinin təşkilinə nəzarəti həyata keçirir;
  • Ərazidə əsaslı və cari təmirə ehtiyacı olan yolların, məhəllədaxili sahələrin, uşaq-idman meydançalarının, park və bağların siyahılarını tərtib edir və bununla əlaqədar aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmasını təmin edir;
  • Mənzil fondunun və sosial-mədəni obyektlərin qış mövsümündə istismara hazırlıq işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görür;
  • Əhaliyə göstərilən kommunal, nəqliyyat və digər xidmətlərin səviyyəsini müəyyənləşdirmək məqsədilə monitorinqlərin keçirilməsini təşkil edir, xidmətlərin yaxşılaşdırılması sahəsində aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər həyata keçirir;
  • Yeraltı və yerüstü kommunikasiya xətlərinin çəkilişi zamanı görülən işlərə nəzarəti təmin edir, kommunikasiya xətlərində baş vermiş qəzaların aradan qaldırılması üçün operativliyin təmin edilməsi məqsədilə təşkilatlararası əlaqələrin qurulmasına nəzarət edir;
  • İstehsalat və məişət tullantılarının yığılması və daşınması işinin təşkilinə nəzarət edir, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlər görür, tullantılarla davranma qaydaları barədə vətəndaşların məlumatlandırılmasını təmin edir;
  • Müvafiq sahədə qanunvericiliyin tələbinə uyğun olaraq ərazidə qanunsuz tikintilərin aşkar edilməsi məqsədilə monitorinqlər keçirilməsini, normativ sənədlərin tələblərinin pozulması ilə bağlı faktların araşdırılmasını və pozuntu hallarının aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsini təmin edir;
  • Planlaşdırma sxemlərinin və layihələrinin, yaşayış məntəqələrinin baş planlarının, ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrinin (ərazinin tikinti-planlaşdırma layihələri) hazırlanmasında iştirak edir və təsdiq üçün aidiyyəti üzrə təqdim edir;
  • Müvafiq ərazidə məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evləri ilə bağlı və qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatların müvafiq qaydada elektron informasiya sisteminə daxil edilməsi üçün zəruri işlərin həyata keçirilməsini təmin edir;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi, habelə yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması  ilə bağlı qərar qəbul etmək üçün rəhbərlik qarşısında vəsatətlər qaldırır;  
  • Tikinti, memarlıq sahələrindəki fəaliyyətin təşkili məsələlərinə aid komissiyaların iclaslarını təşkil edir, görülən işlər barədə rəhbərliyə müntəzəm olaraq məlumatlar təqdim edir;
  • Dövlət idarə və müəssisələrinin binalarının, otaqlarının əsaslı və cari təmirinə nəzarəti həyata keçirir, həmçinin bununla bağlı müvafiq proqramların hazırlanmasını təşkil edir və təkliflərin aidiyyəti üzrə təqdim edilməsini təmin edir;
  • Müvafiq ərazidə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsini və müvafiq tədbirlər görülməsini təmin edir;
  • Ərazidə milli və tarixi irsin, şəhərsalma, memarlıq abidələrinin, təbii–mədəni landşaftın, digər qoruq ərazilərinin saxlanması, mühafizəsi və zənginləşdirilməsi məqsədilə müvafiq dövlət orqanları və yerli özünüidarəetmə orqanları ilə birlikdə tədbirlər görülməsini təmin edir;
  • Ərazidə aparılan abadlıq işlərində, yeni inşa olunan obyektlərdə estetik  gözəlliyin, müasirliyin və milli memarlıq üslubunun qorunmasına nəzarəti təmin edir;
  • Mülkiyyətçilərin üzərinə əlavə vəzifələrin qoyulmaması şərti ilə, onlara məxsus tikili və qurğuların xarici görkəminin abad vəziyyətdə saxlanılmasına nəzarət edir;
  • Yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırması üçün müvafiq proqramların hazırlanmasında iştirak edir və həmin proqramların icrasına nəzarət edir, yaşıllıqların uçotunun aparılmasını və mühafizəsini təşkil edir;
  • Məskunlaşmış ərazilərin mövcud təbii və geoloji şəraitinin yararlı olmasını nəzərə almaqla, onların inkişaf istiqamətlərinin və memarlıq planlaşdırma strukturlarının müvafiq orqanlarla birlikdə müəyyən edilməsini təmin edir;
  • Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə adların verilməsi və dəyişdirilməsi  ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarəti təmin edir;
  • Müvafiq ərazidə sanitar-epidemioloji şəraitin yaxşılaşdırılmasında, ətraf mühitin qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsində iştirak edir;
  • Ətraf ərazilərin çirklənmə təhlükəsi doğura biləcək tikintilər aparılan meydançalara nəzarəti həyata keçirir;
  • Müvafiq ərazidə mövcud yanğından mühafizə hovuzlarının, hidrantların texniki vəziyyətinin müəyyənləşdirilməsini təmin edir  və aidiyyəti qurumların bu istiqamətdə gördüyü işləri nəzarətdə saxlayır;
  • Müvafiq ərazidə  baş vermiş təbii fəlakətlərin və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında iştirak edir;
  • Şöbənin işinə ümumi rəhbərlik edir, əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət edilməsinə nəzarət edir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə tədbirlərdə, komissiyaların və işçi qrupların işində iştirak edir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə İcra hakimiyyətinin başçısı yanında Şuranın iclaslarında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini təqdim edir;
  • Şöbəyə daxil olan ərizə, şikayət, təklif və məktublara qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasına nəzarət edir, səlahiyyətləri daxilində vətəndaşların qəbulunu həyata keçirir;
  • Şöbənin iş planının hazırlanmasını təmin edir, iş planında nəzərdə tutulmuş tədbirlərin  vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
  • Şöbənin fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatların hazırlanmasını təmin edir;
  • Tabeliyində olan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərinin görülməsinə dair rəhbərliyə təqdimat verir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak edir;
  • Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsini təmin edir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: Windows ƏS, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2 və ya İngilis dili-A2;
Müsahibə elanının tarixi 16.09.2024 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 15.10.2024 18:00

ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 16 sentyabr 2024-cü il tarixindən 15 oktyabr 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.