Tərtər Rayon İcra Hakimiyyəti
Tərtər Rayon İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Hüquq və kadr məsələləri sektoru, sektor müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Tərtər Rayon İcra Hakimiyyəti
Struktur bölmə Tərtər Rayon İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Hüquq və kadr məsələləri sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 7
Aylıq vəzifə maaşı 1680
Qulluq funksiyaları
  • İcra hakimiyyətinin müvafiq hüquqi xarakterli sərəncam və qərarlarının layihələrini hazırlayır, onların "Hüquqi aktlar haqqında" Konstitusiya Qanununa uyğunluğunu yoxlayır;
  • İcra hakimiyyətinin fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasını təmin edir;
  • Struktur bölmələr tərəfindən hazırlanmış hüquqi sənədlərin və ya icra hakimiyyətinə daxil olan normativ sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlayır və onlara dair əsaslandırılmış hüquqi rəy verilməsini təmin edir;
  • İcra hakimiyyətinin fəaliyyət istiqamətləri üzrə bağlanan müqavilələrin layihələrini hazırlayır və ya digər strukturlar tərəfindən hazırlanmış müqavilə layihələrinin hüquqi ekspertizasını həyata keçirərək onlara dair rəy verir;
  • İcra hakimiyyətinin struktur bölmələrinə fəaliyyət prosesində, habelə fəaliyyət istiqamətləri və səlahiyyətləri üzrə hüquqi yardım göstərir, qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər verir;
  • İnzibati xətalarla bağlı daxil olmuş məlumatları araşdırır və inzibati xətalara dair işlər üzrə qəbul edilmiş qərarların icrasına nəzarət edir, tərəflərə çatdırılmasını təmin edir və inzibati xətalara dair işlərə baxılmasının nəticələrini təhlil edir;
  • İcra hakimiyyətinin hüquq və qanuni mənafelərini məhkəmədənkənar və məhkəmə qaydasında müdafiə edir, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin edir;
  • Normativ hüquqi aktlarda, təşkilati-sərəncamverici sənədlərdə, habelə dövlət proqramlarında, strateji yol xəritələrində, strateji planlarda və fəaliyyət planlarında qeyd olunmuş sektorun fəaliyyət istiqamətlərinə uyğun tədbirlərin həyata keçirilməsini təmin edir və bununla bağlı sektor daxilində işləri koordinasiya edir;
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq komissiyaların iclaslarını təşkil edir, komissiyaların işi ilə bağlı məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsini təmin edir və komissiyaya daxil olan sənədlərin icrasını təmin edərək görülən işlər barədə rəhbərliyə məlumat verir;
  • Korrupsiya hallarının qarşısının alınması istiqamətində hüquq mühafizə və digər orqanlarla (qurumlarla) qarşılıqlı əlaqələrin yaradılmasını təmin edir və müvafiq tədbirlər görülməsi ilə bağlı təkliflərini rəhbərliyə təqdim edir;
  • İcra hakimiyyətinin vəzifəli şəxslərinin fəaliyyətində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə lazımi tədbirlərin görülməsi üçün rəhbərliyə məlumat verir;
  • Qanunvericiliyin tələblərindən irəli gələn vəzifələrin müvafiq ərazidə həyata keçirilməsinə əməli köməklik edir, müəyyən edilmiş qaydada və səlahiyyətləri daxilində hüquq mühafizə orqanları ilə əlaqəli işin qurulmasını təmin edir;
  • Müvafiq ərazidə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini səlahiyyətləri daxilində təmin edir;
  • Əmək müqavilələrinin layihəsini hazırlayır, əmək müqaviləsi bildirişlərini  elektron informasiya  sisteminə daxil edir;
  • Əmək və icra intizamının pozulması, əməkdaşların mükafatlandırılması ilə bağlı müvafiq tədbirlərin rəsmiləşdirilməsində iştirak edir;
  • Əməkdaşların xidməti vəsiqələr və əmək kitabçalarının doldurulmasını, onların qeydiyyatının aparılmasını və saxlanılmasına nəzarəti həyata keçirir;
  • Dövlət orqanı üzrə illik məzuniyyət qrafikinin hazırlanmasında iştirak edir, təsdiqlənən qrafikin yerinə yetirilməsini təmin edir, ezamiyyətin rəsmiləşdirilməsi və uçotunun aparılması ilə bağlı tədbirlər görür;
  • Dövlət qulluqçularına qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ixtisas dərəcələrinin, əlavə haqqın verilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsində iştirak edir və sənədləşmə işini həyata keçirir;
  • Dövlət qulluqçularının şəxsi işlərinin  aparılmasını qanunvericiliyə uyğun  olaraq həyata keçirir, sənədlərin  tamlığını, onların  qanunvericiliklə  müəyyən edilmiş  tələblərə uyğunluğunu  yoxlayır  və şəxsi  işlərin mühafizəsini  təmin edir;
  • Xidməti fəaliyyətin qiymətləndirilməsi prosesini təşkil edir, nəticələri təhlil edərək ixtisas dərəcələrinin verilməsi və ya stimullaşdırma tədbirləri barədə rəhbərliyə təqdimat hazırlayır; 
  • Dövlət qulluqçuları haqqında məlumatları müvafiq informasiya sisteminə daxil edir və yenilənməsini təmin edir;
  • Dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatları və müsahibə proqramlarının layihələrinin hazırlanmasında iştirak edir;
  • Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün qanunvericiliyin tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsində iştirak edir;
  • Qanunvericiliyin tələblərinə uyğun olaraq ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər barədə məlumatları sistemləşdirir və mütəmadi olaraq yenilənməsini təmin edir, habelə ehtiyat kadrların təyinatı ilə bağlı iş aparır;
  • Əməkdaşların peşəkarlığının artırılması məqsədilə təlimlərin (o cümlədən seminar, treninq və s.) təşkil edilməsi ilə bağlı təkliflər verir və həmin təlimlərin təşkil edilməsində iştirak edir; [RS2] 
  • Sektorun işinə ümumi rəhbərlik edir, əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət edilməsinə nəzarət edir;
  • Sektorun fəaliyyət istiqamətləri üzrə tədbirlərdə, komissiyaların və işçi qrupların işində iştirak edir;
  • Sektorun fəaliyyət istiqamətləri üzrə İcra hakimiyyətinin başçısı yanında Şuranın iclaslarında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini təqdim edir;
  • Sektora daxil olan ərizə, şikayət, təklif və məktublara qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasına nəzarət edir, səlahiyyətləri daxilində vətəndaşların qəbulunu həyata keçirir;
  • Sektorun iş planının hazırlanmasını təmin edir, iş planında nəzərdə tutulmuş tədbirlərin  vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
  • Sektorun fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatların hazırlanmasını təmin edir;
  • Tabeliyində olan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərinin görülməsinə dair rəhbərliyə təqdimat verir;
  • Sektorda kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsini təmin edir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2 və ya İngilis dili-A2;
Müsahibə elanının tarixi 15.07.2026 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 13.08.2026 18:00

ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 15 iyul 2026-cı il tarixindən 13 avqust 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.