Diasporla İş üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Maliyyə və təminat şöbəsi, Maliyyə-mühasibat sektoru, şöbə müdirinin müavini - sektor müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Diasporla İş üzrə Dövlət Komitəsi
Struktur bölmə Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Maliyyə və təminat şöbəsi, Maliyyə-mühasibat sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdirinin müavini - sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1270
Qulluq funksiyaları
  • Komitənin maliyyə-mühasibat fəaliyyətinin həyata keçirilməsi , Komitənin mərkəzi aparatının , Komitə tərəfindən həyata keçirilən layihələr üzrə tədbirlərin və tabeliyində olan qurumların maliyyələşdirilməsinin təşkil edilməsi və aparılması;
  • Komitənin və onun tabeliyindəki qurumların büdcə layihələrinin hazırlanması , büdcə vəsaitlərinin xərclərinin , həmçinin  büdcədənkənar vəsaitlərin gəlir və xərclərinin hesablanmasının təmin edilməsi;
  • Dövlət büdcəsində təsdiq olunmuş göstəricilərə uyğun olaraq xərc smetalarının müvafiq qaydada tərtib edilməsi və icra edilməsi;
  • Təsdiq olunmuş xərclər smetalarına uyğun olaraq Komitənin aparatının , Komitə tərəfindən həyata keçirilən layihələr üzrə tədbirlərin və tabeliyində olan qurumların maliyyələşdirilməsi məqsədi ilə büdcə vəsaitinin açılması üçün Dövlət Xəzinədarlığı Agentliyinə sifarişlərin hazırlanması;
  • Komitənin mühasibat uçotunun təşkili və aparılması,  maliyyə-mühasibat  hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim edilməsi; 
  • Komitə üzrə xəzinə və bank  əməliyyatlarının aparılması üçün lazım olan sənədlərin hazırlanması , təşkili və icrasının  təmin olunması;
  • Həyata keçirilmiş xəzinə və bank əməliyyatları haqqında mütəmadi məlumatların hazırlanması;  
  • Debitor və kreditor borclara dair üzləşdirmə aktlarının tərtib edilməsi;  
  • Komitənin mərkəzi aparatının strukturu və ştat cədvəlinin hazırlanması və Maliyyə Nazirliyi ilə razılaşdırılmasının təmin edilməsi;
  • Əmək haqqının qanunvericiliyə müvafiq olaraq hesablanması və ödənilməsinin təmin edilməsi; 
  • Mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və digər uçot sənədlərinin məzmununun məxfiliyinin qorunması; 
  • Qanunvericiliklə məyyən edilmiş qaydada Komitənin aktivlərinin və öhdəliklərinin inventarizasiyasının aparılmasının təmin edilməsi; 
  • Əsas vəsaitlərin inventarlaşdırılmasının aparılmasının təşkil edilməsi; 
  • Mühasibat uçotu əməliyyatlarına hesablar üzrə mühasibat yazılışlarının verilməsi və Baş kitabın aparılması; 
  • Statistika, vergi, maliyyə və s. hesabatların düzgün hazırlanması və vaxtında aidiyyəti orqanlara təqdim edilməsi; 
  • Əsas vəsaitlər, azqiymətli və tez köhnələn əşyaların uçotunun vaxtında aparılması və hərəkətinə nəzarət edilməsi; 
  • Komitənin maliyyə , mühasibat və təsərrüfat fəaliyyətləri üzrə  aylıq, rüblük və illik  hesabatlarının hazırlanması;
  • Komitənin balansında olan əmlakın mövcud vəziyyətinin uçotuna nəzarət edilməsi və müəyyən olunmuş qaydada silinməsinin təşkil edilməsi;
  • Elektron sənəd dövriyyəsinə aid olan hesabatların elektron formada hazırlanıb göndərilməsinin təmin edilməsi;  
  • Komitədə mal və materialların (işlərin və xidmətlərin), əsas vəsaitlərin, inventarların və avadanlıqların satın alınmasının təşkil edilməsi və aidiyyatı təşkilatlarla müqavilələrin bağlanmasının təmin edilməsi; 
  • Komitənin maliyyə-mühasibat fəaliyyətinə aid olan əmr, sərəncam və digər hüquqi xarakterli sənədlərin layihəsinin hazırlanması;
  • Komitənin Kollegiyasında müzakirə olunacaq məsələlərlə bağlı zəruri məlumatların hazırlanması;
  • Daxil olan məktub, ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılması; 
  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi. 
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu üzrə ali təhsil
  • Staj tələbi: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
  • kompüter tələbləri: MS Windows, MS Office, Internet və s.(yüksək səviyyədə)
  • Xarici dil bilikləri: Rus dili-B2;
Müsahibə elanının tarixi 02.06.2020 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 02.07.2020 23:00