Diasporla İş üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, 2-ci Ərazi şöbəsi (Avropa ölkələri), Qərbi Avropa ölkələri ilə iş sektoru, şöbə müdirinin müavini - sektor müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Diasporla İş üzrə Dövlət Komitəsi
Struktur bölmə Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, 2-ci Ərazi şöbəsi (Avropa ölkələri), Qərbi Avropa ölkələri ilə iş sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdirinin müavini - sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1270
Qulluq funksiyaları
  • Avropa ölkələri ilə iş sektorunun işini təşkil etmək və sektora rəhbərlik etmək
  • Sektor işçilərinin əmək və icra intizamına nəzarət etmək
  • Sektorun kurasiyasında olan xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatları ilə əlaqə saxlanılmasını təmin etmək
  • Sektorun kurasiyasında olan xarici ölkələrdəki azərbaycan diaspor təşkilatlarının keçirdiyi tədbirlərdə aidiyyatı üzrə iştirak etmək
  • Sektorun kurasiyasında olan xarici ölkələrdəki azərbaycan diaspor təşkilatları və xaricdə yaşayan azərbaycanlılarla görüşlər keçirmək, fikir mübadilələri aparmaq
  • Sektor işçiləri barəsində həvəsləndirmə və intizam-tənbeh tədbirlərinin görülməsi ilə bağlı şöbə müdirinə təqdimat vermək
  • Səlahiyyətləri çərçivəsində Komitənin strateji planı, fəaliyyət planlarının hazırlanması, yenidən işlənməsi və təkmilləşdirilməsi işlərinin təşkili və əlaqələndirilməsini təmin etmək
  • Komitənin qəbul edilmiş strateji planı və fəaliyyət planları ilə müəyyən edilmiş tədbirlərin icrasının əlaqələndirilməsi və görülən işlər barədə məlumatların hazırlanmasını təmin etmək
  • Komitənin fəaliyyətinə dair qabaqcıl təcrübənin öyrənilməsi, innovativ təkliflərin hazırlanması və tədbirlər görülməsinində təmin etmək
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə normativ-hüquqi, metodik və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək və sektor üzrə müvafiq məsələlərə rəhbərlik etmək
  • Sektorun fəaliyyəti haqqında şöbə müdirinə mütəmadi olaraq hesabat və məlumatlar verilməsini təmin etmək
  • Sektorun fəaliyyətinə dair sənədləşdirmə işinin təşkili və arxivləşdirilməsinə nəzarət etmək
  • Komitənin keçirdiyi tədbirlərdə sektoru təmsil etmək və ya sektorun digər əməkdaş ilə təmsil olunmasını təmin etmək
  • Xidməti vəzifəsi ilə əlaqədar vətəndaşlardan, dövlət orqanlarından, idarə və təşkilatlardan daxil olan müraciət və sorğulara qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək
  • Sektorun işinin təşkili ilə bağlı öz səlahiyyətləri daxilində Komitənin digər struktur bölmələri ilə zəruri məlumat və sənədlərin mübadiləsinin təmin etmək
  • Xidməti vəzifələrin icrası ilə bağlı Komitə rəhbərliyinin və şöbə müdirinin tapşırıqlarının yerinə yetirmək
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: ali təhsil
  • Staj tələbi: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
  • kompüter tələbləri: MS Windows, MS Office, Internet və s (orta-yüksək səviyyədə)
  • Xarici dil bilikləri: Rus dili-B2; İngilis dili-C1;
Müsahibə elanının tarixi 05.03.2021 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 19.03.2021 18:00