Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Diasporla İş üzrə Dövlət Komitəsi |
Struktur bölmə |
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, İnsan resursları, hüquq və sənədlərlə iş şöbəsi, İnsan resursları sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
baş məsləhətçi (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
5 |
Aylıq vəzifə maaşı |
895 |
Qulluq funksiyaları |
- Komitədə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair müvafiq işləri həyata keçirmək;
- Komitə üzrə ümumi və struktur bölmələr üzrə xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələri barədə hesabatı tərtib etmək;
- Komitənin dövlət qulluqçularının və işçilərinin şəxsi işlərini tərtib etmək, insan resurslarının idarə edilməsi sahələrində sənədləşmə işinin həyata keçirmək, bununla bağlı digər zəruri tədbirlər görmək;
- Qüvvədə olan
qanunvericiliyə müvafiq olaraq məzuniyyət cədvəllərini tərtib etmək və
əməkdaşlara məzuniyyətin verilməsi ilə bağlı müvafiq işlər görmək, onların qeydiyyatını
və elektron qaydada uçotunu aparmaq;
- İnsan resursları ilə bağlı müqavilələri hazırlamaq, müqavilələrə əlavə və dəyişikliklər etmək;
- Əməkdaşlara xidməti fəaliyyətləri ilə bağlı arayışların hazırlanmasını həyata keçirmək;
- Əməkdaşlara xidməti vəsiqələrinin verilməsini həyata keçirmək;
- Əmək kitabçalarını açmaq, əmək kitabçalarının içərisində müvafiq qeydlər aparmaq, onların qeydiyyatını aparmaq və saxlanmasını həyata keçirmək;
- Sektora kadr məsələləri ilə bağlı daxil olan məktubları aidiyyatı üzrə icra etmək;
- Struktur bölmələrindən ezamiyyə ilə bağlı hesabatların alınmasını, qeydiyyatının aparılmasını və saxlanmasını həyata keçirmək;
- Əmr layihələri hazırlamaq;
- Tabel hazırlamaq;
- İmzalanmış əmrlərin qeydiyyata alınmasını, saxlanılmasını və göndərilmə siyahısı üzrə çatdırılmasını həyata keçirmək;
- Əmrlərin elektron bazasını yaratmaq və davamlı şəkildə yeniləmək;
- Aylıq, rüblük əmək statistikası ilə bağlı hesabatları təqdim etmək;
- Komitə əməkdaşları ilə bağlı məlumat bazasını hazırlamaq və yeniləmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək;
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsil tələbləri: ali təhsil
-
Staj tələbi: 3 il ümumi iş stajı
-
kompüter tələbləri: MS Windows, MS Office, Internet və s.(orta-yüksək səviyyədə)
-
Xarici dil bilikləri: yoxdur
|
Müsahibə elanının tarixi |
17.06.2021 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
01.07.2021 18:00 |