Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Diasporla İş üzrə Dövlət Komitəsi |
Struktur bölmə |
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, İnsan resursları, hüquq və sənədlərlə iş şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1470 |
Qulluq funksiyaları |
- Şöbənin fəaliyyətinə rəhbərlik etmək
- Tabeliyində olan əməkdaşların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək
- Komitənin insan resurslarının idarə edilməsi siyasətinin həyata keçirilməsinə nəzarət etmək
- Kadr kargüzarlığının aparılmasını nəzarət etmək
- Dövlət qulluqçuları reyestrinin və dövlət qulluğu ilə əlaqədar yaradılan digər məlumat bazalarının aparılması üçün zəruri tədbirlər görmək və reyestrə daxil edilmiş məlumatlarda baş vermiş dəyişikliklər haqqında reyestr aparan dövlət orqanına hər ay məlumatların verilməsinə nəzarət etmək
- Komitə aparatında dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə nəzarət etmək
- Komitə əməkdaşlarının daxili nizam-intizam qaydalarına riayət etmələrinə nəzarət etmək
- Komitənin müvafiq strukturları ilə birlikdə dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının hazırlanmasına nəzarət etmək
- Komitə əməkdaşlarının qanunvericiliyə müvafiq olaraq bütün növ məzuniyyətlərdən istifadəsinə nəzarət etmək
- Komitə aparatında dövlət qulluğuna qəbul edilmiş yeni əməkdaşların adaptasiyasını təmin etmək
- Komitə əməkdaşlarının təlim ehtiyaclarının müəyyən edilməsi və təlimlərə cəlb olunmasına nəzarət etmək
- Komitə əməkdaşlarına xidməti vəsiqələrin verilməsinə nəzarət etmək
- Komitə aparatının və tabeliyində olan qurumların struktur və ştat cədvəllərində edilən dəyişikliklərin həyata keçirilməsinə nəzarət etmək
- Komitənin Apellyasiya Şurasına dövlət qulluğu ilə bağlı edilən müraciətlərə baxılmasına nəzarət etmək
- Şöbənin işçiləri barəsində həvəsləndirmə və intizam-tənbeh tədbirləri haqqında rəhbərliyə təqdimatlar vermək
- Komitə aparatının struktur bölmələrində normativ hüquqi təminat işinin aparılmasına metodiki və əməli rəhbərliyin həyata keçirilmək
- Komitənin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, təşkilati sərəncamverici sənədlərin layihələrinin hazırlanmasına nəzarət etmək
- Normativ hüquqi aktların hazırlanması ilə bağlı Komitədə yaradılmış komissiyalarda, işçi qruplarında şöbəni təmsil etmək və onların işində iştirak etmək
- Komitənin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları, daxili qaydaları, təlimatları və digər normativ sənədləri təhlil etmək, onların təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq
- Komitənin iştirak etdiyi məhkəmə baxışlarında Komitənin iddiaçı və cavabdeh qismində təmsil edilməsi, hüquq və qanuni mənafelərinin müdafiə edilməsi və bununla bağlı prosessual sənədlərin hazırlanmasını təmin etmək
- Komitə aparatının strukturları tərəfindən hazırlanmış sənəd layihələrinin (məktub, arayış, sorğu, hüquqi akt və s.) hüquqi ekspertizasını həyata keçirilməsini və onların qanunvericiliyinə uyğunluğunu təmin etmək
- Komitə aparatrında sənəd dövriyyəsinin operativ, optimal şəkildə həyata keçirilməsinə və icrasına cari nəzarət etmək
- Şöbəyə daxil olmuş sənədlərin qanunvericiliyə uyğun olaraq icra olunmasını təmin etmək
- Şöbə tərəfindən hazırlanan və xaric olan sənəd layihələrini vizalamaq
- Komitədə arxiv işinin təşkilinə nəzarət etmək
- Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejiminə nəzarət etmək
- Komitənin rəhbər vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulunun qanunvericiliyə uygun həyata keçirilməsinə nəzarət etmək
- Komitə aparatının bölmələri tərəfindən vətəndaşların təklif, ərizə və şikayətlərinə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasına və şöbənin fəaliyyət istiqamətləri üzrə onların cavablandırılmasına nəzarət etmək
- Komitənin fəaliyyəti ilə bağlı müvafiq hesabatların hazırlanmasını təmin etmək
- Şöbənin fəaliyyəti haqqında Komitənin rəhbərliyinə
mütəmadi olaraq hesabatlar vermək
- Komitə sədri və onun tərəfindən səlahiyyət verilmiş rəhbər şəxslərin tapşırıq və göstərişlərini yerinə yetirmək
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsil tələbləri: dövlət və ictimai münasibətlər, davamlı inkişafın idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi, menecment, regionşünaslıq (regionlar üzrə), politologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər ixtisasları üzrə ali təhsil
-
Staj tələbi: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
-
kompüter tələbləri: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
-
Xarici dil bilikləri: Rus dili-B1; İngilis dili-B1;
|
Müsahibə elanının tarixi |
16.11.2021 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
06.12.2021 18:00 |