Diasporla İş üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Rəhbərlik, dövlət orqanı rəhbərinin müşaviri


Əlaqə məlumatları
Dövlət orqanı Diasporla İş üzrə Dövlət Komitəsi
Struktur bölmə Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Rəhbərlik
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı rəhbərinin müşaviri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1210
Qulluq funksiyaları
  • Sədrin həvalə etdiyi müvafiq sahəyə funksional nəzarəti həyata keçirmək;
  • Sədrin həvalə etdiyi müvafiq sahənin inkişafı istiqamətində zəruri tədbirlər görmək;
  • Müvafiq sahə üzrə sədrin xüsusi tapşırıqlarını yerinə yetirmək;
  • Komitənin fəaliyyət sahəsinə aid olan beynəlxalq və ya ölkədaxili tədbirlərin  keçirilməsi işinin təşkil edilməsində iştirak etmək
  • Komitənin fəaliyyətinin istiqamətləri, prioritetlər və dövlət diaspor siyasətinin əsas prinsipləri üzrə sədrin tapşırığı əsasında işlərin yerinə yetirilməsinə nəzarət etmək;
  • Sədrin həvalə etdiyi sahələr üzrə mövcud vəziyyəti ümumiləşdirmək, onların fəaliyyətini təhlil etmək və mütəmadi olaraq sədrə məlumat vermək;
  • Sədrin tapşırığı əsasında həvalə olunmuş sahələr üzrə işlərin yerinə yetirilməsinin forma və metodları haqqında təkliflər hazırlamaq
  • Dövlət əhəmiyyətli məlumatların çatdırılması  və xidməti zərurətlə əlaqədar Sədrlə operativ əlaqə saxlamaq və yaranmış vəziyyətlə bağlı sədrin verdiyi göstəriş və tapşırıqların yerinə yetirilməsi üçün operativ iş qurmaq
  • Qəbul edilmiş qərarlar üzrə gözlənilən pozitiv və neqativ nəticələr barədə sədri məlumatlandırmaq
  • Sədrin səfərlərində onu müşayiət etmək
  • Qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirmək
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: ali təhsil
  • Staj tələbi: 2 il dövlət qulluğu stajı və yaxud 4 il ümumi iş stajı
  • kompüter tələbləri: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil bilikləri: İngilis dili-B2; Rus dili-B2;
Müsahibə elanının tarixi 16.11.2021 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 06.12.2021 18:00