Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Diasporla İş üzrə Dövlət Komitəsi |
Struktur bölmə |
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Təbliğat, informasiya və analitik təhlil şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1470 |
Qulluq funksiyaları |
- Komitənin mətbuat və ictimaiyyətlə, o cümlədən qeyri hökumət təşkilatları ilə əlaqələrini idarə etmək;
- Analitik informasiyanın yığımı və yayılması, informasiya təminatının yaxşılaşdırılması, informasiya sisteminin və infrastrukturunun inkişaf etdirilməsi sahəsində fəaliyyəti həyata keçirmək;
- Komitənin informasiya və təbliğat siyasətinin həyata keçirilməsi işini təşkil etmək;
- xaricdə yaşayan azərbaycanlıların vəziyyəti və
onlarla aparılan iş, Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, habelə
Azərbaycana dost münasibət bəsləyən digər xalqların diaspor qurumları ilə
əməkdaşlığın inkişafı sahəsində görülmüş işlər haqqında vaxtaşırı hesabatlar və anatilik
təhlillər aparmasını təşkil etmək;
- dünya azərbaycanlılarının mənəvi birliyinə və
həmrəyliyinə xidmət edən ümummilli ideyaları, milli-mənəvi dəyərləri
sistemləşdirmək, onların Azərbaycan Respublikasının vətəndaşları və xarici
ölkələrdə yaşayan azərbaycanlılar arasında yayılmasını təşkil etmək
- Komitənin fəaliyyətini əks etdirən nəşrlərin hazırlanmasına, çapına və
yayımına nəzarət etmək;
- video və foto materialların elektron bazasının yenilənməsinə nəzarət etmək;
- Komitənin fəaliyyəti ilə bağlı KİV-də
yayımlanan materialların gündəlik monitorinqinin aparılmasını və bu barədə Komitə rəhbərliyinə məlumat
verilməsini təmin etmək;
- Komitənin vahid kompüter
şəbəkəsinin, informasiya sistemlərinin yaradılmasını, tənzimlənməsini, onların
fasiləsiz və təhlükəsiz işini təmin etmək;
- Komitənin
rəsmi internet saytı və sosial şəbəkə səhifələrinin fəaliyyətinə nəzarət etmək ;
- Komitənin
rəsmi internet saytı və sosial şəbəkə səhifələri üçün məlumatların hazırlanmasını,
yayımını və monitorinqini həyata keçirmək;
- Komitədə elektron xidmətlərin
təşkili və göstərilməsi, habelə dövlət orqanlarının informasiya sistemlərinin
təşkili və fəaliyyəti üzrə qiymətləndirmələrin aparılmasında və nəticəsi barədə
arayışların, hesabatların hazırlanmasını təmin etmək;
- Komitənin struktur bölmələrindən təqdim edilən hesabatlar əsasında Komitənin
fəaliyyətinə dair dövrü (yarımillik, illik və s.)
hesabatlar
hazırlamasını təmin etmək;
- Komitənin televiziya və radiosunun fəaliyyətinə nəzarət etmək;
- Şöbənin işini təşkil etmək,
şöbənin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Komitənin rəhbərliyinə təkliflər
hazırlamaq;
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirilmək, əmək, icra və xidmət intizamına riayət olunmasına nəzarət etmək;
- Şöbənin işçiləri barəsində həvəsləndirmə və intizam-tənbeh tədbirləri haqqında Komitənin rəhbərliyinə təqdimatlar vermək;
- Şöbənin işçilərinə icrası məcbur
olan göstəriş və tapşırıqları vermək;
- Şöbədə kargüzarlıq işlərinin aparılmasına və məxfilik rejiminə nəzarət etmək;
- Daxil olan məktub, teleqram, şikayət və ərizələrdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə baxılması və bu istiqamətdə müvafiq tədbirlərin görülməsini təşkil etmək;
- Şöbənin səlahiyyətlərinə aid edilən məsələlər üzrə müəssisə, idarə və təşkilatlara, eləcə də vətəndaşların yazılı və şifahi sorğularına verilən cavab məktublarını imzalamaq;
- Şöbənin fəaliyyətinə aid olan sənədlərin tərtib edilməsi işlərinə rəhbərlik, səlahiyyətləri daxilində Komitənin digər şöbələrindən zəruri sənəd və məlumatları almaq;
- Şöbənin fəaliyyəti haqqında Komitənin rəhbərliyinə mütəmadi olaraq hesabat və məlumat vermək;
- Komitənin keçirdiyi tədbirlərdə şöbəni təmsil etmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsil tələbləri: humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, kompüter elmləri, informatika müəllimliyi, informasiya texnologiyaları, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, riyaziyyat, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, sistem mühəndisliyi, informasiya təhlükəsizliyi, informasiya-təhlil fəaliyyəti ixtisasları üzrə ali təhsil
-
Staj tələbi: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
-
kompüter tələbləri: MS Windows, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
-
Xarici dil bilikləri: Rus dili-B2; İngilis dili-B2;
|
Müsahibə elanının tarixi |
16.11.2021 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
06.12.2021 18:00 |