Diasporla İş üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, 2-ci Ərazi şöbəsi (Avropa ölkələri), dövlət orqanı aparatında şöbə müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Diasporla İş üzrə Dövlət Komitəsi
Struktur bölmə Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, 2-ci Ərazi şöbəsi (Avropa ölkələri)
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • Şöbənin fəaliyyətinə rəhbərlik etmək
  • Şöbənin Əsasnaməsindən irəli gələn hüquq və vəzifələri həyta keçirmək, şöbənin səlahiyyətlərinə aid edilmiş məsələlərin həll olunmasını təmin etmək
  • Şöbənin işini təşkil etmək, şöbənin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə rəhbərliyə təkliflər hazırlamaq
  • Tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək
  • Şöbənin fəaliyyət istiqamətlərinə aid olan sənədlərə viza vermək
  • Şöbənin işçilərinə icrası məcbur olan göstəriş və tapşırıqlar vermək
  • Şöbənin işçiləri barədə həvəsləndirmə və intizam-tənbeh tədbirləri haqqında rəhbərliyə təqdimatlar vermək
  • Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Komitənin digər struktur bölmələrindən zəruri məlumat və sənədlər almaq
  • Şöbənin fəaliyyətinə dair sənədləşdirmə işinin təşkili və arxivləşdirilməsinə nəzarət etmək
  • Şöbədə kargüzarlıq işlərinin aparılmasını təmin etmək
  • Şöbənin fəaliyyəti haqqında Komitə rəhəbərliyinə mütəmadi olaraq hesabat və məlumat vermək
  • Komitənin keçirdiyi tədbirlərdə şöbəni təmsil etmək
  • Şöbənin kurasiyasında olan xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatları ilə əlaqələrin saxlanmasını təmin etmək
  • Şöbənin kurasiyasında olan xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının keçirdiyi tədbirlərdə aidiyyatı üzrə iştirak etmək
  • Şöbənin kurasiyasında olan xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatları və xaricdə yaşayan azərbaycanlılarla görüşlər keçirmək, fikir mübadilələri aparmaq
  • Səlahiyyətləri çərçivəsində Komitənin strateji planı, fəaliyyət planlarının hazırlanması, yenidən işlənməsi və təkmilləşdirilməsində iştirak etmək  
  • Komitənin qəbul edilmiş strateji planı və fəaliyyət planları ilə müəyyən edilmiş tədbirlərin icrasının əlaqələndirilməsi və görülən işlər barədə məlumatların hazırlanmasını təmin etmə
  • Komitənin fəaliyyətinə dair qabaqcıl təcrübənin öyrənilməsi, innovativ təkliflərin hazırlanması və tədbirlər görülməsinində təmin etmək
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə normativ-hüquqi, metodik və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək və sektor üzrə müvafiq məsələlərə rəhbərlik etmək
  • Xidməti vəzifəsi ilə əlaqədar vətəndaşlardan, dövlət orqanlarından, idarə və təşkilatlardan daxil olan müraciət və sorğulara qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək
  • Xidməti vəzifələrin icrası ilə bağlı Komitə rəhbərliyinin tapşırıqlarının yerinə yetirmək
  • Komitənin kollegiyasında iştirak etmək
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: ali təhsil
  • Staj tələbi: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
  • kompüter tələbləri: MS Windows, MS Office, Internet (yüksək səviyyədə)
  • Xarici dil bilikləri: Rus dili-B2; İngilis dili-C2;
Müsahibə elanının tarixi 16.11.2021 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 06.12.2021 18:00