Diasporla İş üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Dövlət qulluğu, hüquqi təminat və sənədlərlə iş şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Diasporla İş üzrə Dövlət Komitəsi
Struktur bölmə Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Dövlət qulluğu, hüquqi təminat və sənədlərlə iş şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək; 
  • Tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bögüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
  • Komitənin daxilində kadrların idarə edilməsi siyasətinin həyata keçirilməsinə nəzarət etmək;
  • Kadr kargüzarlığının aparılmasına nəzarət etmək;
  • Dövlət qulluqçuları reyestrinin və dövlət qulluğu ilə əlaqədar yaradılan digər məlumat bazalarının aparılması üçün zəruri tədbirlər görmək və reyestrə daxil edilmiş məlumatlarda baş vermiş dəyişikliklər barədə reyestr aparan dövlət orqanına hər ay məlumatların verilməsinə nəzarət etmək; 
  • Komitə aparatında dövlət qulluqçularının xidməti  fəaliyyətinin qiymətləndirilməsinə nəzarət etmək;
  • Komitə əməkdaşlarının daxili nizam-intizam qaydalarına riayət etmələrinə nəzarət etmək;
  • Komitənin müvafiq strukturları ilə birlikdə dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının hazırlanmasına nəzarət etmək;
  • Komitə əməkdaşlarının qanunvericiliyə müvafiq olaraq bütün növ məzuniyyətlərdən istifadəsinə nəzarət etmək;
  • Komitə aparatında işə qəbul edilmiş yeni əməkdaşların kollektivə təqdim edilməsi və işə uyğunlaşması istiqamətində tədbirlər görmək, adaptasiyasını təmin etmək;
  • Komitə əməkdaşlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə onların təlim ehtiyaclarını müəyyən etmək, təlimlərə cəlb olunmasını təşkil etmək və nəzarət etmək;
  • Komitə əməkdaşlarına xidməti vəsiqələrin verilməsinə nəzarət etmək;
  • Komitə aparatının və tabeliyində olan qurumların struktur və ştat cədvəllərində edilən dəyişikliklərin həyata keçirilməsinə nəzarət etmək;
  • Komitənin Apellyasiya Şurasına dövlət qulluğu ilə bağlı edilən müraciətlərə baxılmasına nəzarət etmək;
  • Şöbənin işçiləri barəsində həvəsləndirmə və intizam-tənbeh tədbirləri  haqqında rəhbərliyə təqdimatlar vermək;
  • Komitə aparatının struktur bölmələrində normativ hüquqi təminat işinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirmək;
  • Komitənin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, təşkilati sərəncamverici sənədlərin layihələrinin hazırlanmasına nəzarət etmək;
  • Normativ hüquqi aktların hazırlanması ilə bağlı Komitədə yaradılmış komissiyalarda, işçi qruplarında şöbəni təmsil etmək və onların işində iştirak etmək;
  • Komitənin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları, daxili qaydaları, təlimatları və digər normativ sənədləri təhlil etmək, onların təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
  • Komitənin iştirak etdiyi məhkəmə baxışlarında Komitənin iddiaçı və cavabdeh qismində təmsil edilməsi, hüquq və qanuni mənafelərinin müdafiə edilməsi və  bununla bağlı prosessual sənədlərin hazırlanmasını təmin etmək;
  • Komitə aparatının strukturları tərəfindən hazırlanmış sənəd layihələrinin (məktub, arayış, sorğu, hüquqi akt və s.) hüquqi ekspertizasını həyata keçirilməsini  və onların qanunvericiliyinə uyğunluğunu təmin etmək;
  • Komitə aparatında sənəd dövriyyəsinin operativ, optimal şəkildə həyata keçirilməsinə və icrasına cari nəzarət etmək; 
  • Şöbəyə daxil olmuş sənədlərin qanunvericiliyə uyğun olaraq icra olunmasını təmin etmək;
  • Şöbə tərəfindən hazırlanan və xaric olan sənəd  layihələrini vizalamaq;
  • Komitədə arxiv işinin təşkilinə nəzarət etmək;
  • Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejiminə nəzarət etmək;
  • Komitənin rəhbər vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulunun qanunvericiliyə uygun həyata keçirilməsinə nəzarət etmək; 
  • Komitə aparatının bölmələri tərəfindən vətəndaşların təklif, ərizə və şikayətlərinə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasına və şöbənin fəaliyyət istiqamətləri üzrə onların cavablandırılmasına nəzarət etmək; 
  • Komitənin fəaliyyəti ilə bağlı müvafiq hesabatların hazırlanmasını təmin etmək;
  • Şöbənin fəaliyyəti haqqında Komitənin rəhbərliyinə mütəmadi olaraq hesabatlar vermək;
  • Komitə sədri və onun tərəfindən səlahiyyət verilmiş rəhbər şəxslərin  tapşırıq və göstərişlərini yerinə yetirmək;
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: dövlət və ictimai münasibətlər, davamlı inkişafın idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi, menecment, regionşünaslıq (regionlar üzrə), politologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər ixtisasları üzrə ali təhsil
  • Staj tələbi: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
  • kompüter tələbləri: MS Windows, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil bilikləri: Rus dili-B1; İngilis dili-B1;
Müsahibə elanının tarixi 18.03.2022 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 06.04.2022 18:00