Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Diasporla İş üzrə Dövlət Komitəsi |
Struktur bölmə |
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Təbliğat, informasiya və analitik təhlil şöbəsi, İnformasiya texnologiyaları və texniki təchizat sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
5 |
Aylıq vəzifə maaşı |
1020 |
Qulluq funksiyaları |
- Sektorun işini təşkil edir
- Sektorun əməkdaşlarının işə davamiyyətinə və əmək
intizamına riayət etmələrinə nəzarət edir
- Server avadanlıqlarının fasiləsiz işini və iş
prosesində ortaya çıxan nasazlıqların dərhal aradan qaldırılmasını təmin edir
- Serverin işçi fəaliyyətinin yaxşılaşdırılması üçün
profilaktik tədbirlər görür, onların sınağını həyata keçirir, xarici qurğuları
işə salır, dəyişdirir və texniki nasazlıqların aradan qaldırılması ilə bağlı tədbir görür
- Server avadanlıqlarının və kompüterlərin
diaqnostikasını aparır və kompüter texnologiyaları sahəsində yenilikləri izləyir
- Komitənin lokal şəbəkəsini təşkil edir və bununla əlaqədar
həyata keçirilən tədbirlərdə iştirakı təmin edir
- İnformasiya və avadanlıq sistemlərinin istismarı və
istifadəsi üzrə metodiki göstərişləri, normativ materialları və təlimatların
layihələrini hazırlayır və ya hazırlanmasında iştirakı təmin edir
- Komitənin internet informasiya ehtiyatlarının sərbəst,
maneəsiz və hamı üçün bərabər şərtlərlə istifadə olunması məqsədilə zəruri
bilikləri əldə etmək və əməkdaşların istifadəsi zamanı yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı tədbirlər görür
- Sektorun vəzifələrinə aid məsələlərlə bağlı arayışlar,
məlumatlar, hesabatlar və digər sənədləri hazırlayaraq şöbə müdirinə
təqdim
edir
- İnformasiya mübadiləsi ilə bağlı sənədlər hazırlanmasını təmin edir
- Komitədə nəşr və çap işlərini həyata keçirir
- Qrafik dizayn işinin, saytın və sosial medianın fəal işləməsini təmin edir
- Mətbəə və tipoqrafiyalarla işin təşkilini təmin edir
- Diaspor fəaliyyəti ilə bağlı təbliğat işlərinin həyata keçirilməsini təmin edir
- Komitənin fəaliyyəti ilə bağlı məlumatların mediaya ötürülməsi işinin təşkilini təmin edir
- Rəhbərliyin digər xidməti tapşırıqlarını və sektorun fəaliyyət istiqamətinə
uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsil tələbləri: ali təhsil
-
Staj tələbi: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
kompüter tələbləri: MS Windows, MS Office, Internet Explorer, Adobe Photoshop, İn dizayn, Adobe İllustrator, Corel Draw, Quark Express, Outlook Express, Adobe Premiere, Adobe Acrobat, Pake Maker və s. (yüksək səviyyədə)
-
Xarici dil bilikləri: Rus dili-B1; İngilis dili-B1;
|
Müsahibə elanının tarixi |
29.09.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
18.10.2022 18:00 |