Diasporla İş üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Maliyyə və təminat şöbəsi, Maliyyə-mühasibat sektoru, baş məsləhətçi


Əlaqə məlumatları
Dövlət orqanı Diasporla İş üzrə Dövlət Komitəsi
Struktur bölmə Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Maliyyə və təminat şöbəsi, Maliyyə-mühasibat sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı baş məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 5
Aylıq vəzifə maaşı 895
Qulluq funksiyaları
  • Komitə tərəfindən həyata keçirilən layihələr və tədbirlər ilə bağlı xərclər üzrə maliyyələşdirilmənin və uçotun aparılması
  • Komitə tərəfindən həyata keçirilən layihələr və tədbirlər ilə bağlı xərclər üzrə xəzinə və bank əməliyyatlarının aparılması üçün lazım olan sənədlərin hazırlanması və icrasının təmin olunması
  • Fəaliyyət sahəsi üzrə əmr, sərəncam və digər hüquqi xarakterli sənədlərin icrasının təmin olunması
  • Aparılmış xəzinə və bank əməliyyatları haqqında gündəlik məlumatların hazırlanması 
  • Debitor və kreditor borcları barədə mütəmadi məlumatların hazırlanması
  • Fəaliyyət sahəsi üzrə  büdcə vəsaitinin açılması üçün aylıq sifarişlərin hazırlanması
  • Mühasibat uçotu əməliyyatlarına hesablar üzrə mühasibat yazılışlarının verilməsi
  • Fəaliyyət sahəsi üzrə maliyyə və mühasibat hesabatların hazırlanması və vaxtında müvafiq orqanlara təqdim edilməsi
  • Mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və digər uçot sənədlərinin məzmununun məxfiliyinin qorunması
  • Şöbə müdiri tərəfindən ona verilmiş tapşırıqların icrasının vəziyyəti barədə mütəmadi arayışların təqdim edilməsi
  • Şöbənin fəaliyyəti ilə əlaqədar mətnlərin elektron formada yığılması və müvafiq analitik arayışların tərtib edilməsi
  • Məlumatların icmallaşdırılması ilə əlaqədar şöbə müdiri və şöbə müdirinin müavininin tapşırığına uyğun olaraq müvafiq işlərin görülməsi
  • Fəaliyyət sahəsi üzrə şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin  araşdırılması və cavablandırılması
  • Vəzifəsi üzrə şöbə müdiri və şöbə müdirinin müavini tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: mühasibat uçotu və audit, maliyyə ixtisasları üzrə ali təhsil
  • Staj tələbi: 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • kompüter tələbləri: MS Windows, MS Office, Internet (orta səviyyədə)
  • Xarici dil bilikləri: Rus dili-B1;
Müsahibə elanının tarixi 29.09.2022 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 18.10.2022 18:00