Diasporla İş üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, V Ərazi şöbəsi (Gürcüstan və türkdilli dövlətlər), Gürcüstanla iş sektoru, sektor müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Diasporla İş üzrə Dövlət Komitəsi
Struktur bölmə Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, V Ərazi şöbəsi (Gürcüstan və türkdilli dövlətlər), Gürcüstanla iş sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 5
Aylıq vəzifə maaşı 1020
Qulluq funksiyaları
  • Sektorun fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
  • Sektorun işçilərinin işə davamiyyətinə, əmək və icra intizamına riayət etmələrini təmin və nəzarət etmək;
  • Səlahiyyətləri çərçivəsində həvalə edilmiş konkret sahəyə cavabdehlik daşımaq;
  • Şöbənin və rəhbərlik etdiyi sektor üzrə fəaliyyətin təkmiləşdirilməsi ilə əlaqədar  təkliflər vermək;
  • Sektorda dövlət qulluqçularının xidməti  fəaliyyətinin qiymətləndirilməsinə dair müvafiq işləri həyata keçirmək;
  • Sektorun tərkibinə daxil olan dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının hazırlanmasını həyata keçirmək və şöbə müdirinə təqdim etmək;
  • Sektorun əməkdaşlarının fəaliyyətinin və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə  onların əlavə təhsil və təlim ehtiyaclarını müəyyən etmək, təhsil və təlimlərə cəlb olunmasında şöbə müdirinə məlumat vermək;
  • Xidməti ezamiyyətlərlə bağlı hesabatları tərtib etmək, şöbə müdiri ilə razılaşdıraraq aidiyyəti üzrə təqdim etmək;
  • Tabeliyində olan əməkdaşlar tərəfindən hazırlanmış, araşdırılmış və imzalanmış sənədlərin Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğunluğunu təmin etmək;
  • Sektor daxilində işçilər arasında şöbə müdirinin müəyyən etdiyi iş bölgüsündə nəzərdə tutulmuş vəzifələrin icra edilməsinə nəzarət etmək və onların fəaliyyətini əlaqələndirmək;
  • Sektorun əməkdaşları barəsində mükafatlandırma, həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün şöbə müdirinə  təqdimat vermək;
  • Sektorun işlədiyi ölkələrdəki azərbaycanlı diasporun üzvləri, təşkilatları və digər soydaşlarımız ilə əlaqələrin qurulması və onlar barədə müvafiq məlumatların toplanılaraq sistemləşdirilməsini təşkil etmək;
  • Kurasiyasında olan regionlarda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşkil etdikləri tədbirlərdə aidiyyəti üzrə iştirak etmək;
  • Kurasiyasında olan regionlarda Azərbaycan diaspor təşkilatları tərəfindən keçirilən tədbirlərin təşkilati işlərinin həyata keçirilməsində aidiyyəti üzrə iştirak etmək;
  • Şöbənin illik iş planının tərtib edilməsində iştirak etmək və həmin planda sektora dair işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək, sektorun fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayaraq razılaşdırmaq üçün şöbə müdirinə təqdim etmək;
  • Şöbənin fəaliyyət istiqaməti və vəzifələrinə aid olan normativ hüquqi sənədlərin və təlimatların layihələrini hazırlamaq və razılaşdırmaq üçün şöbə müdirinə təqdim etmək;
  • Sektora daxil olan məktub, ərizə, sorğü, təklif, şikayət və xidməti sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və vaxtında baxılmasında, cavablandırılmasında iştirak etmək və sənədlərin icra vəziyyəti ilə bağlı şöbə müdirinə məlumat vermək;
  • Sektorda kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək;
  • Vəzifə səlahiyyətlərinin icrasına uyğun olaraq rəhbərlik tərəfindən verilmiş digər əmr, sərəncam və  tapşırıqları yerinə yetirmək;
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: ali təhsil
  • Staj tələbi: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • kompüter tələbləri: MS Windows, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
  • Xarici dil bilikləri: Rus dili-B1; İngilis dili-B1;
Müsahibə elanının tarixi 09.02.2023 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 23.02.2023 18:00