Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Diasporla İş üzrə Dövlət Komitəsi |
Struktur bölmə |
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, II Ərazi şöbəsi (Avropa ölkələri), Qərbi Avropa ölkələri ilə iş sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdirinin müavini - sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1270 |
Qulluq funksiyaları |
- Avropa
ölkələri ilə iş sektorunun işini təşkil edir və sektora rəhbərlik edir;
- Sektor
işçilərinin əmək və icra intizamına nəzarət edir;
- Sektorun əməkdaşları arasında iş bölgüsünü aparır, onların xidməti fəaliyətinin qiymətləndirilməsini təşkil edir;
- Qanunvericiliyə uyğun olaraq rəhbərliyin əmr, sərəncam və göstərişlərin sektor tərəfindən vaxtında icra olunmasını təşkil edir;
- Rəhbərliyin xarici diaspor nümayəndələri, beynəlxalq ekpertlər və digər şəxslərlə,
müvafiq dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə görüşlərini təşkil
edir;
- Rəhbərliyə fəaliyyətinə dair məlumatları,
layihə və hesabatları təqdim edir;
- Diasporla işin təşkili, təbliği və monitorinqi sahəsində beynəlxalq
təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiq edilməsi ilə bağlı təkliflər
hazırlayır;
- Fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq beynəlxalq sorğuların və bu istiqamətdə fəaliyyətin nəticələrinin
təhlilini aparır;
- Fəaliyyət çərçivəsində daxil olmuş təkliflərin, yerli və beynəlxalq təşkilatların
hesabatlarının ümumiləşdirilməsi və
tətbiqi sahəsində işi təşkil edir;
- Qərbi Avropa ölkələrində diaspor fəaliyyətinə cavabdeh qurumlar və təşkilatlarla əlaqələrin yaradılmasında iştirak edir;
- Azərbaycanlıların yaşadığı Qərbi Avropa ölkələrində insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində fəaliyyəti həyata keçirir;
- Beynəlxalq hüququn qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsi və onların öz milli varlığını yaşatması və inkişaf etdirməsi istiqamətində fəaliyyəti həyata keçirir;
- Xaricdə yaşayan azərbaycanlıların öz milli və vətəndaşlıq hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirdikləri fəaliyyətə beynəlxalq sənədlərdə təsbit olunmuş insan haqqlarının müdafiəsi və qorunması prinsipinə uyğun olaraq dəstək vermək, bu məqsədlə azərbaycanlıların sıx yaşadığı dövlətlərin aidiyyəti strukturları ilə səmərəli iş mexanizmi qurmaq və problemlərin həllinə kömək göstərilməsi istiqamətində fəaliyyətini təşkil edir;
- Fəaliyyət istiqaməti üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir;
- Sektorun kurasiyasında olan xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatları ilə əlaqə saxlanılmasını təmin edir;
- Sektorun
kurasiyasında olan xarici ölkələrdəki azərbaycan diaspor təşkilatlarının
keçirdiyi tədbirlərdə aidiyyatı üzrə iştirak edir;
- Sektorun
kurasiyasında olan xarici ölkələrdəki azərbaycan diaspor təşkilatları və
xaricdə yaşayan azərbaycanlılarla görüşlər keçirir, fikir mübadilələri aparır;
- Sektor
işçiləri barəsində həvəsləndirmə və intizam-tənbeh tədbirlərinin görülməsi ilə
bağlı şöbə müdirinə təqdimat verir;
- Səlahiyyətləri
çərçivəsində Komitənin strateji planı, fəaliyyət planlarının hazırlanması, yenidən
işlənməsi və təkmilləşdirilməsi işlərinin təşkili və əlaqələndirilməsini təmin
edir;
- Komitənin
qəbul edilmiş strateji planı və fəaliyyət planları ilə müəyyən edilmiş
tədbirlərin icrasının əlaqələndirilməsi və görülən işlər barədə məlumatların
hazırlanmasını təmin edir;
- Komitənin
fəaliyyətinə dair qabaqcıl təcrübənin öyrənilməsi, innovativ təkliflərin
hazırlanması və tədbirlər görülməsini təmin edir;
- Şöbənin
fəaliyyət istiqamətləri üzrə normativ-hüquqi, metodik və digər sənədlərin
layihələrinin hazırlanmasında iştirak edir və sektor üzrə müvafiq məsələlərə
rəhbərlik edir;
- Sektorun
fəaliyyəti haqqında şöbə müdirinə mütəmadi olaraq hesabat və məlumatlar
verilməsini təmin edir;
- Sektorun
fəaliyyətinə dair sənədləşdirmə işinin təşkili və arxivləşdirilməsinə nəzarət
edir;
- Komitənin
keçirdiyi tədbirlərdə sektoru təmsil edir və ya sektorun digər əməkdaş ilə
təmsil olunmasını təmin edir;
- Xidməti
vəzifəsi ilə əlaqədar vətəndaşlardan, dövlət orqanlarından, idarə və
təşkilatlardan daxil olan müraciət və sorğulara qanunvericiliklə müəyyən
olunmuş qaydada və müddətdə baxılmasını təmin edir;
- Sektorun
işinin təşkili ilə bağlı öz səlahiyyətləri daxilində Komitənin digər struktur
bölmələri ilə zəruri məlumat və sənədlərin mübadiləsini təmin edir;
- Xidməti
vəzifələrin icrası ilə bağlı Komitə rəhbərliyinin və şöbə müdirinin
tapşırıqlarını yerinə yetirir;
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsil tələbləri: dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), xarici dil müəllimliyi (dillər üzrə), tarix müəllimliyi, filologiya (dil və ədəbiyyat göstərilməklə), tərcümə (dillər üzrə), tarix, politologiya, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, dünya iqtisadiyyatı, dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə ali təhsil
-
Staj tələbi: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
kompüter tələbləri: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
-
Xarici dil bilikləri: İngilis dili-B2; Rus dili-B1;
|
Müsahibə elanının tarixi |
10.04.2023 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
10.05.2023 18:00 |