Diasporla İş üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Layihələrin idarə olunması və humanitar məsələlər şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Diasporla İş üzrə Dövlət Komitəsi
Struktur bölmə Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Layihələrin idarə olunması və humanitar məsələlər şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • Şöbənin işini təşkil edir
  • Şöbənin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Komitənin rəhbərliyinə təkliflər hazırlayır
  • Xaricdə yaşayan azərbaycanlılarla əlaqələr qurur və müvafiq iş aparır, humanitar məsələlərlə bağlı vəziyyəti təhlil edərək müvafiq təkliflərin hazırlanmasına nəzarət edir və Komitənin rəhbərliyinə təqdim edir
  • Layihə təkliflərinin hazırlanmasına nəzarət edir
  • Layihələr üzrə görülən tədbirlərin müvafiq struktur bölmələr ilə koordinasiya edilməsinə nəzarət edir
  • Layihələr üzrə məlumatların təhlilinin həyata keçirilməsinə nəzarət edir
  • Layihələr üzrə hesabatların tərtibinə nəzarət edir
  • Kütləvi informasiya vasitələri, müvafiq dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə əlaqələr qurur və müvafiq işin aparılması, diasporla işin inkişafını təmin edən dövlət proqramlarının layihələrinə dair  təkliflər verir və proqramın həyata keçirilməsinə nəzarət edir
  • Digər dövlət orqanları ilə birgə müəyyən edilmiş istiqamət üzrə xaricdə yaşayan azərbaycanlılara, onların yaratdıqları qurumlara, media vasitələrinə beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətəni ilə əlaqə yaratmaq, ana dilini, milli-mənəvi dəyərləri mənimsəmək, yaşatmaq və inkişaf etdirmək məqsədi ilə müxtəlif yönlü təşkilatı, informasiya, maddi və mənəvi yardım göstərilməsi işinin təşkil edilməsinə nəzarət edir
  • Azərbaycan diasporunun inkişafına, diaspor nümayəndələrinin əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə, onların öz milli varlığını yaşatmasına və inkişaf etdirməsinə, ana dilini öyrənməsinə və tətbiqinin genişləndirilməsinə istiqamətlənmiş xüsusi layihələrin işlənib hazırlanması və həyata keçirilməsi işinin təşkil edilməsinə nəzarət edir
  • Xaricdə yaşayan azərbaycanlıların bir-biri ilə əlaqə yaratmasına, təşkilatlanması işinə dəstək verir, yaradılan ictimai, mədəni və digər birliklərin, habelə onların əməkdaşlıq etdiyi digər təşkilatların Azərbaycan Respublikası ilə əlaqələrinin qurulmasına və inkişafına kömək göstərilməsinə nəzarət edir
  • Xaricdə yaşayan azərbaycanlıların vəziyyəti və onlarla aparılan iş, müvafiq diaspor təşkilatlarının və qurumların fəaliyyəti sahəsində görülmüş işlər haqqında vaxtaşırı hesabatlar, məruzələrin hazırlanmasında iştirak edir və ümumi nəzarəti həyata keçirir
  • Xaricdə yaşayan azərbaycanlıların problemləri, eləcə də müvafiq diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı dəyirmi masalar, seminarlar və konfranslar keçirilməsi barədə təkliflərin hazırlanmasında iştirak edir və ümumi nəzarət edir
  • Xaricdə azərbaycanlıların kompakt yaşadıqları bölgələrdə Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə birgə ana dilində həftəsonu məktəblərinin və Azərbaycan mədəniyyət mərkəzlərinin (evlərinin) açılması və fəaliyyətinin təşkili üçün təkliflərin verilməsində iştirak edir və ümumi nəzarət edir
  • Şöbənin iş planı və fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasına nəzarət edir
  • Komitə sədri tərəfindən şöbəyə verilən müvafiq tapşırıqların yerinə yetirməsinə nəzarət edir
  • Komitənin keçirdiyi tədbirlərdə şöbəni təmsil edir
  • Şöbənin fəaliyyəti haqqında Komitənin rəhbərliyinə mütəmadi olaraq hesabat və məlumat verir
  • Şöbənin fəaliyyətinə aid olan sənədlərin tərtib edilməsi işlərinə rəhbərlik edir, səlahiyyətləri daxilində Komitənin digər şöbələrindən zəruri sənəd və məlumatları alır
  • Şöbənin səlahiyyətlərinə aid edilən məsələlər üzrə müəssisə, idarə və təşkilatlara, eləcə də vətəndaşların yazılı və şifahi sorğularına verilən cavab məktublarını imzalayır
  • Daxil olan məktub, teleqram, şikayət və ərizələrdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə baxılması və bu istiqamətdə müvafiq tədbirlərin görülməsini təşkil edir
  • Şöbədə kargüzarlıq işlərinin aparılmasına və məxfilik rejiminə nəzarət edir
  • Şöbənin işçilərinə icrası məcbur olan göstəriş və tapşırıqları verir
  • Şöbənin işçiləri barəsində həvəsləndirmə və intizam-tənbeh tədbirləri haqqında Komitənin rəhbərliyinə təqdimatlar verir
  • Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət olunmasına nəzarət edir
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: ali təhsil
  • Staj tələbi: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • kompüter tələbləri: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil bilikləri: Rus dili-B1; İngilis dili-B1;
Müsahibə elanının tarixi 14.12.2023 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 28.12.2023 18:00