Diasporla İş üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, IV Ərazi şöbəsi (Asiya, Avstraliya və Okeaniya ölkələri), Asiya ölkələri ilə iş sektoru, şöbə müdirinin müavini - sektor müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Diasporla İş üzrə Dövlət Komitəsi
Struktur bölmə Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, IV Ərazi şöbəsi (Asiya, Avstraliya və Okeaniya ölkələri), Asiya ölkələri ilə iş sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdirinin müavini - sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1270
Qulluq funksiyaları
  • Kurasiya ölkələri ilə iş sektorunun işini təşkil edir və sektora rəhbərlik edir
  • Sektor işçilərinin əmək və icra intizamına nəzarət edir
  • Sektorun əməkdaşları arasında iş bölgüsünü aparır, onların xidməti fəaliyətinin qiymətləndirilməsini təşkil edir
  • Qanunvericiliyə uyğun olaraq rəhbərliyin əmr, sərəncam və göstərişlərin sektor tərəfindən vaxtında icra olunmasını təşkil edir
  • Rəhbərliyin xarici diaspor nümayəndələri, beynəlxalq ekpertlər və digər şəxslərlə, müvafiq dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə görüşlərini təşkil edir
  • Rəhbərliyə fəaliyyətinə dair məlumatları, layihə və hesabatları təqdim edir
  • Diasporla işin təşkili, təbliği və monitorinqi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiq edilməsi ilə bağlı təkliflər hazırlayır
  • Fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq beynəlxalq sorğuların və bu istiqamətdə fəaliyyətin nəticələrinin təhlilini aparır
  • Fəaliyyət çərçivəsində daxil olmuş təkliflərin, yerli və beynəlxalq təşkilatların hesabatlarının ümumiləşdirilməsi və tətbiqi sahəsində işi təşkil edir
  • Kurasiya ölkələrində diaspor fəaliyyətinə cavabdeh qurumlar və təşkilatlarla əlaqələrin yaradılmasında iştirak edir
  • Azərbaycanlıların yaşadığı kurasiya ölkələrində insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində fəaliyyəti həyata keçirir
  • Beynəlxalq hüququn qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsi və onların öz milli varlığını yaşatması və inkişaf etdirməsi istiqamətində fəaliyyəti həyata keçirir
  • Xaricdə yaşayan azərbaycanlıların öz milli və vətəndaşlıq hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirdikləri fəaliyyətə beynəlxalq sənədlərdə təsbit olunmuş insan haqqlarının müdafiəsi və qorunması prinsipinə uyğun olaraq dəstək verir, bu məqsədlə azərbaycanlıların sıx yaşadığı dövlətlərin aidiyyəti strukturları ilə səmərəli iş mexanizmi qurur və problemlərin həllinə kömək göstərilməsi istiqamətində fəaliyyətini təşkil edir
  • Fəaliyyət istiqaməti üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir
  • Sektorun kurasiyasında olan xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatları ilə əlaqə saxlanılmasını təmin edir
  • Sektorun kurasiyasında olan xarici ölkələrdəki azərbaycan diaspor təşkilatlarının keçirdiyi tədbirlərdə aidiyyatı üzrə iştirak edir
  • Sektorun kurasiyasında olan xarici ölkələrdəki azərbaycan diaspor təşkilatları və xaricdə yaşayan azərbaycanlılarla görüşlər keçirir, fikir mübadilələri aparır
  • Sektor işçiləri barəsində həvəsləndirmə və intizam-tənbeh tədbirlərinin görülməsi ilə bağlı şöbə müdirinə təqdimat verir
  • Səlahiyyətləri çərçivəsində Komitənin strateji planı, fəaliyyət planlarının hazırlanması, yenidən işlənməsi və təkmilləşdirilməsi işlərinin təşkili və əlaqələndirilməsini təmin edir
  • Komitənin qəbul edilmiş strateji planı və fəaliyyət planları ilə müəyyən edilmiş tədbirlərin icrasının əlaqələndirilməsi və görülən işlər barədə məlumatların hazırlanmasını təmin edir
  • Komitənin fəaliyyətinə dair qabaqcıl təcrübənin öyrənilməsi, innovativ təkliflərin hazırlanması və tədbirlər görülməsini təmin edir
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə normativ-hüquqi, metodik və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak edir və sektor üzrə müvafiq məsələlərə rəhbərlik edir
  • Sektorun fəaliyyəti haqqında şöbə müdirinə mütəmadi olaraq hesabat və məlumatlar verilməsini təmin edir
  • Sektorun fəaliyyətinə dair sənədləşdirmə işinin təşkili və arxivləşdirilməsinə nəzarət edir
  • Komitənin keçirdiyi tədbirlərdə sektoru təmsil edir və ya sektorun digər əməkdaş ilə təmsil olunmasını təmin edir
  • Xidməti vəzifəsi ilə əlaqədar vətəndaşlardan, dövlət orqanlarından, idarə və təşkilatlardan daxil olan müraciət və sorğulara qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin edir
  • Sektorun işinin təşkili ilə bağlı öz səlahiyyətləri daxilində Komitənin digər struktur bölmələri ilə zəruri məlumat və sənədlərin mübadiləsini təmin edir
  • Xidməti vəzifələrin icrası ilə bağlı Komitə rəhbərliyinin və şöbə müdirinin tapşırıqlarını yerinə yetirir
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: ali təhsil
  • Staj tələbi: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • kompüter tələbləri: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
  • Xarici dil bilikləri: Rus dili-B2; İngilis dili-B2;
Müsahibə elanının tarixi 10.01.2024 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 24.01.2024 18:00