Diasporla İş üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Rəhbərlik, dövlət orqanı rəhbərinin köməkçisi


Əlaqə məlumatları
Dövlət orqanı Diasporla İş üzrə Dövlət Komitəsi
Struktur bölmə Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Rəhbərlik
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı rəhbərinin köməkçisi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1210
Qulluq funksiyaları
  • Sədrə ünvanlanan təbrik və təşəkkürnamələrin uçotuna nəzarəti həyata keçirir
  • Sədrə ünvanlanmış zəngləri cavablandırır
  • Sədrin qəbul qrafikinə uyğun olaraq qəbula yazılan vətəndaşlarla əlaqə saxlayır, sədrlə görüşünü təşkil edir
  • Sədrin qəbuluna yazılan rəsmi şəxslərin və qonaqların sədrlə görüşünü təşkil edir
  • Səlahiyyətləri daxilində dövlət  orqanları,idarə, təşkilat, müəssisələrdən,o cümlədən, vətəndaşlardan daxil olan şifahi müraciətləri cavablandırır
  • Komitə sədri tərəfindən verilən digər  tapşırıqları yerinə yetirir
  • Sədrin iştirak edəcəyi dövlət tədbirlərinin yeri, vaxtı və s. barədə məlumatları toplayaraq sədrin diqqətinə çatdırır
  • Sədrin çıxış və məruzələrinin yüksək səviyyədə hazırlanmasını və vaxtında sədrə təqdim edilməsini təmin edir
  • Komitənin fəaliyyəti ilə bağlı olan bütün məlumatların gündəlik qısa məzmunu barədə sədri məlumatlandırır
  • Sənədlərin imzalanması, dərkənar qoyulması və razılaşdırılması üçün sədrə təqdim edir
  • Sədr tərəfindən struktur bölmə rəhbərlərinə verilən tapşırıqların vaxtında və düzgün icra edilməsinə nəzarət edir və yaranmış problemlər haqqında rəhbərliyə vaxtında məlumat verir
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: ali təhsil
  • Staj tələbi: vəzifənin fəaliyyət sahəsi üzrə dövlət qulluğunda 2 il iş stajı və yaxud vəzifənin fəaliyyət sahəsi üzrə 4 il iş stajı
  • kompüter tələbləri: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil bilikləri: İngilis dili-B1; Rus dili-B1;
Müsahibə elanının tarixi 10.01.2024 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 24.01.2024 18:00