Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Diasporla İş üzrə Dövlət Komitəsi |
Struktur bölmə |
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, IV Ərazi şöbəsi (Asiya, Avstraliya və Okeaniya ölkələri) |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1470 |
Qulluq funksiyaları |
- Şöbənin fəaliyyətinə rəhbərlik edir;
- Şöbənin işinin tənzimlənməsinə və
fəaliyyətinə nəzarət edir;
- Şöbənin işçiləri arasında iş bölgüsünə
və müvafiq icra fəaliyyətinə nəzarət edir;
- Qanunvericiliyə uyğun olaraq şöbəyə
ünvanlanmış məlumat, əmr, sərəncam, göstəriş və digər sənədlərin aidiyyəti üzrə
icra olunmasına nəzarət edir;
- Rəhbərliyin xarici diaspor
nümayəndələri, beynəlxalq ekspertlər və digər şəxslərlə, müvafiq dövlət
qurumları və vətəndaş cəmiyyəti institutları ilə görüşlərin təşkil edilməsinə
nəzarət edir;
- Şöbəyə ünvanlanmış vətəndaş
məktublarına, dövlət orqanlarından, idarə və təşkilatlardan daxil olan müraciət
və sorğulara qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasına
və müvafiq tədbirlərin görülməsinə nəzarət edir;
- Şöbənin fəaliyyətinə dair sənədləşmə
işinin təşkili və arxivləşdirilməsinə nəzarət edir;
- Diasporla işin təşkili, təbliği və
monitorinqi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və
tətbiq edilməsi ilə bağlı təkliflərin hazırlanmasına nəzarət edir;
- Fəaliyyət çərçivəsində daxil olmuş
təkliflərin, yerli və beynəlxalq təşkilatların hesabatlarının ümumiləşdirilməsi
və tətbiqi sahəsində işin təşkilinə nəzarət edir;
- Kurasiya ölkələrində diaspor fəaliyyətinə
cavabdeh qurumlar və təşkilatlarla əlaqələrin yaradılmasında iştirak edir;
- Azərbaycanlıların yaşadığı kurasiya
ölkələrində insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarda
Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində fəaliyyətin həyata
keçirilməsinə nəzarət edir;
- Beynəlxalq hüququn qəbul edilmiş
prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq,
eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə
yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsi və
onların öz milli varlığını yaşatması və inkişaf etdirməsi istiqamətində
fəaliyyətin həyata keçirilməsinə nəzarət edir;
- Xaricdə yaşayan azərbaycanlıların öz
milli və vətəndaşlıq hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirdikləri
fəaliyyətə beynəlxalq sənədlərdə təsbit olunmuş insan haqqlarının müdafiəsi və
qorunması prinsipinə uyğun olaraq dəstək verilməsinə, bu məqsədlə
azərbaycanlıların sıx yaşadığı dövlətlərin aidiyyəti strukturları ilə səmərəli
iş mexanizmi qurulmasına və problemlərin həllinə kömək göstərilməsi
istiqamətində fəaliyyətin təşkil edilməsinə nəzarət edir;
- Fəaliyyət istiqaməti üzrə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini
öz səlahiyyətləri daxilində təmin edir;
- Şöbənin kurasiyasında olan xarici
ölkələrdəki azərbaycan diaspor təşkilatlarının keçirdiyi tədbirlərdə aidiyyatı
üzrə iştirak edir;
- Şöbənin işçiləri haqqında müvafiq
təqdimatın şöbə müdirinə verilməsinə nəzarət edir;
- Komitənin fəaliyyət istiqamətinə dair
qabaqcıl təcrübənin öyrənilməsi, yeni innovativ təkliflərin, layihələrin
hazırlanması və tədbirlər görülməsinə nəzarət edir;
- Komitənin fəaliyyət planları ilə
müəyyən edilmiş tədbirlərin icrasının əlaqələndirilməsi və görülən işlər barədə
hesabatların hazırlanmasına nəzarət edir;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə
müvafiq normativ-hüquqi, metodik və digər sənədlərin layihələrinin, təkliflərin
hazırlanmasında iştirak etmək və sektor üzrə müvafiq məsələlərə rəhbərlik
edilməsinə nəzarət edir;
- Şöbənin fəaliyyəti haqqında şöbə
müdirinə mütəmadi olaraq hesabat və məlumatların verilməsinə nəzarət edir;
- Şöbənin işinin təşkili ilə bağlı öz
səlahiyyətləri daxilində Komitənin digər struktur bölmələri ilə müvafiq məlumat
və sənədlərin mübadiləsinin təşkil edilməsinə nəzarət edir;
- Şöbənin işini təşkil etmək, şöbənin
səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə rəhbərliyə təkliflərin
hazırlanmasına nəzarət edir;
- Tabeliyində olan sektorlar və
əməkdaşların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət
etmələrinə nəzarət edir;
- Şöbənin fəaliyyət istiqamətlərinə aid
olan və Komitə daxilində verilən əmrlərə və digər aidiyyatı sənədlərə viza verir;
- Şöbənin işçiləri barəsində
həvəsləndirmə və intizam-tənbeh tədbirləri haqqında rəhbərliyə
təqdimatlar verir;
- Rəhbərin tapşırığı ilə digər
işlərin həyata keçirilməsini təmin edir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsil tələbləri: ali təhsil
-
Staj tələbi: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
kompüter tələbləri: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
-
Xarici dil bilikləri: Rus dili-B1; İngilis dili-B1;
|
Xüsusi tələblər |
Türk və ərəb dillərini bilənlərə üstünlük veriləcək |
Müsahibə elanının tarixi |
22.02.2024 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
07.03.2024 18:00 |