Diasporla İş üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Rəhbərlik, dövlət orqanı rəhbərinin müşaviri


Əlaqə məlumatları
Dövlət orqanı Diasporla İş üzrə Dövlət Komitəsi
Struktur bölmə Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Rəhbərlik
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı rəhbərinin müşaviri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1210
Qulluq funksiyaları
  • Sədrin həvalə etdiyi diasporla iş sahəsinə funksional nəzarəti həyata keçirir
  • Sədrin həvalə etdiyi diasporla iş sahəsinin inkişafı istiqamətində zəruri tədbirlər görür
  • Diasporla iş sahəsi üzrə sədrin xüsusi tapşırıqlarını yerinə yetirir
  • Xüsusi tapşırıqların vaxtında və düzgün icra edilməsinə nəzarət edir və yaranmış problemlər barədə sədrə vaxtında məlumat verir
  • Komitənin fəaliyyətinin istiqamətləri, prioritetlər və dövlət diaspor siyasətinin əsas prinsipləri üzrə sədrin tapşırığı əsasında işlərin yerinə yetirilməsinə nəzarət edir
  • Sədrin həvalə etdiyi sahələr üzrə mövcud vəziyyəti ümumiləşdirir, onların fəaliyyətini təhlil edir və mütəmadi olaraq sədrə məlumat verir
  • Səlahiyyətləri daxilində dövlət  orqanları, idarə, təşkilat, müəssisələrdən, o cümlədən, vətəndaşlardan daxil olan şifahi və yazılı müraciətləri cavablandırır
  • Sədrin tapşırığı əsasında diasporla iş sahəsi üzrə işlərin yerinə yetirilməsinin forma və metodları ilə bağlı təkliflər hazırlayır
  • Komitə daxilində keçirilən tədbirlərin təşkilini təmin edir
  • Qəbul edilmiş qərarlar üzrə gözlənilən pozitiv və neqativ nəticələr barədə sədri məlumatlandırır
  • Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnaməyə uyğun olaraq qarşıya qoyulmuş vəzifə və öhdəliklərin icrası ilə bağlı sədrə metodiki köməklik göstərir
  • Qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirir
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: ali təhsil
  • Staj tələbi: vəzifənin fəaliyyət sahəsi üzrə dövlət qulluğunda 2 il iş stajı və yaxud vəzifənin fəaliyyət sahəsi üzrə 4 il iş stajı
  • kompüter tələbləri: MS Windows, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil bilikləri: İngilis dili-B1; Rus dili-B1;
Müsahibə elanının tarixi 22.02.2024 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 07.03.2024 18:00