Məlum olduğu kimi, Azərbaycan Respublikası Tarif Şurasının 2017-ci il 23 may tarixli 5 nömrəli qərarı ilə dövlət qulluğuna qəbul məqsədi ilə keçirilən test imtahanlarında iştirakla bağlı tariflər təsdiq edilərkən qiymətlərdə əlavə dəyər vergisi nəzərə alınmamışdır. Həmin müddətdən bu vaxtadək DİM Mərkəzin göstərdiyi xidmətlərin ƏDV-dən azad olunması ilə bağlı aidiyyəti qurumlarla yazışmalar aparmış, son nəticədə müvafiq qanunvericiliyə əsasən təhsil xidmətlərinin ƏDV-dən azad olunması, dövlət qulluğu ilə bağlı imtahan qiymətlərinə isə ƏDV-nin tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Beləliklə, cari ilin mart ayından Dövlət İmtahan Mərkəzi ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Ona görə də, 2019-cu il aprelin 1-dən dövlət qulluğu üzrə imtahanların tarif qiymətlərinə ƏDV tətbiq ediləcəkdir. Təsdiq edilmiş tariflərə ƏDV əlavə olunarkən bəzi qiymətlər manat və qəpik hissələrindən ibarət olur. Hazırda ödəmə prosedurlarını həyata keçirən mövcud proqram təminatlarının və müvafiq məlumat bazalarının texniki məhdudiyyətlərini (ödənişin qəpiklə aparılmasının qeyri-mümkün olmasını) nəzərə alaraq qərara alınmışdır ki, müvəqqəti olaraq, DİM-in proqram təminatı və məlumat bazalarında müvafiq təkmilləşdirmə işləri başa çatanadək, qəpik hissə ilə bağlı olan ödənişlər tam ədədə qədər azaldılsın və aprelin 1-dən dövlət qulluğu üzrə imtahanların qiyməti vəzifə qrupları üzrə aşağıdakı kimi təsdiq edilsin:
# | İmtahanın keçirilmə tarixi və saatı | Qeydiyyatın başlanma vaxtı |
Qeydiyyatın bitmə vaxtı |
Yer sayı | Qeydiyyatdan keçənlərin sayı | Boş yerlərin sayı |
Ünvan | Zal | Vəzifə qrupları | Qeydiyyat |
---|