Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanında aşağıdakı şəxslər iştirak edə bilər:
Yuxarıda qeyd olunan kateqoriyaya aid olan dövlət qulluqçuları dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün hazırda qulluq keçdikləri vəzifənin daxil olduğu vəzifə altqrupu üzrə müvafiq sertifikat almalıdır.
Müvafiq sertifikatı alaraq dövlət qulluğuna qəbul edilən dövlət qulluqçuları dövlət qulluğu vəzifəsində fəaliyyətlərini davam etdirmək üçün qulluq keçdikləri vəzifənin daxil olduğu altqrupu üzrə müvafiq sertifikat almalıdır.
Vəzifələrin müvafiq altqrupu üzrə Sertifikat əldə edən şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətini davam etdirə bilər.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı test imtahanı proqramları, habelə imtahanda yoxlanılacaq bilik sahələri, hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları haqqında məlumatlar Mərkəzin internet portalında yerləşdirilmişdir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-1.1 və 28.2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq test imtahanları ödənişli əsaslarla həyata keçirilir. İmtahanlarda iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən aşağıdakı qaydada müəyyən edilib:
Əlavə məlumat üçün:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti:
Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az
| # | Tarixi və vaxtı | Qeydiyyatın başlanma vaxtı |
Qeydiyyatın bitmə vaxtı |
Yer sayı | Qeydiyyatdan keçənlərin sayı | Ünvan | Vəzifə qrupları | Qeydiyyat | # |
|---|---|---|---|---|---|---|---|---|---|
| 1 | 05.02.2026 16:00 | 05.01.2026 15:00 | 25.01.2026 18:00 | 160 |
11
(BA - 1, BB - 10) |
İmtahan Naxçıvan şəhəri, 4 saylı orta məktəb (3-cü mərtəbə) ünvanında keçiriləcəkdir. İmtahan elektron şəkildə aparılacaqdır. İmtahana buraxılış vərəqəsini imtahan tarixinə bir neçə gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə yükləyə bilərsiniz. | AB,AC,BA,BB | Qeydiyyatdan keç | |
| 2 | 05.02.2026 16:00 | 05.01.2026 15:00 | 25.01.2026 18:00 | 760 |
71
(AC - 2, BA - 19, BB - 50) |
İmtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusu, Bakı ş., Süleyman Sani Axundov küçəsi 50 ünvanında keçiriləcəkdir. İmtahan elektron şəkildə aparılacaqdır. İmtahana buraxılış vərəqəsini imtahan tarixinə bir neçə gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə yükləyə bilərsiniz. | AB,AC,BA,BB | Qeydiyyatdan keç |