31 may 2024-cü il tarixdə elan edilmiş dövlət qulluğuna qəbul üçün
müsabiqə üzrə müsahibə elanında qeydə alınmış namizədlərlə
müsahibələrin keçirilmə qrafiki və nəticələri

(06.12.2024)

Qeyd:
1. Namizədlərin soyadı, adı və ata adları haqqında məlumatlar şəxsi kabinetin nömrəsi ilə dəyişdirilmişdir. Kabinet nömrənizi şəxsi kabinetə daxil olaraq öyrənə bilərsiniz (kabinet nömrəsi şəklin sol tərəfində qeyd olunmuşdur).
2. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibə tarixindən 1 gün qabaq saat 16:00-dan gec olmayaraq qrafikdə öz şəxsi kabinet nömrənizi tıklayıb və açılan müraciət formasında vəzifənin qarşısında "İMTİNA" düyməsini sıxmaq lazımdır.
3. Namizədlər mərkəzi icra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən həmin orqanlarda yaradılmış apelyasiya şuralarına, məhkəmə hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yaradılmış Apelyasiya Şurasına şikayət verə bilərlər. Eyni zamanda, namizədlər dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasına və məhkəməyə şikayət verə bilərlər.
4. Müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Mərkəzin internet portalında və namizədin şəxsi kabinetində yerləşdirildikdən sonra namizəd 48 saat ərzində müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməli, iştirak etməyəcəyi halda şəxsi kabinetinə daxil olmaqla müsahibədə iştirakdan imtina etməlidir. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə (bank xərcləri tutulmaqla)geri qaytarılacaqdır.
5. Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaqdır.
6.Təyin edilmiş müsahibə günü etibarlı sertifikatı olmayan namizədlərin müsahibələri ləğv edilmişdir. Müsahibənin keçirilməsi üçün namizəd müsahibə gününə qədər müvafiq sertifikat əldə edərək DİM-ə müraciət etməlidir.


İqtisadiyyat Nazirliyi

Namizədin şəxsi kabinet nömrəsiStruktur bölmənin adıVəzifənin adıTarixVaxtMüsahibə yeriYekun balVəzifəyə uyğunluqVəzifəyə təyinatQeyd
11155873İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Aparat, İnsan resursları şöbəsimərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət xidmətində şöbə müdirinin müavini08.07.202414:15DİM, Elektron İmtahanlar Korpusu, Müsahibə otağı №516.3uyğundurİddia etdiyi vakant vəzifəyə təyin olunub
21619559İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Aparat, Hüquq şöbəsi, Hüquqi təminat sektorusektor müdiri11.07.202415:00DİM, Elektron İmtahanlar Korpusu, Müsahibə otağı №916.7uyğundurEhtiyat kadrlar siyahısından iddia etdiyi vəzifəyə təyin olunub
31748227İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Aparat, İnsan resursları şöbəsi, Tədris, inkişaf və qiymətləndirmə sektorusektor müdiri11.07.202415:45DİM, Elektron İmtahanlar Korpusu, Müsahibə otağı №916.3uyğundurİddia etdiyi vakant vəzifəyə təyin olunub