Milli Arxiv İdarəsi
Milli Arxiv İdarəsinin aparatı, Komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsi, aparıcı məsləhətçi

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin İnsan resursları və hüquqi təminat sektorunun müdiri
Aslanova Təranə Aslan qızı
Əlaqə vasitələri:
Email: t.aslanova@milliarxiv.gov.az
Telefon: (012) 562 95 70 daxili: 113
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun aparıcı məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Arxiv işi [1;5] Arxiv anlayışı; arxiv fondu; arxiv sənədi; arxiv işinin təşkilinin prinsipləri; arxiv sənədlərindəki məlumatların təhlükəsizliyinin təmin edilməsi; arxiv sahəsini  tənzimləyən qanunvericilik aktları, MAF-ın təsnifatı, MAF-nun formalaşdırma mənbələri, MAF sənədlərinin mühafizəsinin təminatı
    • Milli arxiv fondu sənədlərinin təşkili və fondlaşdırılması [1;5.2;6;8] Milli arxiv fonduna daxil olan sənədlərin məcmusu; arxiv sənədlərinin Milli Arxiv fondu çərçivəsində təşkili; arxiv sənədlərinin fondlaşdırılması; sənədlərin fond mənsubiyyətinin müəyyən olunması və arxiv fondunun təşkili, növləri, sənədlərin fond daxilində sistemləşdirilməsi, arxiv fondunun, sənəd kolleksiyasının MAF-a daxil edilməsi qaydası, arxiv fondu sənədləri   üzərində   mülkiyyət hüququ
      • Respublika dövlət arxivləri [8;9]Dövlət arxivlərinin şəbəkəsi; dövlət arxivinin filialları; rayon dövlət arxivləri; arxivin idarə olunması; arxiv işinin planlaşdırılması və hesabat; dövlət arxivlərinin əsas iş qaydalarının pozulmasına görə məsuliyyət, arxiv işçisinin etik davranışı
        • Arxiv sənədlərinin mühafizəsinin təmin edilməsi [1;5,3.6;8]Sənədlərin mühafizəsi anlayışı; arxiv binalarına və tikililərinə verilən tələblər; mühafizəxana və mühafizə rejiminə verilən tələblər; sənədlərin mühafizəxanalarda yerləşdirilməsi prinsipləri və sənədlərin mövcudluğuna, texniki və fiziki-kimyəvi vəziyyətinə nəzarət; müvəqqəti xaricə aparılan sənədlərin rəsmiləşdirilməsi qaydası
          • Arxiv sənədlərinin uçotu [1;6;8] Sənədlərin uçotu anlayışı; sənədlərin uçot vahidləri; arxivdə sənədlərin uçotunun təşkili; sənədlərin uçotu qaydaları; daxil olan və xaric edilən sənədlərin uçotu, nadir və xüsusi əhəmiyyətli sənədlərin uçotu, MAF sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunun təşkili
            • Arxiv sənədlərinin komplektləşdirilməsi və dəyərinin ekspertizası[1;5.2;6;7;8] Arxiv sənədlərinin komplektləşdirilməsi anlayışı və onun hüquqi əsasları; komplektləşdirmə mənbələri; sənədlərin dəyərinin ekspertizasının prinsipləri və meyarları; arxiv sənədlərinin kargüzarlıqda təşkili və idarə arxivlərinə təhvil verilməsi; sənədlərin dövlət arxivlərinə təhvil və qəbul edilməsinin təşkili; sənədlərin saxlama müddətlərinin müəyyən edilməsinin prinsipləri; sənədlərin saxlama müddətləri göstərilən nümunəvi və sahə siyahılardan istifadə; iş nomenklaturasının tərtib edilməsi qaydası; dövlət arxivlərin ekspert-yoxlama komissiyaların işinin təşkili; daimi mühafizəyə verilməli olan sənədlərin seçilməsi,  onların idarə arxivlərində mühafizəsinə nəzarət, idarə arxivlərində aparılan işlərin uçotu, sənədlərin mülkiyyətçisi ilə arxivin qarşılıqlı əlaqələri, arxiv işçilərinin ixtisasının artırılması işinin təşkili,sənədlərin məxfiliyinin açılması işinin təşkili; idarə arxivlərinin pasportlaşdırılması
              • Arxiv sənədlərindən istifadə edilməsi [1;5;6;8]  Sənədlərdən istifadə anlayışı; arxiv sənədlərindən istifadənin formaları; arxiv sorğularının formaları; sorğuların (o cümlədən xaricə göndərilən) icra qaydaları və müddətləri, informasiyaya buraxılmasını məhdudlaşdıran hallar, arxiv sənədlərindən istifadə etməklə məlumatverici tədbirlərin təşkili; arxiv sənədlərindən oxu (qiraət) zallarında istifadə; sənədli sərgilərin təşkili; sənədli publikasiyaların (nəşrlərin) növləri, formaları; sənədli publikasiyaların (nəşrlərin) hazırlanmasının təşkili;

                Ədəbiyyat:

                1. Milli Arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu. 22 iyun 1999-cu il, №-694-Q
                2. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 №-li Fərmanı ilə təsdiq edilmiş „Milli Arxiv İdarəsinin Əsasnaməsi
                3. „Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2002-ci il tarixli 816 №-li Fərmanı.
                4. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 №-li Fərmanı ilə təsdiq edilmiş „Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”
                5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş normativ hüquqi sənədlər: 5.1 „Milli Arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında” Əsasnamə 5.2 “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli Arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydası” 5.3 “Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalar” 5.4 “Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma Qaydası” 5.5 “Dövlət arxiv fondunun sənədlərindən istifadə Qaydaları” 5.6 “Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydası”
                6. ARMAİ-nin Kollegiyasının 12.06.2017-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat” – Bakı,2017
                7. ARMAİ-nin Kollegiyasının 12.04.2016-cı il tarixli, 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı və onun tətbiq olunmasına dair göstəriş – Bakı,2016
                8. Azərbaycan Respublikası dövlət arxivlərinin əsas iş qaydaları. – Bakı, 2011
                9. Azərbaycan Respublikası Dövlət Arxivləri / Məlumat kitabı. – Bakı, 2003
                10. Milli Arxiv İdarəsinin internet saytı (www.milliarxiv.gov.az)