Kənd Təsərrüfatı Nazirliyi
Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti , Hüquq, kadr, kargüzarlıq və informasiya şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların  formalaşdırılması qaydaları (1)
    • Dövlət orqanlarında dövlət qulluqçusuna qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydası (2)
      • İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu (3)
        • Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul (4).
          • Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi (5).
            • Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları (6).
              • Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi (7).
                • Normativ hüquqi aktlar haqqında (8).
                  • Əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqları və vəzifələri (9).
                    • Şəxslər. Əqdlər. İddia müddətləri.  Öhdəlik hüququnun ümumi hissəsi. Müqavilələrdən əmələ gələn öhdəliklər. Qanundan əmələ gələn öhdəliklər. Mülki hüquq pozuntularindan (deliktlərdən) əmələ gələn öhdəliklər (10).
                      • Məhkəmə aidiyyəti; Ərazi aidiyyəti; Birinci instansiya məhkəməsində icraat; Apellyasiya instansiyası məhkəməsində icraat; Kassasiya instansiyası məhkəməsində icraat (11).
                        • İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsipləri və qaydaları (12). 
                          • İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsasları, prinsipləri və prosedurları (13).
                            • Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri. İnzibati xəta və inzibati məsuliyyət. İnzibati tənbeh və onun növləri. Əsas və əlavə inzibati tənbehlər. İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları. İnzibati məsuliyyətdən azad etmə (14). 
                              • Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtləri (15).
                                • Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması (16).
                                  • Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikat (17).
                                    • Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası (18).
                                      • Dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydası (19).
                                        • Dövlət Qulluqçularının Reyestrinin aparılması qaydaları (20).
                                          • İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları (21).
                                            • Seleksiya nailiyyətlərinin qeydiyyatı, istifadəsi və mühafizəsinin hüquqi əsasları (22).
                                              • Elektron imza və elektron sənədin istifadəsi, onların elektron sənəd dövriyyəsində tətbiqi, hüquqi əsasları və əlaqədar subyektlərin hüquqlarının müəyyən edilməsi. Sertifikat xidmətləri, sertfikatlaşdırma (23).
                                                • Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması qaydası (24).
                                                  • Elektron imza və elektron sənəd haqqında qanunvericiliyin pozulması (25).
                                                    • Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılması qaydası (26).
                                                      • İnformasiyanın əldə olunmasının sorğu əsasında təmin edilməsi. İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulması (27).
                                                        • Müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətlər və vəzifəli şəxslərin müraciətlərə baxması. Vətəndaşların müraciətlərinə dair tələblər.  Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası. Müraciətin baxılmamış saxlanılması. Vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi (28).
                                                          • İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi (29).

                                                            Ədəbiyyat:

                                                            1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 iyul tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların  formalaşdırılması Qaydaları”.
                                                            2. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”.
                                                            3. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”.
                                                            4. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”.
                                                            5. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəclərinin verilməsi Qaydaları”.
                                                            6. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”.
                                                            7. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”.
                                                            8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 21-IVKQ nömrəli Konstitusiya Qanunu.
                                                            9. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
                                                            10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
                                                            11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
                                                            12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi.
                                                            13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-IIQ nömtəli Qanunu.
                                                            14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi. 
                                                            15. “Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 dekabr tarixli 545 nömrəli qərarı.
                                                            16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”.
                                                            17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”.
                                                            18. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2014-cü il 10 fevral tarixli 021-Q nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”.
                                                            19. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 5 fevral tarixli 522 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”.
                                                            20. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”.
                                                            21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”.
                                                            22. “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının 1996-cı il 15 yanvar tarixli 197-IQ nömrəli Qanunu.
                                                            23. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının 2004-cü il 9 mart tarixli 602-IIQ nömrəli Qanunu.
                                                            24. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”.  
                                                            25. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (Maddə 375, 376, 380).
                                                            26. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” .
                                                            27. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının 2005-ci il 30 sentyabr tarixli 1024-IIQ nömrəli Qanunu.
                                                            28. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanunu.
                                                            29. Azərbaycan Respublikası Prezidentinin “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2006-cı il 26 oktyabr tarixli 472 nömrəli Fərmanı.