Kənd Təsərrüfatı Nazirliyi
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti , Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin aparatı , Bitki mühafizəsi və karantini şöbəsi , Fitosanitar nəzarəti üzrə iş sektoru, sektor müdiri

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Fitosanitar nəzarətinin təşkilinin və həyata keçirilməsinin hüquqi əsasları, bitki mühafizəsi və karantini sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətlər (1).  
    • Fitosanitar nəzarətində olan karantin obyektləri. Fitosanitar nəzarəti sahəsində dövlətin vəzifələri. Fitosanitar nəzarətinin əsas prinsipləri, xidmətin vəzifələri və hüquqları (1).  
      • Fitosanitar tədbirlər.  Bitki mühavizə və zəhərli kimyəvi maddələrin istehsalı, tətbiqi həmçinin dövriyyəsinə dair tələblər (1).  
        • Bitkilərin və bitkiçilik məhsullarının xəstəlik və ziyanvericiləri ilə mübarizə işində beynəlxalq əməkdaşlığın və bu xəstəlik və ziyanvericilərin milli sərhədlərdən kənara çıxarılmasının qarşısının alınması tədbirləri (2).  
          • Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əsas vəzifələri və hüquqları (3).  
            • Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əsas funksyaları və fəaliyyətinin təşkili (3).
              • Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi (4).
                • Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi qaydaları (4). 
                  • Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısı (5).
                    • Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına, ölkə ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsinin qaydaları (5). 

                      Ədəbiyyat:

                      1.   “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunu. 12 may 2006-cı il, № 102-IIIQ
                      2.   "Bitki mühafizəsi haqqında" Beynəlxalq Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu. 14 mart 2000-cı il, № 831-IQ
                      3. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə.
                      4.  Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarı 
                      5. “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2017-ci il tarixli 231 nömrəli Qərarı.