Energetika Nazirliyi
Daxili nəzarət şöbəsi, İnzibati-təşkilati nəzarət sektoru, baş məsləhətçi - kollegiyanın katibi

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun aparıcı məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu üzrə: [1]  Normativ hüquqi aktın anlayışı. Normativ hüquqi aktların qüvvəsi. Qeyri-normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi. Normativ hüquqi aktların kolliziyası və onun həlli yolları və kolliziyanın aradan qaldırılması üsulları. Qanunvericilikdə boşluqlar. Normativ hüquqi aktların növləri. Beynəlxalq müqavilələrlə normativ hüquqi aktların qarşılıqlı nisbəti. Normativ hüquqi aktın layihələrinin hazırlanması qaydası. Normativ hüquqi aktın layihələrinin razılaşdırılması. Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi. Normativ hüquqi aktların layihələrinə dair ümumi tələblər. Normativ hüquqi aktların layihələrinə baxılması və onların qəbul edilməsi qaydası. 
    • Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi üzrə: [2] İnzibati xəta anlayışı. İnzibati məsuliyyəti istisna edən hallar. İnzibati tənbeh növləri. İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları. Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar. İnzibati xətalar haqqında işlərə baxılması qaydası. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və protest verilməsi qaydası. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslər.
      • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə: [3]  Azərbaycan  Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri. Əmək müqaviləsinin bağlanması əsasları və qaydası. Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları. Məzuniyyət hüququ və onun təmin edilməsi. Əmək məzuniyyətlərinin müddətləri. Yaradıcılıq və təhsil məzuniyyətləri. Sosial məzuniyyətlər. Ödənişsiz məzuniyyətlər.
        • “Energetika  haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [4]   Qanunun əhatə dairəsi. Energetika sahəsində dövlətin müstəsna hüquqları. Energetika sahəsində fiziki şəxslərin və qeyri-dövlət hüquqi şəxslərin müstəsna hüquqları.  Energetika sahəsində idarəçilik və nəzarət. Energetika müqavilələri barədə ümumi müddəalar.
          • ”Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [5] Qanunun tətbiq sahəsi və məqsədi. Elektrik və istilik enerjisi ilə təchizatın subyektləri.    Elektroenergetikada müqavilə münasibətləri. Elektrik və istilik enerjisinin istehlakçılarının hüquqları. Elektrik enerjisinin idxal və ixrac edilməsi.
            • “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [6]  Qanunun tətbiq sahəsi. Qaz fəaliyyəti sahəsində müqavilələr. Qaz nəqli xidmətləri. Qazın paylanması. 
              • Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə [7]

                Ədəbiyyat:

                1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu. 21 dekabr 2010-cu il, № 21-IVKQ (17.02.2011-ci il tarixdə qüvvəyə minmişdir)
                2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, 29 dekabr 2015-ci il
                3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, 1 fevral  1999-cu il
                4. “Energetika haqqında” Azərbaycan Respublikasının Qanunu, 24 noyabr 1998-ci il, № 541-IQ
                5. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu. 3 aprel 1998-ci il, №459-IQ
                6. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu. 30 iyun 1998-ci il, № 513-IQ 
                7. Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə (Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2014-cü il tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmişdir).