Energetika Nazirliyi
Çağrı mərkəzi sektoru, baş məsləhətçi

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun aparıcı məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Dövlət orqanlarında Çağrı mərkəzlərinin fəaliyyətinin təşkili qaydaları üzrə: [1] Çağrı mərkəzi haqqında anlayış. Çağrı Mərkəzinin təşkili. Həlli xüsusi operativlik tələb edən müraciətlər üzrə tədbirlərin görülməsi.  Müraciətin qəbulu və cavablandırılması. Canlı rejimdə xidmətə nəzarətin edilməsi (monitorinq). Çağrı Mərkəzinin əməkdaşlarının fəaliyyətinin monitorinqi. Çağrı Mərkəzinin təmsilçilərinin illik bilik və peşə hazırlığının yoxlanılması və nəticələrinə əsasən həyata keçirilən tədbirlər. Mərkəzdə mütləq tətbiq edilməli göstəricilər və onların hesablanması mexanizmləri. Çağrı Mərkəzinin fəaliyyətini əks etdirən göstəricilər mütləq hədəflər. Çağrı Mərkəzinin fəaliyyəti barədə məlumatların təqdim edilməsi. Çağrı Mərkəzinin infrastrukturu və ona olan tələblər.
    • Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması qaydası: [2] Telefon müraciət xidməti haqqında anlayış. Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması. Telefon müraciət xidməti vasitəsilə qəbul edilən müraciətlər ilə bağlı kargüzarlığın aparılması qaydası.
      • “Energetika  haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [3] Qanunun əhatə dairəsi. Dövlət energetika siyasətinin məqsədləri. Energetika sahəsində dövlətin müstəsna hüquqları. Energetika sahəsində fiziki şəxslərin və qeyri-dövlət hüquqi şəxslərin müstəsna hüquqları.  Energetika sahəsində idarəçilik və nəzarət. Energetika müqavilələri barədə ümumi müddəalar. Kəşfiyyat üzrə müqavilələr. İşlənmə və hasilat üzrə müqavilələr. Baş enerji nəqletmə sistemləri üzrə müqavilələr. Enerjinin paylanması üzrə müqavilələr. Energetika müqaviləsinin dayandırılması və qüvvədən düşməsi
        • ”Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [4]  Qanunun tətbiq sahəsi və məqsədi. Elektrik və istilik enerjisi ilə təchizatın subyektləri.    Elektrik və istilik enerjisi sahəsində idarəetmə və dövlət nəzarəti. Elektroenergetikada müqavilə münasibətləri. Elektrik və istilik enerjisinin istehlakçılarının hüquqları. Elektrik enerjisinin idxal və ixrac edilməsi.
          • “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [5] Qanunun tətbiq sahəsi. Qaz fəaliyyəti sahəsində müqavilələr. Qaz nəqli xidmətləri. Qazın paylanması. Yeraltı qaz anbarları.
            • Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: [6] Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulması. Qaz və elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsi və ya gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının pozulması. Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması.
              • Qazdan istifadə Qaydaları: [7]   Qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması, istismara qəbulu və istismarı. Qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri. Qaz sayğaclarının quraşdırılması və istismarı. Qazın dəyərinin ödəmə şərtləri. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi.
                • Elektrik enerjisindən istifadə Qaydaları: [8]   Elektrik enerji haqqında anlayış. Elektrik qurğularının şəbəkəyə qoşulması üçün texniki şərtlər. Elektrik enerjisinin uçot cihazlarinin quraşdırılması və istismarı. İstehlakçıların məsuliyyəti və onlara elektrik enerjisi verilişinin dayandırılması şərtləri. Enerjitəchizatı müəssisəsinin məsuliyyəti.
                  • İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları: [9]    Texniki şərtlərin hazırlanması və verilməsi. Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması. 
                    • “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı: [11]   Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği. Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə onların istəyinə uyğun olaraq 12 (on iki) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği.

                      Ədəbiyyat:

                      1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili “ QAYDALARI.
                      2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq edilmiş “Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması “ QAYDASI.
                      3. “Energetika  haqqında” Azərbaycan Respublikasının Qanunu, 24 noyabr 1998-ci il № 541-IQ
                      4. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu. 3 aprel 1998-ci il, №459-IQ
                      5. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu. 30 iyun 1998-ci il, № 513-IQ
                      6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
                      7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş  Qazdan istifadə Qaydaları.
                      8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş  Elektrik enerjisindən istifadə Qaydaları
                      9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş  İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları.
                      10.  “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı