Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Nəqliyyat siyasəti şöbəsi, şöbə müdirinin müavini

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Əsas anlayışlar və iş göstəriciləri: [6,7,8,9,14]
    • Nəqliyyat anlayışı. Nəqliyyat məhsulu və onun əsas xassələri. Nəqliyyat sistemi, tərkib hissələri, elementləri və ölkənin inkişafında rolu. Nəqliyyat şəbəkəsi. Nəqliyyat (daşıma) prosesi və onun elementləri. Yük daşımalarının həcmi və yük dövriyyəsi. Sərnişin daşımalarının həcmi və sərnişin dövriyyəsi. Daşımaların maya dəyəri və əmək məhsuldarlığı.
  2. Dəmir yolu nəqliyyatı üzrə: [11,12]
    • Dəmiryol nəqliyyatının vahid nəqliyyat sistemində rolu. Yol təsərrüfatı. Dəmir yollarının süni tikililəri. Dəmiryol nəqliyyatının  əsas texniki-iqtisadi göstəriciləri. Bölmə məntəqələri. Dəmiryol nəqliyyatının elektrik təchizatı. Avtomatika, telemexanika və rabitə sistemləri. Dəmiryol nəqliyyatında maddi-texniki təchizatın təşkili. Dəmiryol nəqliyyatında daşımaların təşkili. Dəmir yolu nəqliyyatının gələcək inkişafı problemləri və onların həlli yolları.
  3. Su nəqliyyatı üzrə: [ 6,7,8,9,17]
    • Dəniz nəqliyyatının infrastrukturu. Dəniz limanları. Dəniz nəqliyyat donanması. Çaylar və kanallar. Gəmilərin hərəkətinin təşkili. Dəniz daşımaları. Dəniz nəqliyyatının iş göstəriciləri. Su (dəniz və çay) nəqliyyatının gələcək inkişafı problemləri və onların həlli yolları.
  4. Avtomobil nəqliyyatı üzrə: [6,7,8,9,10]
    • Avtomobil nəqliyyatının texniki bazası (hərəkət tərkibi, yollar və avtonəqliyyat müəssisələri). Təyinatına və konstruktiv əlamətlərinə görə avtomobillərin təsnifatı. Yük avtomobilləri və onların təsnifatı. Avtomobil nəqliyyatı ilə daşımaların növü. Şəhərlərarası, beynəlxalq və yerli sərnişin daşımalarının təşkili. Avtomobil nəqliyyatının gələcək inkişafı problemləri və onların həlli yolları.
  5. Hava nəqliyyatı üzrə: [6,7,8,9]
    • Hava nəqliyyatının yaranması və inkişafı. Hava limanları. Hava gəmiləri və onların təsnifatı. Aviasiya daşımaları. Hava nəqliyyatının iş göstəriciləri. Hava nəqliyyatının gələcək inkişafı perspektivləri.
  6. Avtomobil yolları üzrə: [1,2,3,4]
    • Nəqliyyat sistemində avtomobil yollarının rolu. Avtomobil yollarının təsnifatı, adlandırılması və qeydiyyatı. Avtomobil yollarının istismarı, layihələndirilməsi və tikintisi. Avtomobil yollarında hərəkət şiddətinin müəyyən edilməsi və tərkibinin öyrənilməsi. Avtomobil yollarının konstruksiyası və süni qurğularının növləri. Avtomobil yolunun planı, uzununa və eninə profilləri üzrə elementləri. Avtomobil yollarının kəsişmələri və birləşmələri. Yolların nəqliyyat-istismar göstəricilərinin qiymətləndirilməsi. Avtomobil yollarının saxlanılması və təmiri işlərinin təsnifatı. Yol hərəkətinin nizamlama vasitələri və təhlükəsizlik tədbirləri.
  7. Qanunvericilik üzrə: [10,13,15,18,20,21,22,23]
    • “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: (Əsas anlayışlar, Avtomobil nəqliyyatı sahəsində dövlət idarəetməsi və tənzimlənməsi, Avtomobil nəqliyyatı ilə daşımaların yerinə yetirilməsi, Avtomobil nəqliyyatının fəaliyyəti sahəsində məsuliyyət).
    • “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: (Ümumi müddəalar, Avtomobil yollarının təsnifatı, Avtomobil yollarından istifadənin əsasları).
    • “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə:  (Ümumi müddəalar, Nəqliyyat sahəsində dövlət tənzimlənməsi və idarəetmə,  Nəqliyyatın fəaliyyətinin əsasları).
    • "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanunu üzrə:  (Ümumi müddəalar, Hava məkanından istifadə, uçuş qaydaları, hava hərəkətinə xidmət, hava limanları, aerodromlar, axtarış və xilasetmə, Hava gəmisinin dövlət qeydiyyatı və dövlət reyestri, milli mənsubiyyəti və hava gəmisinə nişan vurulması, Hava daşımaları ).
    • Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi üzrə: (Ümumi müddəalar, Gəmi, Gəmilərin və onlara olan hüquqların qeydiyyata alınması, Dövlət bayraq və liman nəzarəti).
    • "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununu üzrə: (Ümumi müddəalar, Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə edilməsi,  Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması).
  8. Müxtəlif nəqliyyat növlərinin kompleks inkişafı və qarşılıqlı fəaliyyəti üzrə: [6, 7,8,9]
    • Əsas nəqliyyat növləri arasında yük və sərnişin daşımalarının bölüşdürülməsi. Müxtəlif nəqliyyat növlərinin iqtisadi cəhətdən məqsədəuyğun tətbiq sahələri. Birbaşa daşımalar. Konteyner və bağlama daşımaları. Treyler və kontreyler daşımaları. Kombinəedilmiş və tranzit daşımalar. İntermodal və multimodal daşımalar. Nəqliyyat-ekspedisiya xidməti.
  9. Beynəlxalq nəqliyyat dəhlizləri üzrə: [8,16]
    • Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizləri. Beynəlxalq nəqliyyat dəhlizləri və daşımaların inkişafında rolu. Azərbaycanın Avrasiya nəqliyyat dəhlizində yeri. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri və əsas üstünlükləri. Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi (TRASEKA). Beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycana verdiyi imkanlar.
  10. Nəqliyyat sahəsində qəbul olunmuş dövlət proqramları, konsepsiyalar, strateji yol xəritələri üzrə: [15,19]
    • “2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair dövlət proqramı”, “Aviasia təhlükəsizliyi üzrə dövlət proqramı”, “Azərbaycan 2020: Gələcəyə Baxış” Inkişaf Konsepsiyası, Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi.
  11. Nəqliyyat sahəsində fəaliyyət göstərən dövlət qurumları haqqında ümumi məlumat (Cəmiyyətlər, Agentliklər). [17]
    • Azərbaycan Respublikasının nəqliyyat sahəsində əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar. [17]

      Ədəbiyyat:

      1. Y.M.Piriyev, “Avtomobil yolları”, Bakı, 1999.
      2. М.В.Васильев, С.М.Дубровицкий “Автомобильные дороги”, Москва, 1982.
      3. T.M.Əhmədov, N.M.Qasımov, Y.M.Piriyev, “Nəqliyyat Yollarında Körpülər və Qurğular”, Bakı, 2002.
      4. Y.M.Piriyev, R.M.Əliyev, F.M.Cəfərov, N.M.Qaraisayev, “Avtomobil Yollarının İstismarı”    Bakı, 2003.
      5. Л.Л.Афанасьев, “ЕТС и автомобильные перевозки”, Москва, 1984.
      6. И.Я. Аксенов, “Единая транспортная система”, Москва, 1991.
      7. В.Г. Галабурда, “Единая транспортная система”, Москва, 2001.
      8. Ə.Ə.Cavadov, “Vahid nəqliyyat sistemi”, Bakı, 2010.
      9. Ə.Ə.Cavadov, “Daşımalar və vahid nəqliyyat sistemi”, Bakı, 2004
      10. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu. 1 aprel 2008-ci il, № 556.
      11. H.Ə. Məmmədov, S.M. Bağırov, R.V. Məmmədov, İ.C. Abbasov, N.B. Qəhrəmanov, İ.Ş. Elyazov, T.H.Mövsümov, “Dəmiryol nəqliyyatı – Ümumi kurs”, Bakı, 2002.
      12. İ.C. Abbasov, “Dəmiryol nəqliyyatında daşıma prosesinin idarə edilməsi”, Bakı, 2003.
      13. "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanunu, 11 iyun 1999-cu il № 683-IQ.
      14. А.Э. Горев, “Основы теории транспортных систем”, Москва, 2010.
      15. www.e-qanun.az
      16. www.traceca.org
      17. www.ardda.gov.az
      18. www.mincom.gov.az
      19. www.president.az
      20. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu 22 dekabr 1999-cu il № 778-IQ.
      21. "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanunu,24 iyun 2005-ci il, № 944-IIQ.
      22. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi, 22 iyun 2001-ci il, № 146-IIQ.
      23. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununu, 3 iyul 1998-ci il, № 517-IQ.