Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Nazirliyinin aparatı, Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsi, Mülki aviasiya sektoru, məsləhətçi

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun aparıcı məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Əsas anlayışlar və terminlər: [1-12]
    • Nəqliyyat anlayışı, nəqliyyat sistemi, tərkib hissələri, elementləri və ölkənin inkişafında rolu. Nəqliyyatda dövlət tənzimlənməsi. Aviasiya sahəsində dövlətin vəzifələri. Aviasiya sahəsində fəaliyyətə dair ümumi tələblər. Hava məkanından istifadə və uçuş qaydaları. Hava hərəkətinə xidmət. Hava limanları və aerodromlar. Aviasiyanın növləri.
  2. Mülki aviasiya nəqliyyatı: [1-12]
    • Hava nəqliyyatında dövlət tənzimlənməsi. Hava limanları və aviaşirkətlər, onların növləri. Aviasiya daşımaları və növləri. Uçuşlarının təhlükəsizliyi. Aviasiya təhlükəsizliyi. Hava gəmiləri tərəfindən ətraf mühitin mühafizəsinin təmin edilməsi məsələləri. Mülki aviasiya təyyarələrinin xarakteristikaları, onların əsas parametrləri. Hava gəmilərinin dövlət qeydiyyatına alınması, hava gəmilərinin milli və qeydiyyat nişanları. Hava nəqliyyatı sahəsində beynəlxalq əməkdaşlıq.
  3. Qanunvericilik üzrə: [1-3; 7-12]
    • Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə.
    • "Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan əsas məsələlər.
    • “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan əsas məsələlər. "Beynəlxalq mülki aviasiya haqqında" Konvensiya ilə nəzərdə tutulan əsas məsələlər. “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları” ilə nəzərdə tutulan əsas müddəalar. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən tənzimlənən məsələlər. Azərbaycan Respublikasının hava məkanından istifadə ilə bağlı müvəqqəti, yerli rejimlərin və qısamüddətli məhdudiyyətlərin müəyyən edilməsi qaydası.

Ədəbiyyat:

  1. "Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu. 11 iyun 1999-cu il
  2. "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanunu. 24 iyun 2005-ci il
  3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş" Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə"
  4. Q. Ş. Alməmmədova Beynəlxalq mülki aviasiya sahəsində əməkdaşlığın hüquqi tənzimlənməsi. Elmi məcmuələr. Milli Aviasiya Akademiyası. 2016.- C.18, №1.- S.68-72.
  5. S.Q.Cümşüdov “Nəqliyyatın iqtisadiyyatı, biznesi və menecmenti”, Bakı, 2003
  6. Ə.Ə.Cavadov “Vahid nəqliyyat sistemi”, Bakı, 2010
  7. "Hava və dəniz gəmilərində Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında"Azərbaycan Respublikası Prezidentinin 8 fevral 1992-ci il tarixli 564 nömrəli Fərmanı
  8. "Mülki hava Gəmilərinin Dövlət Qeydiyyatı və Uçuşa Yararlığı Haqqında Vəsiqənin Verilməsi Qaydaları", Azərbaycan Respublikası“ Azərbaycan Hava Yolları” Dövlət Konserninin 07 iyul 2000-ci il tarixli 71 №-li əmri ilə təsdiq edilmişdir (Ədliyyə Nazirliyində 20. 07. 2000-ci il № 71 qeyd №-si 1832)
  9. "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 dekabr 2000-ci il tarixli 220 №-li qərarı ilə təsdiq edilmişdir
  10. "Hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsi", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar 2002-ci il tarixli 9 №-li qərarı ilə təsdiq edilmişdir
  11. http://www.caa.gov.az/
  12. www.e.qanun.az