Energetika Nazirliyi
Daxili nəzarət şöbəsi, İnzibati-təşkilati nəzarət sektoru, aparıcı məsləhətçi

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Hüquq anlayışı və əlamətləri: [1-6] Hüququn anlayışı və əlamətləri. Hüququn digər sosial normalardan fərqi. Əsas hüquq sistemləri
    • Hüquq mənbələri: [1-6] Hüquq mənbələrinin anlayışı və təsnifatı. Hüquqi adət. Məhkəmə presedenti. Normativ hüquqi akt. Hüquqi doktrina. Müqavilə
      • Hüquq prinsipləri: [1-6] Hüquq prinsiplərinin anlayışı, əhəmiyyəti, təsnifatı
        • Hüquq normalarının anlayışı və onların tətbiqi prosesləri: [1-6] Hüquq normalarının anlayışı, əlamətləri, növləri. Hüquq normalarının məntiqi quruluşu. Hüquqi və qeyri-hüquqi normaların fərqi. Hüququn realizəsi və onun formaları. Hüququn tətbiqi anlayışı və onun mərhələləri. Hüquqtətbiqetmə aktları. Hüquq normalarının təfsirinin anlayışı və növləri (rəsmi və qeyri-rəsmi təfsir)
          • Hüquq münasibətləri: [1-6] Hüquq münasibətlərinin anlayışı və onun növləri. Hüquq münasibətlərinin subyektləri, obyekti və məzmunu. Hüquqi faktlar.
            • Hüquq sistemi: [1-6] Hüquq sisteminin anlayışı və strukturu. Hüquq sahəsinin, hüquq institutlarının anlayışı, təsnifatı. Hüququn sahələrə bölünməsinin meyarları. Hüquqi tənzimləmənin predmeti və metodu. Milli və beynəlxalq hüquq.
              • Hüquq məsuliyyəti: [1-6] Hüquq pozuntusunun anlayışı və əlamətləri. Hüquqpozmanın tərkibi. Hüquq məsuliyyətinin anlayışı, əlamətləri, növləri. Hüquq məsuliyyətinə cəlb edilmənin və hüquq məsuliyyətindən azad edilmənin əsasları 
                • “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu üzrə: [7] Qanunun məqsədi. Normativ hüquqi aktın anlayışı. Normativ hüquqi aktların qüvvəsi. Qeyri-normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi. Normativ xarakterli aktlar və onların hüquqi qüvvəsi. Normayaratma fəaliyyətinin əsas prinsipləri. Normayaratma orqanlarının fəaliyyətində aşkarlığın təmin edilməsi vasitələri. Normativ hüquqi aktların kolliziyası və onun həlli yolları və kolliziyanın aradan qaldırılması üsulları. Qanunvericilikdə boşluqlar. Normativ hüquqi aktların növləri. Beynəlxalq müqavilələrlə normativ hüquqi aktların qarşılıqlı nisbəti. Normativ hüquqi aktın tərtib edilməsi üslubu və rekvizitləri. Normativ hüquqi aktın struktur elementləri. Normayaratma prosesi və onun mərhələləri. Normativ hüquqi aktın layihələrinin hazırlanması qaydası. Normativ hüquqi aktın layihələrinin razılaşdırılması. Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi. Normativ hüquqi aktın layihəsinin məcburi hüquqi ekspertizası. Normativ hüquqi aktların layihələrinə dair ümumi tələblər. Normativ hüquqi aktlarda sui-istifadə amilləri və onların növləri. Normativ hüquqi aktların layihələrinə baxılması və onların qəbul edilməsi qaydası. Hüquqi aktların Dövlət Reyestrinə daxil edilməsi qaydası. Normativ hüquqi aktların rəsmi dərc edilməsi və qüvvəyə minməsi. Normativ hüquqi aktların zamana, məkana və şəxslərə görə qüvvəsi. 
                  • Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi üzrə: [9] Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi və inzibati məsuliyyətin əsasları. İnzibati xətalar qanunvericiliyinin prinsipləri. İnzibati xəta anlayışı. İnzibati məsuliyyəti istisna edən hallar. İnzibati tənbeh növləri. İnzibati tənbeh tətbiq etmənin ümumi qaydaları. Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar. İnzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb və əsaslar. İnzibati xəta haqqında protokol və onun tərtib edilməsi müddətləri. İnzibati xətalar haqqında işlərə baxılması qaydası. İnzibati xəta haqqında iş üzrə qərarın məzmunu. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və protest verilməsi qaydası. İnzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslər. İnzibati xətalar haqqında işlərin aidiyyəti. İnzibati cərimə tətbiq edilməsi haqqında qərarın məcburi icraya yönəldilməsi.
                    • Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi üzrə: [8] Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi. İnzibati mübahisələrin məhkəmə aidiyyəti. İnzibati məhkəmə icraatının prinsipləri. Etirazlar. Məhkəmə aktlarını və sənədlərini təqdimetmə. Prosessual müddətlər. Proses iştirakçıları. İddianın növləri. Məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri. Birinci instansiya məhkəməsində icraat. Məhkəmə qərarları. Apellyasiya instansiyası məhkəməsində şikayət üzrə icraat. Kassasiya instansiyası məhkəməsində şikayət üzrə icraat. Yeni açılmış hallar üzrə icraat. Məhkəmə qərarların icrası.
                      • “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [10] Qnunun tətbiq dairəsi. Aidiyyət. Ümumi, prosedur prinsiplər və təminatlar. İnzibati icraat. Kollegial inzibati orqanda inzibati icraat. İnzibati aktlar. İnzibati şikayətlər üzrə icraat. İnzibati aktların icra edilməsi. 
                        • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə: [11] Azərbaycan  Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri. Əmək müqaviləsinin bağlanması əsasları və qaydası. Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları. Məzuniyyət hüququ və onun təmin edilməsi. Əmək məzuniyyətlərinin müddətləri. Yaradıcılıq və təhsil məzuniyyətləri. Sosial məzuniyyətlər. Ödənişsiz məzuniyyətlər.
                          • “Energetika  haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [12] Qanunun əhatə dairəsi. Dövlət energetika siyasətinin məqsədləri. Energetika sahəsində dövlətin müstəsna hüquqları. Energetika sahəsində fiziki şəxslərin və qeyri-dövlət hüquqi şəxslərin müstəsna hüquqları.  Energetika sahəsində idarəçilik və nəzarət. Energetika müqavilələri barədə ümumi müddəalar. Kəşfiyyat üzrə müqavilələr. İşlənmə və hasilat üzrə müqavilələr. Baş enerji nəqletmə sistemləri üzrə müqavilələr. Enerjinin paylanması üzrə müqavilələr. Energetika müqaviləsinin dayandırılması və qüvvədən düşməsi.
                            • ”Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [13] Qanunun tətbiq sahəsi və məqsədi. Elektrik və istilik enerjisi ilə təchizatın subyektləri.    Elektrik və istilik enerjisi sahəsində idarəetmə və dövlət nəzarəti. Elektroenergetikada müqavilə münasibətləri. Elektrik və istilik enerjisinin istehlakçılarının hüquqları. Elektrik enerjisinin idxal və ixrac edilməsi.
                              • “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [14] Qanunun tətbiq sahəsi. Qaz fəaliyyəti sahəsində müqavilələr. Qaz nəqli xidmətləri. Qazın paylanması. Yeraltı qaz anbarları.

                                Ədəbiyyat:

                                1. Əsgərov Z.A., Nəsirov E.H., İsmayılov M.İ. Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları. B., 2005
                                2. Məmmədov İ. Dövlət və hüquq nəzəriyyəsi (2 cilddə). B., 2005
                                3. Теория государства и права. Курс лекций. Под ред. Н.И. Матузова, А.В.Малько. – 2-е изд., перераб. и доп. М., 2005
                                4. Xropanyuk V.N.  Теория государства и права. M; 1996
                                5. Xropanyuk V.N. Dövlət və hüquq nəzəriyyəsi (Azərbaycan dilinə tərcümə). B., 1993
                                6. Марченко М.Н. Теория государства и права: Учебник.-2-е изд., перераб. и доп. – М.: ТК Велби, Изд-во Просрект, 2005
                                7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu. 21 dekabr 2010-cu il, № 21-IVKQ (17.02.2011-ci il tarixdə qüvvəyə minmişdir)
                                8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi, 30 iyun 2009-cu il 
                                9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, 29 dekabr 2015-ci il
                                10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu, 21 oktyabr 2005-ci il
                                11. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, 1 fevral  1999-cu il
                                12. “Energetika haqqında” Azərbaycan Respublikasının Qanunu, 24 noyabr 1998-ci il, № 541-IQ
                                13. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu. 3 aprel 1998-ci il, №459-IQ
                                14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu. 30 iyun 1998-ci il, № 513-IQ