Kənd Təsərrüfatı Nazirliyi
Dövlət Aqrar İnkişaf Mərkəzləri, Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzi, Maliyyə-təsərrüfat sektoru, baş məsləhətçi - iqtisadiyyat məsələləri üzrə

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Kənd təsərrüfatı sahəsində  “Elektron kənd təsərrüfatı” yaradılmasının  məqsədi  və hüquqi əsasları. “Elektron kənd təsərrüfatı”nın yaradılması istiqamətləri və bu sahədə  texniki yardımlar. “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) tərkib hissələri. “Elektron kənd təsərrüfatı” informasiya sistemi fəaliyyət prinsipləri. EKTİS-nin strukturu, qeydiyyata alınan məlumatlar və onların məzmunu [1,2]
    • Torpaq Məcəlləsinin məqsədi. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi. Torpaq  üzərində mülkiyyət  növləri. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu işlərinin təşkili və aparılması qaydaları. Torpaq sahələrinin və onların üzərində hüquqların dövlət qeydiyyatının ümumi qaydaları. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifələri və hüquqları. Torpaq sahəsinin dövriyyəsi anlayışı və qaydaları [3]
      • Torpaqların dövlət ehtiyacları üçün alınmasının hüquqi tənzimlənməsi. Torpaqların dövlət ehtiyacları üçün satınalma qiymətinin hesablanması [4]
        • Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsinin və aparılmasının prinsipləri. Daşınmaz əmlakın vahid dövlət kadastrının strukturu. Daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması mərhələləri. Formalaşdırılan obyekt üçün kadastr planının tərtibi [5]
          • Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınması [6]
            • Meliorasiya və irriqasiya tədbirlərinin aparılması qaydaları [7]
              • Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin və ziyanının miqdarının müəyyən edilməsi və ödənilməsi; Torpaq sahələrinin geri alınması və dövlət və ictimai ehtiyaclar üçün ayrılması barədə vəsatətlərin qaldırılması və onlara baxılması; Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi [8]
                • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları və fəaliyyətinin təşkili [9]

                  Ədəbiyyat:

                  1. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı və “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
                  2. “Elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
                  3. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
                  4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu.
                  5. “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”
                  6. “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
                  7. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
                  8. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.
                  9.  “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin Əsasnaməsi”