İqtisadiyyat Nazirliyi
Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsi, Lisenziyalaşdırma sektoru, baş məsləhətçi

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu (1) üzrə:
    • Sahibkarlıq fəaliyyəti, sahibkarlıq haqqında qanunvericilik, sahibkarlıq subyektləri, sahibkarların hüquqları, vəzifələri və əmlak məsuliyyəti, sahibkarlığa dövlət köməyi, sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı, lisenziya tələb olunan sahibkarlıq fəaliyyəti, sahibkarların hüquq və qanuni mənafelərinin dövlət tərəfindən müdafiəsi, sahibkarlıq fəaliyyətinə dövlət nəzarəti, sahibkarlıq fəaliyyətinin dayandırılması, sahibkarlıq fəaliyyətinə xitam verilməsi;
  2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu (3) və “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı (4) üzrə:
    • “Lisenziya” və “icazə” anlayışları, lisenziya, ümumi lisenziya və xüsusi lisenziya, fəaliyyət növünün obyektə bağlılığı, lisenziyanın və icazənin əlavəsi, lisenziyanın və icazənin verilmə və qüvvədə olma müddətləri, lisenziyanın və icazənin “bir pəncərə” prinsipi əsasında verilməsi, lisenziyanın və icazənin verilməsinə, yenidən rəsmiləşdirilməsinə, dayandırılmasına, bərpasına və ya ləğvinə susmaqla razılıq, qüvvədə olan lisenziyanın müddətsiz lisenziya ilə əvəz olunması, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi, dublikatının verilməsi, dayandırılması, bərpası və ləğvi, İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalar və icazələr;
  3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 sentyabr tarixli 347 nömrəli Qərarı ilə təsdiq edilmiş “Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası” (7) üzrə:
    • lisenziyaların və icazələrin vahid reyestri, həmin reyestrin aparılması prinsipləri, reyestrin strukturu və reyestrə daxil edilən məlumatlar, reyestrin aparılması;
  4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 avqust tarixli 295 nömrəli Qərarı ilə təsdiq edilmiş “Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Qaydası” (6) üzrə:
    • Lisenziya blanklarının hazırlanmasına sifarişin verilməsi, onların bölgüsü və lisenziya əlavələrinin tərtib edilməsi, lisenziya blanklarından istifadənin uçotunun və hesabatının aparılması;
  5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə” (5) üzrə:
    • “Lisenziyalar və icazələr” portalı, həmin portalın funksiyaları, əsas prinsipləri, infrastrukturu, lisenziyanın və icazənin portal vasitəsilə verilməsi prosesi, portalın operatorunun və iştirakçılarının funksiyaları, istifadəçilərinin hüquqları;
  6. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu (2) üzrə:
    • Əsas anlayışlar, elektron imza və elektron sənədin istifadə sahələri, elektron imzanın istifadəsi, elektron imzanın dövlət idarəçiliyi sahəsində istifadəsi.

Ədəbiyyat:

  1. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, 1992-ci il 15 dekabr tarixli 405 nömrəli;
  2. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu, 2004-cü il 9 mart tarixli 602-IIQ nömrəli;
  3. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu, 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli;
  4. “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı;
  5. “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanı;
  6. “Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Qaydası”nın və lisenziya, ümumi lisenziya, xüsusi lisenziya blanklarının və əlavələrinin formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 avqust tarixli 295 nömrəli Qərarı;
  7. “Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 sentyabr tarixli 347 nömrəli Qərarı.