Dövlət Turizm Agentliyi
Sənədlərlə iş və təminat şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun aparıcı məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Sənədlərlə işin təşkili: [1]     
    • sənədlərin hazırlanması və rəsmiləşdirilməsi
    • çap üsulu ilə hazırlanan sənədlərə olan tələblər
    • sərəncam mahiyyətli sənədlərin hazırlanması və tərtib edilməsi
    • protokol, arayış, məlumat vərəqələri, akt, məktub, teleqram və s. hazırlanması və tərtib edilməsi
    • sənədlərin qeydiyyatı və dövriyyəsinin təşkili
    • sənədlərin icrasına nəzarətin aparılması
  2. Vətəndaşların müraciətlərinə baxılması qaydası: [2;3;4;6]
    • vətəndaşların qəbulu
    • vətəndaşların təklif, ərizə, və şikayətləri üzrə kargüzarlığın aparılması
  3. İşlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə  hazırlanması və cari arxivdən istifadə [1;7;8]
    • Elektron sənəd dövriyyəsi üzrə: [1;5]
      • sistem təşkilatçısının əsas funksiyaları
      • sistem operatorunun əsas funksiyaları
      • sistem iştirakçılarının əsas funksiyaları

    Ədəbiyyat:

    1. Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat.Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 27 sentyabr 2003-cü il, № 935.
    2. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu. 30 sentyabr 2015-ci il, № 1308-IVQ.
    3. Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası.Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 23 iyun 2016-cı il, № 950.
    4. Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası.Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 23 iyun 2016-cı il, № 951.
    5. İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında ƏsasnaməAzərbaycan Respublikası Prezidentinin Fərmanı. 04 sentyabr 2012-ci il, № 692.
    6. Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası.Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. 1 sentyabr 2016-cı il, № 339.
    7. Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı və onun tətbiq olunmasına dair göstəriş.Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, 2016.
    8. Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat.Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, 2017.