Kənd Təsərrüfatı Nazirliyi
Heyvandarlığın təşkili və monitorinqi şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun aparıcı məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Azərbaycan Respublikasında baytarlıq fəaliyyətinin hüquqi və təşkilati əsasları, ölkənin baytarlıq (baytarlıq-sanitariya) sağlamlığı, dövlət baytarlıq nəzarətində olan yüklərin təhlükəsizliyi, əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsini təmin edən subyektlər arasında münasibətlər [1]
    • Heyvanlar aləminin mühafizəsi və istifadəsinin hüquqi əsasları [2]
      • Heyvandarlıqda damazlıq işinin təşkili və idarə edilməsinin hüquqi və iqtisadi əsasları [3]
        • Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili qaydaları [4]
          • Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri [5]
            • Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınması [6]
              • “Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi və onların damazlıq təsərrüfat növünün müəyyən edilməsi qaydaları [8][7]
                • Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi qaydası [9]
                  • Ev heyvanlarinin saxlanmasi prinsipləri. Sahibsiz heyvanlar üçün əlavə tədbirlər [10]
                    • Fiziki və hüquqi şəxslərə qeyri-sərbəst və yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanlar, habelə onların saxlanılması, mühafizəsi və istifadəsinə dair tələblər [11]
                      • Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydası [12]
                        • Atçılığın dövlət tənzimlənməsi, atçılıqla məşğul olan subyektlər, atçılıqda damazlıq işi, atçılıq biznesinin təşkili [13]
                          • Arıçılıq sahəsində dövlət tənzimlənməsi, arıçılığın təşkili, arıçılıq məhsullarının dövriyyəsi, bal arılarının mühafizəsi [14]
                            • “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə Sosial-İqtisadi inkişafı Dövlət Proqramı”nda heyvandarlığın daha da inkişaf etdirilməsi ilə bağlı tədbirlər [15]

                              Ədəbiyyat:

                              1.  “Baytarlıq haqqında” Azərbaycan Respublikasının 2005-ci il 31 may tarixli 922-IIQ nömrəli Qanunu.
                              2. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının 1999-cu il 4 iyun tarixli 675-IQ nömrəli Qanunu.
                              3. “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanunu.
                              4. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı. 
                              5. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
                              6. “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 22 may tarixli 222 nömrəli Sərəncamı.
                              7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 26 aprel 2012-ci il tarixli 03Q nömrəli qərarı ilə təsdiq edilmiş “Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi və onların damazlıq təsərrüfat növünün müəyyən edilməsi Qaydaları”.
                              8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmiş “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”.
                              9.  “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli 354-IIIQ nömrəli Qanunu.
                              10. “Fiziki və hüquqi şəxslərə qeyri-sərbəst və yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanların Siyahısı, habelə onların saxlanılmasına, mühafizəsinə və istifadəsinə dair Tələblər”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 may tarixli 86 nömrəli qərarı.
                              11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”.
                              12. “Atçılıq haqqında” Azərbaycan Respublikasının 2007-ci il 27 fevral tarixli 255-IIIQ nömrəli  Qanunu.
                              13. “Arıçılıq haqqında” Azərbaycan Respublikasının 2009-cu il 2 fevral tarixli 765-IIIQ nömrəli  Qanunu.
                              14. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”.
                              15.  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (Maddə 283-284)