Kənd Təsərrüfatı Nazirliyi
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Nəzarət və qiymətləndirmə şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun aparıcı məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi üzrə: Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi və inzibati məsuliyyətin əsasları; inzibati xətalar qanunvericiliyinin prinsipləri; inzibati xəta anlayışı və inzibati məsuliyyət; inzibati məsuliyyəti istisna edən hallar;  inzibati tənbeh növləri;  inzibati tənbeh tətbiq etmənin ümumi qaydaları; ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar; damazlıq, baytarlıq-sanitariya qaydaları əleyhinə olan inzibati xətalar; inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb və əsaslar; inzibati xəta haqqında protokol və onun tərtib edilməsi müddətləri; inzibati xətalar haqqında işlərə baxılması qaydası; inzibati xəta haqqında iş üzrə qərarın məzmunu; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları; inzibati xəta haqqında iş üzrə qərardan şikayət və protest verilməsi qaydası; inzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi; inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslər. [1]
    • “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə:  Qanunun tətbiq dairəsi; aidiyyət; ümumi, prosedur prinsiplər və təminatlar; inzibati icraat; kollegial inzibati orqanda inzibati icraat; inzibati aktlar; inzibati şikayətlər üzrə icraat; inzibati aktların icra edilməsi. [2]
      • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə: əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar; vəzifələri və prinsipləri; əmək müqaviləsinin bağlanması əsasları və qaydası; əmək müqaviləsinə xitam verilməsi əsasları və qaydaları; əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları; əmək mübahisələri; əmək normaları, əməyin ödənilməsi normaları,qaydaları və təminatları; əmək və icra intizamı; işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti; əməyin mühafizəsi normaları və qaydaları; bu Məcəllənin tələblərinə əməl olunmasına nəzarət; əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət. [3]
        • Dövlət qulluğu üzrə: intizam tənbehi tədbiri, onun növləri və verilməsi qaydası; dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları. [4] 
          • Daxili audit üzrə: ümumi müddəalar, əsas anlayışlar, qanunun tətbiq dairəsi. [5]
            • Cinayət məcəlləsi üzrə: korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər; vəzifə səlahiyyətlərindən sui-istifadə; dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə; satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə; vəzifə səlahiyyətlərini aşma; vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə; rüşvət alma (passiv rüşvətxorluq), rüşvət vermə (aktiv rüşvətxorluq); vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri); vəzifə saxtakarlığı; səhlənkarlıq. [6]

              Ədəbiyyat:

              1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, 29 dekabr 2015-ci il (maddə 1-18, 21-31, 40, 99-101, 112-114, 128-9, 244-1-245, 285, 287-289)
              2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu, 21 oktyabr 2005-ci il
              3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, 1 fevral 1999-cu il  (maddə 9-12; 42-49; 68-78; 103-138;  186-190)
              4. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 21 iyul 2000-ci il tarixli,  926-IQ nömrəli Qanunu
              5. “Daxili audit haqqında” Azərbaycan Respublikasının 22 may 2007-ci il tarixli 332-IIIQ nömrəli Qanunu (maddə 1-2)
              6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 308-314)