Gəncə İnzibati Məhkəməsi
Gəncə İnzibati Məhkəməsi, məhkəmə iclasının katibi

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun baş məsləhətçisi
Könül Səlimova
Əlaqə vasitələri:
Email: k.salimova@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1745,1742


  1. Hüquq anlayışı: [1-6]
    • Hüququn anlayışı, mahiyyəti, ona təsir edən amillər (sosial, iqtisadi, mənəvi, dini, siyasi və s.). Hüquq haqqında əsas nəzəriyyələr. Hüququn funksiyaları. Əsas hüquq sistemləri
  2. Hüquq mənbələri: [1-6]
    • Hüquq mənbələrinin anlayışı və təsnifatı. Hüquqi adət. Məhkəmə presedenti. Normativ-hüquqi akt. Hüquqi doktrina. Müqavilə
  3. Hüquq prinsipləri: [1-6]
    • Hüquq prinsiplərinin anlayışı, əhəmiyyəti, təsnifatı
  4. Hüquq normalarının anlayışı və onların tətbiqi prosesləri: [1-6]
    • Hüquq normalarının anlayışı, əlamətləri, növləri. Hüquq normalarının məntiqi quruluşu. Hüquqi və qeyri-hüquqi normaların fərqi. Hüququn realizəsi və onun formaları. Hüququn tətbiqi anlayışı və onun mərhələləri. Hüquqtətbiqetmə aktları. Hüquq normalarının təfsirinin anlayışı və növləri (rəsmi və qeyri- rəsmi təfsir)
  5. Hüquq sistemi: [1-6]
    • Hüquq sisteminin anlayışı və strukturu. Hüquq sahəsinin, institutlarının anlayışı, təsnifatı. Hüququn sahələrə bölünməsinin meyarları. Hüquqi tənzimləmənin predmeti və metodu. Milli və beynəlxalq hüquq. 
  6. Hüquq məsuliyyəti: [1-6]
    • Hüquq pozuntusunun anlayışı və əlamətləri. Hüquqpozmanın tərkibi. Hüquq məsuliyyətinin anlayışı, əlamətləri, növləri. Hüquq məsuliyyətinə cəlb edilmənin və hüquq məsuliyyətindən azad edilmənin əsasları. 
  7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu [7]
    • “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [8]
      • Məhkəmələr. Hakimlərin statusu. Hakimlərin səlahiyyətləri. Hakimlərin müstəqilliyi. Keçid müddəaları
    • Azərbaycan Respublikasının Mülki Məcəlləsi üzrə: [9]
      • Mülki hüquq sahəsində qanunvericilik. Mülki hüquq və vəzifələr, onların müdafiəsi. Şəxslər. Əmlak və əşya hüququ. Əqdlər. Müddətlər
    • Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi üzrə: [10]
      • Əsas qaydalar. Məhkəmənin tərkibi. Etirazlar. Aiddiyyat. Məhkəmə aidiyyatı. İşdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları. Məhkəmədə nümayəndəlik. Sübutlar. Məhkəmə xərcləri. Məhkəmə cərimələri. Prosessual müddətlər. Məhkəmə rəsmi sənədlərinin göndərilməsi, bildirişlər və çağırışlar. İddia icraatı
    • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə: [11]
      • Əsas müddəalar. Əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində ümumi hüquqi təminatlar. Əmək müqaviləsinin bağlanması əsasları və qaydası. Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları. Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları. İş vaxtının növləri və tənzimlənməsi qaydaları. İstirahət vaxtı. Məzuniyyət hüququ və onun təmin edilməsi
    • Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi üzrə: [12]
      • Ümumi müddəalar.İnzibati məhkəmə icraatının prinsipləri. Etirazlar. Məhkəmə aktlarını və sənədlərini təqdimetmə. Prosessual müddətlər.Proses iştirakçıları.iddianın növləri. Məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri. Birinci instansiya məhkəməsində icraat. Məhkəmə qərarları. Yeni açılmış hallar üzrə icraat. Prosessual xərclər. Məhkəmə qərarlarının icrası
    • "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu üzrə: [13]
      • Ümumi müddəalar. Ümumi prinsiplər. Prosedur prinsiplər və təminatlar. İnzibati icraat,.İnzibati aktlar. İnzibati şikayətlər üzrə icraat
    • "Icra haqqında" Azərbaycan Respublikasının Qanunu üzrə: [14]
      • Ümumi müddəalar. İcraatda iştirak edən şəxslər. Məcburi icra tədbirləri və onların tətbiqinin əsasları. Tələbin borclunun əmlakına yönəldilməsi. Tələbin borclu hüquqi şəxsin əmlakına yönəldilməsinin xüsusiyyətləri. Tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi. Digər mübahisələr üzrə icra sənədlərinin icrası. Borcludan tutulmuş pul mәblәğinin tələbkarlar arasında bölüşdürülməsi. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər barəsində icra hərəkətlərinin həyata keçirilməsi. İcra ödənişi. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər. Məhkəmə və digər orqanların qərarlarının icrası haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət. İcra sənədləri üzrə icraat zamanı tələbkarın, borclunun və digər şəxslərin hüquqlarının müdafiəsi
    • "Inzibati orqanların Təsnifatının" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı [15]

      Ədəbiyyat:

      1. Əsgərov Z.A., Nəsirov E.H., İsmayılov M.İ., Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları, Bakı, 2005
      2. Məmmədov İ., Dövlət və hüquq nəzəriyyəsi (2 cilddə), Bakı, 2005 
      3. Xropanyuk V.N., Dövlət və hüquq nəzəriyyəsi (Azərbaycan dilinə tərcümə), Bakı, 1993 
      4. Həsənov E.M., Azərbaycanın dövlət və hüququnun əsasları, Azərnəşr, Bakı, 2009 
      5. Марченко М.Н., Теория государства и права: Учебник.-2-е изд., перераб. и доп. – М.: ТК Велби, Изд-во Просрект, 2005
      6. Теория государства и права. Курс лекций. Под ред. Н.И. Матузова, А.В.Малько. – 2-е изд., перераб. и доп. М., 2005 
      7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu. 21 dekabr 2010-cu il, № 21-IVKQ
      8. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu
      9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
      10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
      11. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
      12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında 30 iyun 2009-cu il tarixli Qanunu 
      13. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu 21 oktyabr 2005-ci il 
      14. "Icra haqqında" Azərbaycan Respublikasının Qanunu 27 dekabr 2001-ci il 
      15. "Inzibati orqanların Təsnifatının" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı.