Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Meşələrin İnkişafı Xidməti, Maliyyə və iqtisadiyyat sektoru, sektor müdiri - baş mühasib

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun baş məsləhətçisi
Könül Səlimova
Əlaqə vasitələri:
Email: k.salimova@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1745,1742


  1. Dövlət büdcəsinin tərtibi və icrası qaydaları [1, 5]
    • Vahid büdcə təsnifatı [8]
      • Büdcədənkənar vəsaitlərin formalaşdırılması qaydaları [6]
        • Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə məqsədli büdcə fondları və büdcədənkənar vəsaitlərin formalaşdırılması və istifadə edilməsi qaydaları [11, 12, 13, 14, 15]
          • Əməyin ödənişi dərəcələrinin müəyyən edilməsi [7]
            • Büdcədən maliyyələşən təşkilatlarda əməyin ödənişi dərəcələrinə tətbiq edilən əlavələr [4, 10]
              • Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları [4]
                • Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərclərinin hesablanması qaydası [9]
                  • Dövlət qulluğunda çalışan işçilərin əmək haqqlarının tənzimlənməsi qaydaları və  tətbiq edilən əlavələr [2, 3]
                    • Dövlət satınalmalarının təşkili mərhələləri və satınalma prosedurlarının həyata keçirilməsi (tender, təkliflər sorğusu, kotirovkalar sorğusu) ları və büdcədənkənar vəsaitlərin formalaşdırılması və istifadə edilməsi qaydaları [16, 17]
                      • Əsas fondların xarakterik xüsusiyyətləri, ilkin, qalıq və xalis balans dəyəri, Xüsusi əhəmiyyətli əsas fondların meyyar göstəriciləri [18, 19]
                        • Maşın, avadanlıq, hesablama texnikası və qeyri-maddi aktivlərə illik amortizasiyanın hesablanması metodları və qaydası [18]
                          • Mühasibat uçotunun əsas anlayışları [20]
                            • Alınmış malın iş və xidmətlərin dəyərinin ödənilməsi üçün kassa xərclərini həyata keçirilməsinə əsas verən sənədlər [20]
                              • İşçilərin ezamiyyə qaydaları [21]
                                • Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları [22]

                                  Ədəbiyyat:

                                  1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 2 iyul tarixli 358-IIQ nömrəli Qanunu
                                  2. “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı
                                  3. “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı
                                  4. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
                                  5. “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı
                                  6. "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı
                                  7. Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası
                                  8. "Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetininn Qərarı, 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli 
                                  9. “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı
                                  10. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli Qərarı
                                  11. “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələrinin və qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 1999-cu il tarixli 115 nömrəli Qərarı
                                  12. "Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarı 
                                  13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tariхli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası”
                                  14. “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr" və "Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin istifadəsinə dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli Qərarı
                                  15. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-IQ  nömrəli Qanunu
                                  16. "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu. 27 dekabr 2001-ci il, №245-İİQ
                                  17. “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat” Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin 25.06.2003-cü il tarixli, 12 №-li Əmri
                                  18. “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 24.12.2012-ci il Q-12 nömrəli Qərarı
                                  19. "Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri haqqında" Azərbycan Respublikası Nazirlər Kabinetinin 20.04.2005-ci il tarixli 73 nömrəli Qərarı
                                  20. “Mühasibat Uçotu haqqında" Azərbaycan Respublikasının 29 iyun 2004- cü il tarixli 716-IIQ nömrəli Qanunu
                                  21. “İşçilərin Ezamiyyə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı
                                  22. “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 10 fevral 2014-cü il tarixli 021-Q nömrəli Qərarı