Hesablama Palatası
Ümumdövlət xidmətlərinin auditi şöbəsi, Dövlət borcunun auditi sektoru, məsləhətçi

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun baş məsləhətçisi
Könül Səlimova
Əlaqə vasitələri:
Email: k.salimova@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1745,1742


  1. Azərbaycan Respublikasında büdcə sisteminin təşkilinin, büdcələrin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi əsasları, habelə dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondlarının, yerli büdcələrin qarşılıqlı əlaqələrinin əsas prinsipləri [1]
    • Dövlət borcu və ona xidmət göstərilməsi, dövlət borcalmalarının həyata keçirilməsi və dövlət zəmanətlərinin verilməsinin, habelə dövlət borcunun idarə olunmasında iştirak edən subyektlər arasındakı münasibətlərin tənzimlənməsi [1, 2]
      • “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı” [3]
        • Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları [4]
          • Azərbaycan Respublikası büdcə gəlirlərinin və xərclərinin funksional, iqtisadi və inzibati vahid büdcə təsnifatı [5]
            • Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərinin əsas borcalanlar tərəfindən yerinə yetirilməsi mümkün olmadığı təqdirdə, zəmanətçinin (Azərbaycan Respublikasının) dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsi üçün dövlət büdcəsinin tərkibində yaradılan Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi mexanizmləri [6]
              • Dövlət borcunun və dövlət zəmanətinin reyestrinin tərtib edilməsi və aparılması [7]
                • Azərbaycan Respublikasının Mülki Məcəlləsi üzrə: [8]
                  • Azərbaycan Respublikasında qiymətli kağızların növləri, məcburi rekvizitləri, onlara aid tələblər, qiymətli kağızlar və qiymətli kağız bazarı ilə bağlı münasibətlər (54-cü fəsil)
                  • Bank əmanəti, bank hesabı və mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar (51, 52 və 53-cü fəsillər)
                • Dövlət satınalmalarının həyata keçirilməsi [9]
                  • “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu üzrə:
                    • Bu Konstitusiya Qanununda istifadə olunan əsas anlayışlar (maddə 1), Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi (maddə 2),  Qeyri-normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi (maddə 3),  Normativ xarakterli aktlar və onların hüquqi qüvvəsi (maddə 4), Normativ hüquqi aktların növləri (maddə 17-20), Normativ hüquqi aktların rekvizitləri (maddə 28)

                  Ədəbiyyat:

                  1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 2 iyul tarixli 358-IIQ nömrəli Qanunu
                  2. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli 334-IIIQ nömrəli Qanunu
                  3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”
                  4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”
                  5. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı
                  6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”
                  7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət borcunun və dövlət zəmanətinin reyestrinin aparılması” Qaydaları
                  8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 
                  9. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2001-ci il 27 dekabr tarixli 245-IIQ nömrəli Qanunu
                  10. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu 2010-cu il 21 dekabr tarixli  21-IVKQ nömrəli Konstitusiya Qanunu