Sumqayıt Ağır Cinayətlər Məhkəməsi
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi, məsləhətçi - tərcüməçi

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun baş məsləhətçisi
Könül Səlimova
Əlaqə vasitələri:
Email: k.salimova@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1745,1742


  1. Hüquq anlayışı [1-6]
    • Hüququn anlayışı, mahiyyəti, ona təsir edən amillər (sosial, iqtisadi, mənəvi, dini, siyasi və s.). Hüquq haqqında əsas nəzəriyyələr. Hüququn funksiyaları. Əsas hüquq sistemləri.
  2. Hüquq mənbələri: [1-6]
    • Hüquq mənbələrinin anlayışı və təsnifatı. Hüquqi adət. Məhkəmə presedenti. Normativ-hüquqi akt. Hüquqi doktrina. Müqavilə.
  3. Hüquq prinsipləri: [1-6]
    • Hüquq prinsiplərinin anlayışı, əhəmiyyəti, təsnifatı.
  4. Hüquq normalarının anlayışı və onların tətbiqi prosesləri: [1-6]
    • Hüquq normalarının anlayışı, əlamətləri, növləri. Hüquq normalarının məntiqi quruluşu. Hüquqi və qeyri-hüquqi normaların fərqi. Hüququn realizəsi və onun formaları. Hüququn tətbiqi anlayışı və onun mərhələləri. Hüquqtətbiqetmə aktları. Hüquq normalarının təfsirinin anlayışı və növləri (rəsmi və qeyri-rəsmi təfsir)
  5. Hüquq sistemi: [1-6]
    • Hüquq sisteminin anlayışı və strukturu. Hüquq sahəsinin, institutlarının anlayışı, təsnifatı. Hüququn sahələrə bölünməsinin meyarları. Hüquqi tənzimləmənin predmeti və metodu. Milli və beynəlxalq hüquq.
  6. Hüquq məsuliyyəti: [1-6]
    • Hüquq pozuntusunun anlayışı və əlamətləri. Hüquqpozmanın tərkibi. Hüquq məsuliyyətinin anlayışı, əlamətləri, növləri. Hüquq məsuliyyətinə cəlb edilmənin və hüquq məsuliyyətindən azad edilmənin əsasları.
  7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu [7]
    • Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi üzrə: [8]
      • Məhkəmə və cinayət prosesində iştirak edən şəxslər; Cənayət prosesində etirazlar; Cinayət mühakimə icraatında əmlak məsələləri (Əməyin və çəkilmiş xərclərin ödənilməsi); Birinci instansiya məhkəməsində icraat.
    • Azərbaycan Respublikasının Cinayət Məcəlləsi üzrə: [9]
      • Cinayət qanunu. Cinayət haqqında. Cəza haqqında.
    • “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [10]
      • Məhkəmə hakimiyyəti; Ağır cinayətlər məhkəmələri.

    Ədəbiyyat:

    1. Əsgərov Z.A., Nəsirov E.H., İsmayılov M.İ., Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları, Bakı, 2005
    2. Məmmədov İ., Dövlət və hüquq nəzəriyyəsi (2 cilddə), Bakı, 2005
    3. Xropanyuk V.N., Dövlət və hüquq nəzəriyyəsi (Azərbaycan dilinə tərcümə), Bakı, 1993
    4. Həsənov E.M., Azərbaycanın dövlət və hüququnun əsasları, Azərnəşr, Bakı, 2009
    5. Марченко М.Н., Теория государства и права: Учебник.-2-е изд., перераб. и доп. – М.: ТК Велби, Изд-во Просрект, 2005
    6. Теория государства и права. Курс лекций. Под ред. Н.И. Матузова, А.В.Малько. – 2-е изд., перераб. и доп. М., 2005
    7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu. 21 dekabr 2010-cu il, № 21-IVKQ
    8. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi., 14 iyul 2000-ci il
    9. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. 30 dekabr 1999-cu il
    10. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu. 10 iyun 1997-ci il, № 310-IQ