Kənd Təsərrüfatı Nazirliyi
Nazirliyin Aparatı , İnvestisiya şöbəsi , Əsaslı tikinti sektoru, sektor müdiri

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. İnvestisiya fəaliyyəti subyektlərinin vəzifələri. Əsaslı tikintidə işlərin yerinə yetirilməsi üçün dövlət sifarişinin yerləşdirilməsi qaydası (1).
    • Şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsasları, prinsipləri, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələri (2).
      • İş və xidmətlərin satınalınması prosedurlarının həyata keçirilməsin (3).
        • Əsaslı tikintidə podrat müqaviləsinin bağlanması və onun yerinə yetirilməsinin əsasları, sifarişçi və podratçıların hüquq və vəzifələri (4).
          • Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı normalar (5).
            • Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması (6).
              • Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları (7).
                • Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiqi (8).
                  • Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı (9).
                    • Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması (10).
                      • Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydası (11).
                        • Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı (12).
                          • Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası (13).
                            • Tikinti layihəsinin texnologiya bölməsinin hazırlanması tələb olunan hallar (14).
                              • Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydası (15).

                                Ədəbiyyat:

                                1. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1995-ci il 13 yanvar tarixli 952 nömrəli Qanunu
                                2. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi.
                                3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2001-ci il 27 dekabr tarixli 245-IIQ nömrəli Qanunu.
                                4. “Əsaslı tikintidə podrat müqavilələri haqqında qaydaların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 7 iyun tarixli 228 nömrəli qərarı.
                                5. “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 dekabr tarixli 491 nömrəli qərarı.
                                6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 iyul tarixli 264 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”.
                                7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 iyul tarixli 264 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları”.
                                8. “Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 dekabr tarixli 390 nömrəli qərarı.
                                9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 23 fevral tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları”.
                                10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yoxlanılması Qaydaları”.
                                11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”.
                                12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin Siyahısı”.
                                13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”. 
                                14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 18 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti layihəsinin texnologiya bölməsinin hazırlanması tələb olunan hallar”.
                                15. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2012-ci il 4 dekabr tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”