İqtisadiyyat Nazirliyi
Ticarət siyasəti və ümumdünya ticarət təşkilatı şöbəsi, Ticarətin hüquqi tənzimlənməsi sektoru, məsləhətçi

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Hüquq anlayışı və mənbələri:[7; 8]
    • Hüquq anlayışı və onun mahiyyəti. Hüquq mənbələrinin anlayışı və təsnifatı. Hüquqi adət. Məhkəmə presedenti. Normativ-hüquqi akt. Hüquqi doktrina. Müqavilə. Müasir dövrün əsas hüquq sistemləri.
  2. Hüquq prinsipləri və normaları:[7; 8]
    • Hüquq prinsiplərinin anlayışı və əhəmiyyəti. Hüquq prinsiplərinin strukturu. Hüquq normalarının anlayışı. Hüquq normalarının əlamətləri və növləri. Hüquq normalarının məntiqi quruluşu. 
  3. Hüquq sistemi:[7; 8]
    • Hüquq sistemi anlayışı. Hüququn strukturu: xüsusi və ümumi hüquq. Hüquq sahəsi anlayışı. Milli və beynəlxalq hüquq və onların qarşılıqlı əlaqəsi.
  4. Xarici ticarət siyasətinin tarif və qeyri-tarif vasitələri:[9;14]
    • Tarif vasitələri. Gömrük rüsumları və onların funksiyaları. Gömrük rüsumunun növləri. Qeyri-tarif vasitələri. Lisenziyalaşdırma. Kvotalaşdırma. Tarif kvotaları. İxracın məhdudlaşdırılması. Dempinq və antidempinq. Texniki tənzimləmə. 
  5. Azərbaycan və ÜTT:[6;11;12]
    • ÜTT-nin məqsəd, vəzifə və funksiyaları. Azərbaycanın ÜTT-yə üzvolma xronologiyası. Qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması 
  6. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının  qanununvericiliyi[1]
    • “Gömrük tarifi haqqında”Azərbaycan Respublikasının Qanunu üzrə:[2]
      • Gömrük tarifi. Gömrük rüsumu. Gömrük rüsumunun növləri. 
    • “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [3]
      • İdxalı və (və ya) ixracı lisenziyalaşdırılan mallar. İdxal və ixrac zamanı tələb olunan icazə xarakterli sənədlər. 
    • “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə:[4]
      • Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi.
    • “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı üzrə:[5]
      • İxrac və idxal əməliyyatları. Azərbaycanda istehsal, emal, təkrar emal olunan malların ixracı. Şəxslərin öz vəsaitləri hesabına idxal. Nazirlər Kabinetinin sərəncamı əsasında aparılan ixrac-idxal əməliyyatları.  Müvafiq dövlət orqanlarından rəy alınmaqla aparılan idxal-ixrac əməliyyatları. Sərhədyanı ticarət. Xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi. 

    Ədəbiyyat:

    1. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu. 21 dekabr 2010-cu il, № 21-IVKQ
    2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının 13 iyun 2013-cü il tarixli 687-IVQ nömrəli Qanunu, 1-ci Fəsil.
    3. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu. 15 mart 2016-cı il, № 176-VQ. 1 nömrəli və 3 nömrəli Əlavələr.
    4. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu. 13 iyun 1995-ci il, № 1057
    5. “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 24 iyun 1997-ci il, № 609
    6. “Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmasına dair Tədbirlər Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 2 avqust 2006-cı il, № 1583
    7. Xropanyuk V.N. Dövlət və hüquq nəzəriyyəsi (Azərbaycan dilinə tərcümə). Bakı, 1993
    8. Марченко М.Н. Теория государства и права: Учебник.-2-е изд., перераб. и доп. – М.: ТК Велби, Изд-во Просрект, 2005
    9. “Международная торговля” Фомичев В.И. 1998; 
    10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi internet saytı (www.economy.gov.az)
    11. Ümumdünya Ticarət Təşkilatının rəsmi internet saytı (www.wto.org)
    12. “Azərbaycan və Ümumdünya Ticarət Təşkilatı” saytı (www.wto.az)
    13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Normativ hüquqi aktların vahid internet elektron bazası (www.e-qanun.az); 
    14. http://unctad.org/en/PublicationsLibrary/ditctab20122_en.pdf